Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı Məlumatlar9 aylıq əkizlər üzür

İngiltərədə dünyaya gələn 9 aylıq əkizlər William və Ellenita Trykush nə yeriyə nə dəki danışa bilirdilər.

Bu əkizlərin ailələri keçən aylarda Cənubi Kiprə etdikləri bir tətil əsnasında onların qeyri-adi qabiliyyətlərini üzə çıxarmışlar.

Kiçiklər suyun üzərində hər hansı bir şey olmadan üzməyə başlamışlar. İngiltərəyə döndüklərində anaları Charlotte Trykush körpələri bir körpə hovuzuna aparmışdır.

Onlar ikili bir anda kürək üstü üzməyə başlamışlar. Özü də köhnə bir üzmə müəllimi olan Charlotte Trykush, fikrini bildirərək deyib ki, "inanılmaz idi! onlar artıq ən dərin hovuzda belə etibarla üzürlər" deyir.

Körpələrin atası Victor Trykush isə indidən gözünü Olimpiadalara dikdiyini ifadə edərək, "Ümid edirəm 2028-ci ildə onlar yarışa vəsiqə qazanıb, qalib Ardı »

Maraqlı MəlumatlarKrossvordun beyinə təsiri

ABŞ-ın New York şəhərində yerləşən “Albert Eynşteyn” Tibb məktəbində aparılan bir tədqiqat zamanı müəyyən olunmuşdur ki, insanların boş vaxtlarındada əyləncə vasitəsi kimi istifadə etdiyi krasvordlar əslində beynin fəaliyyətini yaxşılaşdırır və yaddaşı gücləndirir.
5 il davam edən tədqiqata əsasən yaşı 75 ilə 85 arasında olan 488 insan üzərində aparılıb və tədqiqat zamanı əsasən yaddaşında şikayət edən yaşlı insanlar götürülüb və onlara gün ərzində beyni işlədən müxtəlif tapşırıqlar o cümlədən krasvordlar verilib bir müddət sonra isə əksər xəstələrdə yaddaşın gücləndiyi hiss olunub. Tədqiqatın nəticəsi “Nevrologiya” jurnalında dərc edilib. Ardı »

Maraqlı MəlumatlarPrezervativ alarkən ən çox işlədilən bəhanə və davranışlar

Bir çox ölkələrdə normal qəbul olunan prezervativlər bəzi müsəlman ölkələrində hələ də tam qəbul edilməmiş qalır, əsasən də müsəlman ölkələrində aptekdən prezervativ almaq olduqca çətin bir iş sayılır hələ bir də satıcı xanım alıcı isə kişi olsa bu iş olduqca çətinləşir. ABŞ-da fəaliyyət göstərən preservative.com saytı əsasən prezervativ alarkən ən çox istifadə olunan bəhanə və yalanları araşdırmışdır.
• Satıcıya bir dostuma alıram demək
• Prezervativ aldığı bəlli olmasın deyə onunla bərabər başqa lazımsız şeylər də almaq
• Alarkən prezervativ sözünü başqa sözlə əvəz etmək bu zaman satıcı sizi başa düşməsə daha gülünc vəziyyətə düşərsiniz.
• Ən çox istifadə edilən üsul isə kişi satıcısı və kənar Ardı »

Maraqlı Məlumatlarİnsanlar niyə psixopat olurlar?

Londondakı Kinqz Kollecin Psixiatriya İnstitutunun alimləri bəzi insanların niyə psixopat olmalarının mexanizmini öyrəndiklərini bəyan ediblər. Ruhi xəstələr üçün təcridxanalarda aparılmış araşdırmaya əsasən, bunda günahkar beynin iki yarımkürəsi arasında qeyri-sabit ünsiyyətdir.

Bunun nəticəsində, qorxu, emosiya və aqressivlik kimi hisslər barədə informasiyanın ötürülməsində nöqsanlar baş verir və nəticədə, insanda psixopatik davranış ortaya çıxır.

İnstitutun mütəxəssisi doktor Maykl Kreyq beynin hissələri arasında mesajlaşmanın belə tərzini, kələ-kötür yolla maşın sürməyə bənzədir:

"Psixopatların beyin yarımkürələri arasındakı ünsiyyət magistralında sanki böyük sayda çala-çuxur var. Bu magistralın qayğısına heç kim qalmır və onunla hərəkət edən informasiya axını çalalarda itib-batır."

