Sevgi şerləri → Dönəcəksən...
Dönəcəksən…
Bilirəm, bir gün mütləq geri dönəcəksən.
Eynilə getdiyin kimi, qəflətən…
Dönəcəksən...
Çünki mənim uğruna tərk etdiyin şeyləri əldə etdikdən sonra belə xoşbəxt ola bilmədiyini fərqinə varacaqsan. Həmişə bir tərəfin əskik qalacaq yoxluğumda. Həmişə yarım. Köhnə günlər gəlincə ağılına ürəyin ürpərəcək, itirdiklərinə yanacaqsan. Bəlkə gözyaşı tökəcəksən gedən amma geri dönməz günlərinə, iç çəkəcəksən.
Dönəcəksən...
Kədərlənəcəksən. Amma bir tərəfdən də təkrar sınayacaqsan. Yeni zəfərlər qazanmaq üçün yeni insanlara toxunacaqsan. Hamısında məndən izlər görməyə və eyni qoxunu eşitməyə çalışacaqsan. Əfsus, tapa bilməyəcəksən. Bax o gün məni çox daha yaxşı anlayacaqsan. Heç bir zaman yalan danışmadığımı. Amma vaxt çox gec olacaq. Görəcəksən. Heç kim səni mənim sevdiyim Ardı »