Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevgi şerləri → Sevenler oxusun,Sevmeyenler yox

Sevsen bil,sevginin coxdur ezabi.
Hunerin var,ona getir sen tabi.
Isterem yazam bir sevgi kitabi.
Sevenler oxusun,
Sevmeyenler yox!

Urekler titredim sari sim kimi.
Esim yaz havali bir nesim kimi.
Seirim odlu olsun nefesim kimi.
Sevenler oxusun,
Sevmeyenler yox!

Sevdim men de butun gozellikleri.
Ulduzlu semani,cicekli yeri.
Sevincli,kederli bu negmeleri.
Sevenler oxusun,
Sevmeyenler yox!
M.Dilbazi(1989) Ardı »

Sevgi şerləri → Mənim ölməyimi Görməyəcəksən...

Yaxşı ki, qış vaxtı getdin dünyadan
Qaldı qar altında xatirələrin
Bu həyət-bacada olmusan haçan?!
Hardadır məkanın, təzə yurd yerin?!

Ağ süküt içində səssizdir hər yan
Qalıb qar altında bütün ev-eşik.
Sən heç o eyvanda dayanmamısan
O dəmir körpüdən biz keçməmişik

O qaya bizə hec qucaq acmayıb
Yoxdur nam-nişanın cığırda-izdə
Heç vaxt o dağdağan yarpaq açmayıb,
Sən də olmamısan, o süfrəmizdə

Vələs budağında donub ahımız
Damcılar incidir o boz tənəkdə
O şaxda acmayıb gülsabahımız
Səndə olmamısan, o gül-çiçək də

O iş otağıma yəni yolun var?
Dağdağan yandırıb buz çılçırağı Ardı »

Sevgi şerləri → Məndə seviləcək bir qəlb qalmadı...

Səndəki duyğular bəlkə solmadı,
Qarşıma çıxmağa gücün olmadı,
Bəlkədə həsrətim səni yormadı,
Baxdığın yollarda məni anmadı,
Gözlərin hər yerdə məni aradı,
Ruhunda sevgimə hələ doymadı,
Mənsiz həyatında məna olmadı,
Əllərin əlimə heç toxunmadı,
Yalnızlığın səni tənha qoymadı,
Məndə seviləcək bir qəlb qalmadı. Ardı »

Sevgi şerləri → BİR DƏ BAXSAN MƏNƏ

Baxışın qəlbimi incitmişdir;
Bu baxışdan, bu duruşdan əl çək.
Bir də baxsan mənə, iş bitmişdir;
Bir də baxsan mənə, fikrim dönəcək.

Yenidən uyğusu qaçmış gecələr,
Sevgilər, fırtınalar başlanacaq.
Ayrılıqlar, qarışıq bilməcələr...
Yanacaq sıtmalı ruhum, yanacaq!

Bu baxışdan, bu duruşdan əl çək!
Yoxsa könlümdəki qızğın şimşək
Üstünə od sovurar hər yerdən.

Orda dur, burda dayan, hey bəklə,
Səni tale günəşim güdməklə
Keçməsin qorxulu vadilərdən. Ardı »

Sevgi şerləri → Yalnizlik Kefeni

Yanlizlik Kefeni Oldu

Yanliz bir can,
Cikmaz hic aklindan.
Aglar gecelerce durmadan,
Vermez yasamina bir anlam.

Deger vereni yoksa,
Kizani eger coksa.
Sahip cikani olmassa,
Hayata baglanamaz asla.

O sevgi ve sevkat arsada,
Sahip oldugu herseyi ortaya koysada.
Aralarinda hizmetci gibi kostursada,
Rencide edilir gerek yoksada.