Doktor Kreyq deyir ki, öz-özlüyündə belə bir hal psixopatiya diaqnozunun qoyulması üçün kifayət Ardı »

Maraqlı MəlumatlarSiqaret qadınların səsini qalınlaşdırır

Acıbadem klinikasının qulaq burun boğaz mütəxəssisi həkim prof. Ferhan Öz, həddindən artıq siqaretdən istifadəyə münasibət bildirib. Səsdəki qalınlaşmalar, titrəmələr, boğuq səs və digər bütün səs dəyişikliklərinin siqaretdən olduğunu qeyd edib. Səs batıqlığı hər kəsin ildə ən az 1 dəfə yaşadığı bir narahatlıq olduğunu ifadə edən həkim səsin azalmasının və ya heç çıxmamasının, fərqli səsin meydana gəlməsinin, səs batıqlığının olduğunu ifadə edib. Üst tənəffüs yolu infeksiyaları, allergiyalar futbolda azərkeşlik edərkən şiddətlə qışqırmaq və s. bu kimi bir çox faktor səs batıqlığına səbəbi ola bilər. Səs batıqlığına ən tez yol açan amillərdən biri də siqaretdən istifadədir.
Prof. Dr. Ferhan Öz, həddindən artıq siqaretdən Ardı »

Maraqlı MəlumatlarPul saymaq ağrıları azaldır

Alimlərin fikrincə, əlində pul tutan insan özünü daha dəyərli sayır.

ABŞ-da aparılan elmi araşdırma nəğd pula əl vurmağın insanda ağrıları azaltdığını sübut edib. Alimlər müəyyən ediblər ki, ağrıverici vəziyyətlərdən əvvəl pula əl vurmaq
ağrıların hiss edilməsinin qarşısını ala bilər.

Minessota Uriversitetində aparılan elmi araşdırmada bir qrup tələbəyə 80 ədəd 100 dollarlıq banknotları saymaq təklif olunub. Başqa bir qrupa isə pul əvəzinə saymaq üçün 80 ədəd boş kağız verilib. Sonra nə qədər dözə biləcəklərini yoxlamaq üçün tələbərin hamısının əllərini qaynar su ilə dolu qaba soxması istənilib. Bir az əvvəl əllərini həqiqi banknotlara vuran tələbələrin daha az ağrı hiss etdiyi müəyyən edilib.

Alimlərin fikrincə, əlində Ardı »

Maraqlı MəlumatlarQan yaradan vasitələr

[color=#039b80]Qaynanmış kələm suyu içmək damarları təmizləyir, mədənin turşuluğunu yatırır, lakin qəliz qan yaradır. Mədə iltihabında münasibdir.

Xörəkdə dəfnə yağı işlətmək damarları genəldir. Bu baxımdan darçın da faydalıdır.

İstiot fleqmatik məcazlı adamlarda qanı duruldur.

Qəliz qanı durulaşdırmaq üçün xörəkdə nanə işlətmək məsləhətdir.

Andız yemək qana ziyandır, sirkə onun bu cəhətini zərərsizləşdirir, yəni neytrallaşdırır.

Noxud yemək təmiz qan yaradır.

Şəkər qamışının suyu qocalar üçün münasibdir, onu içmək təmiz qan yaradır və sümükləri bərkidir.

Qırqovul əti təmiz qan yaradır. Üzüm və püstə də bu baxımdan faydalıdır. İnnab qanı təmizləyir, təmiz qan yaradır və iltihaba qarşı münasibdir.

Yumurta sarısı yemək damarların mənfəzini daraldır. Kahı, turp, kabab da yaxşı qan yaradır. Bu Ardı »

Maraqlı MəlumatlarE vitamini siqareti atanların damarlarını bərpa edir

E vitamini zərərli vərdişlərdən hesab olunan siqareti buraxanlar üçün olduqca faydalıdır.
Məlumata görə Ohayo ştatında fəaliyyət göstərən universitetlərdən birində siqareti buraxmış insanlar üzərində təcrübə keçiriblər. Bu təcrübənin siqareti buraxmış, E vitamini qəbul edən insanların damarlarının bərpasına həsr olunduğu bildirilir. Aparılan təcrübənin nəticəsində E vitamininin siqaretdən əl çəkənlərin qan damarlarında olan problemlərin həllinə köməklik göstərərək onları bərpa etdiyi deyilir. Məlumatda həmçinin təcrübədə siqareti buraxan 16 şəxsin iştirak etdiyi bildirilir.
Həmin eksperiment iştirakçıları həftə boyunca hər gün pəhriz saxlayaraq 500 mg qamma-tokoferol (qida qəbul etdikdən əlavə olaraq E vitamini) qəbul ediblər. Təcrübədən əvvəl və sonra iştirak edən könüllülərdə damarların vəziyyətinin və iltihabi proseslərin Ardı »