Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevgi şerləriSen...

Menle dogulub menle
yawayan sevgim
Sen hemiwe menim olan
tek mehebbetim
Sen tanidigim daddigim
ilk son ewqim
Sen hicraninda yanan
dunenim
Sen vusalina hesret
geleceyim
Sen alib verdiyim
nefesim
İcimde inildeyen
ney sesim
Sen umidim arzum
tek dileyim
Sen gozumde gorunen
yerde gezen meleyim
Sen senle gezen doyunen
ureyim.. Ardı »

Sevgi şerləriAYRILIQ....

Ayrılıq gününü xatırlaram mən,
O anda səmanı buludlar aldı
Səninlə yan-yana qəmli gedərkən
Üstümə həsrətin yağışı yağdı

Ayrılıq zamanı gəlib yetişdi
Ruhumuz dərd-qəmə bataraq dindi
Qəlbimiz ağrıdı, gücümüz bitdi
Yolumuz ayrıldı, səmtimiz itdi.

Səmalar duymuşdu ürək ağrımı,
Utanıb saxladım, mən göz yaşımı
Yağan yağış deyil, göz yaşlarımdı
Bilmirəm sən bunu heç anladınmı?

O gün leysan yağdı, evə çatanda
Çünki hönkürtüylə mən ağlayırdım.
Səmalar dözmədi ürək ağrıma
Çünki, Göylər dostu –mən ağlayırdım.

Yağışlar yağdırdım səhərə qədər,
Ağladım gecədən-səhərə qədər
Heç zaman unutma ölənə qədər
Yağışlar yağacaq göz yaşım qədər

Ayrılıq günündən bu günə qədər
Hər yağan yağışa yetirdim nəzər
Nə zaman ağlasam həsrətin qədər,
Yağışlar yağırdı göz yaşım qədər Ardı »

Sevgi şerləri¿?___KuSmuSeN MeNdeN___¿?

Eşitdim, sevgilim küsmüsən məndən?
Qaçırma bülbülü öz çəmənindən.
Mənimlə düz dolan, küsərəm səndən,
Məndə Dostluq da, var biganəlik də.

Bir Sənsən bu məcnun könlümə uyğun,
Sənin camalına olmuşam vurğun,
Hər Leyli eşqinə deyiləm Məcnun,
Məndə kamal da, var Divanəlik də.

Bütün bu dünyani gəzdim dolandım,
Bir səni özümə vəfalı sandım,
Sən gəzdin özgəylə, od tutub yandım,
Məndə atəş də, var Pərvanəlik də.

Əzəldən demişəm səninlə yaram,
Yolunda ölsəm də, bil, bəxtiyaram,
Dediyim sözümdə mən yenə varam,
Məndə kəclik də, var, mərdanəlikdə.

Vahid, bu bir sözün min lələ dəyər,
Mənə gərək deyil nə sərvət nə zər!
Təbim xəzinədir, sözlərim gövhər,
Məndə gənclik də, var, piranəlikdə.


Əlağa Vahid. Ardı »

Sevgi şerləriDarixdim...