Ici parcalanir defalarca,
Dertleri cogalir amansizca.
Cözüm arar aklinca,
Buldum sanar canina kiyinca…. Ardı »

Sevgi şerləri → SEVGILIMI GORDUNUZMU

Söz demişəm, bircə sözdən
küsüb gedib,
Dəli səhra küləyitək
əsib gedib.
Son görüşdə son ümidi
kəsib gedib, Kaş biləydim, indi yeri
dağmı, düzmü,
Ey səhralar, sevgilimi
gördünüzmü? Taleyimin naxışıydı,
sonasıydı,
Həyat qədər həyatımın
mənasıydı.
Sularımın yaşılbaşlı
sonasıydı, Kimə deyim, güman yerim
birmi, yüzmü,
Ey dəryalar, sevgilimi
gördünüzmü? Şirin dillə taleyimə
yağ-bal çəkib,
Gah kiriyib, gah dillənib,
gah lal çəkib.
Əllərimin əvəzinə
sığal çəkib, Yaz mehiylə saçlarını
hördünüzmü,
Ey küləklər, sevgilimi
gördünüzmü? Yanaqları dan üzüydü,
dan yeriydi,
Dodaqları vermək üçün
can yeriydi.
Baxışları qırğın yeri,
qan yeriydi, Oda düşən ruhmu, canmı,
əlmi, üzmü,
Ey sevənlər, sevgilimi
gördünüzmü? Yanağı yaş, kirpikləri
nəm olacaq,
Ömrü, günü hicran dolu
qəm olacaq.
Deyirlər ki, vəhşilərə
yem olacaq, Aman Allah, deyilənlər
görən düzmü,
Ey şübhələr, sevgilimi
gördünüzmü? Ardı »

Sevgi şerləri → GEREK

Sevdiyin afetin baxiwlarindan,
Qelbinden keceni qanasan gerek.
Dese get, kulungu alib eline,
Ferhadtek dawlari yonasan gerek.

Iwve, qemzesine doze bilesen,
Qemlense qemlenib, gulse gulesen,
Lazim gelse ewq yolunda olesen,
Keremtek daglarda donasan gerek.

Herden yapiwasan ag ellerinden,
Horesen horukler, gur tellerinden,
Ewqi-mehebbeti daha derinden
Anlada bilesen ona sen gerek.

VUSAL, yari qemlendirsen, yandirsan,
Incidiben kenar dursan, yan dursan,
Aci soz soyleyib konlun sindirsan,
Ondan evvel ozun olesen gerek.

IMZA: VUSAL AGAYEV / 30-03-2011 Ardı »

Sevgi şerləri → SƐ�?SĪZĿĪҠĿƐ ßΛƇΛŔMĪŔΛM...

Men yaxsiyam...
Yavaş-yavaş öyrəşirəm tənhalığa...
Yavaş-yavaş barışıram qismət ilə...
Kədər ilə, həsrət ilə...
Bir az soyuq davranıram göz yaşımla...
Axır-axır, silmirəm heç..
Hardan gəlir, hara gedir, bilmirəm heç...
Doğrusunu desəm əgər, vaxtım yoxdur...
Zaman azdır, fikir çoxdur...
Neyse...nəysə...
Bax belece yaşayıram...
Amma təkcə,
Amma təkcə...
Sənsizliklə bacarmıram...
Bacarmiram...

Yadındadır?
Yaman tənbəl idim, yaman...
Səhər tez oyanmağı da,
Bacarmırdım heç o zaman...

İndi saatı qururam,
Bir kənarda otururam...
Hey baxıram.....
Hey baxıram...
Yuxum üçün darıxıram...
Saniyələr qovha-qovda,
Saat qaçaq...
Başı qaçmağa qarışan saat məni,
Görən necə oyadacaq?

Nə qəribə sualdır bu?
Axtardığım cavab budur...
O cihazdır,o qurğudur...
Saat insan deyil axı...
O unutqan deyil axı...

Yenə bos-bos danışıram?
Neyse...nəysə...
Bax belece yaşayıram...
Amma təkcə,
Amma təkcə...
Sənsizliklə bacarmıram...
Bacarmiram... Ardı »