Sevgi şerləri → Mənim ölməyimi Görməyəcəksən...
Yaxşı ki, qış vaxtı getdin dünyadan
Qaldı qar altında xatirələrin
Bu həyət-bacada olmusan haçan?!
Hardadır məkanın, təzə yurd yerin?!
Ağ süküt içində səssizdir hər yan
Qalıb qar altında bütün ev-eşik.
Sən heç o eyvanda dayanmamısan
O dəmir körpüdən biz keçməmişik
O qaya bizə hec qucaq acmayıb
Yoxdur nam-nişanın cığırda-izdə
Heç vaxt o dağdağan yarpaq açmayıb,
Sən də olmamısan, o süfrəmizdə
Vələs budağında donub ahımız
Damcılar incidir o boz tənəkdə
O şaxda acmayıb gülsabahımız
Səndə olmamısan, o gül-çiçək də
O iş otağıma yəni yolun var?
Dağdağan yandırıb buz çılçırağı Ardı »