Haraylar yükselir könülden yene,
Bu nece haraydı,bu nece haydı?
Öhdemden gelerdim…Gözüm
üzüne
Qulağım sesine darıxmasaydı…
~~~~~~~~~~~~~~~~~~
Yaman darıxmışam…Bu nedir
yene
Ağlım sağa baxır,üreyim sola.
Üreyim dönübdür göy göyerçine
Qonub sen gedeli sen gelen yola.
~~~~~~~~~~~~~~~~~~
Yaman darıxmışam…Her
axşamçağı
Arzumu güneşin teline sardım.
Menimle olsaydı,men darıxmağı
Zamana en uzun ölçü sanardım…
~~~~~~~~~~~~~~~~~~
Yuxuma gelmişdin…Qısıldıq
künce
Danışdıq…Yel esdi…Dağıldı derd-
qem.
Kölgeye dönmüşdüm,seni
görünce
Senin işığında yox oldu kölgem… Ardı »

Sevgi şerləriXəbərin Varmı?

Çalış ki, içimdə nifrətə dönmə,

Unut olanları, daha düşünmə.

Özünə sən deyən çox da güvənmə,

Xəbərin varmı ki, unudulursan?

Daha bu həsrətlə qala bilmərəm.

Özümü hörmətdən sala bilmərəm...

Ehtiyat sevgilin ola bilmərəm..

Xəbərin varmı ki, unudulursan?

Bu dərddən betər bir kədərin varmı?

Ayrı bir ürəyə səfərin varmı?

De görüm, xəbərdən xəbərin varmı?

Xəbərin varmı ki, unudulursan?

Qəribə həyatda sən də bir işsən,

Hicrana qapısan, qəmə girişsən.

Sən təkrarolunmaz deyil imişsən

Xəbərin varmı ki, unudulursan?. Ardı »

Sevgi şerləriOldurecek Bu Sevda Meni

Öldürəcək bu sevda məni.

Bəlkədə bəlasan başıma mənim,
Bəlkədə baharsan qışıma mənim.
Bu yaşda çıxmısan qarşıma mənim,
Vaxtsız öldürəcək bu sevda məni.

Axı nə vermisən gülüm sən mənə.
Çəkilməz əzabsan,zülümsən mənə,
Məcnunu öldürən ölümsən mənə,
Vaxtsız öldürəcək bu sevda məni.

Sevgimi başıma tor eləyib tor,
Gecə yatagıma qor eləyib qor.
Mənə bu dünyanı gor eləyib gor,
Vaxtsız öldürəcək bu sevda məni Ardı »

Sevgi şerləriSusmagi secdin ve Men indi seni susaraq unuduram..

Sən mənimsən” deyil də, “Mən sənə aidəm” desəydin,
başqa yerlərdə olsan da varlığını hiss edə bilərdim bəlkə...
Söyləmədin ki...

“Sənin üçün hər çətinliklərlə savaşaram” deyil də, “Səndən gələn heç bir şey çətin deyil” desəydin,
inanardım ürəyinin sadəcə mənə aid olduğuna...
Söyləmədin ki...

“Sən olmadan yaşaya bilmərəm” deyil də, “Sənsizlik deyə bir şey yox, sən var olmasan da mənimləsən” desəydin,
inanardım sevginin sonsuzluğuna...
Söyləmədin ki...

“Sən mənim yuxumsan” deyil də, “Gerçəkləşən röyamsan” desəydin,
uzaqda da olsam, yaşadardım bu gerçəyi səndə...
Söyləmədin ki...

“Sən mənim ruh ekizimsən” deyil də, “Sən əslində Mənsən” desəydin,
yoxluğunda da davam etdirərdim sən olmağı...
Söyləmədin ki...

“Səni sevirəm” deyil də, “Səni həmişə sevəcəyəm” desəydin,
yalan da olsa sevgin, inanardım mənə bir gün dönəcəyinə...
Söyləmədin ki...

“Sənsiz Ardı »

Sevgi şerləriAY ANA…

Sənin qızın, mənim ömür yoldaşım,
Əlimizdən nə tez uçdu, ay ana?..
Heç bilmirəm bu əzrayıl mürdəşir,
Birdən niyə onu seçdi, ay ana?…

O, gedəli gücüm yox, qüdrətim yox,
Bu həyata zərrə məhəbbətim yox,
Oğullarım qalmadılar yetim, yox,
O yetimlik mənə düşdü, ay ana…

Elə bil ki, nəslimizdə talan var,
Baxışlarda gör nə boyda ələm var,
O gedəli gör nə qədər ölən var,
O gedəli köçhaköçdür, ay ana?..

Sənin saçın birdən-birə ağardı,
Mənim ömrüm viran oldu, dağıldı,
İnsan tamam əfsanədir, nağıldır,
Əvvəli heç, sonu heçdir, ay ana…

Səfurəmin anasısan – anamsan,
Sən də ona mənim kimi yanansan,
O gedəli sən də ömrü talansan,
Yaşayırsan gözü yaşlı, Ardı »