Sevgi şerləri → O, artıq Rəbbinə qovuşduğu üçün gələ bilmirdi…
O, tək yaşayırdı. Bir otaqlı evdə. Çoxu elə bilirdi ki, bu evdə heç kim yaşamır. Bax beləcə, səssiz-səmirsiz həyat tərzi keçirirdi.
Bir gün narın yağış yağırdı. Yağışlı havada dualar da tez qəbul olunduğuna inanırdı. Çox sevincli idi. Sevinirdi, sevinirdi ki, dua edəcək. Demək olar ki, hər gün axşam namazını məsciddə qılırdı. Həmişəki kimi bu gün də namazını qılmaq üçün məscidə yollandı. Evi məscidə yaxın olduğu üçün tez çatdı. İqamədən əvvəl dua etdi. Sonra camaatla namazını qıldı. Bir qədər oturduqdan sonra harasa tələsirmiş kimi məsciddən çıxdı. Yağışlı havada dənizə baxa-baxa zikr etməyi də çox sevirdi. Dəniz kənarına gəlib, skamyanı yağışdan qoruyan bir yer Ardı »