Sevgi şerləri → Mənə həyatdan daha pis davran..Sevgi...Sekillerde.
Mənə həyatdan daha pis davran...
Ruhumu yandırdıqdan sonra artıq damarlarımda gəzən
sənsizliyin bədənimi yaxan ağrısınımı?
O ağrını yatırtsın deyə sığındığım amma sevgini orada da
həmişə amma həmişə itirdiyim soyuq küləklərimi?
Otağımın tavanındakı,yoxsulluğumu və kimsəsizliyimi xərc edib
içinə doldurduğum o dərin o sonsuz çatlaqların altında,
sən deyə hər gecə girdiyim o vaxtsız ölümlərimi?
Gözlərindən azadlığa axan mavi çaylarda boğulduğum canım sevgilim,
söylə sənə nəyi izah edim?
Mənə həyatdan daha pis davran...
İndi burada deyilsən...
Amma eşidirsən məni bilirəm,
bağla gözlərini mənim üçün və dinlə nə olar:
Bax məhrum...Bunun mənasını bilirsənmi?
Yoxluğun; ürəyimdəki bu ulduzsuz,
bu dibsiz qaranlıq gecə...Yoxluğun;
otağımın divarlarına asdığım surətlərinə baxarkən,
gözlərində unutduğum dalğın gözlərəm...Yoxluğun;
könül bağçandan qopardıb verdiyin üçün soldurmayıb qurutduğum və
eynilə sevdam kimi sonsuzluğa məhkum etdiyim Ardı »