Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı MəlumatlarBeynimizin 10%-indən yararlanırıq?

Uşaqlığımızda bəzi böyüklərin söhbətlərində Allahın qüdrətinə misallar verilərkən beynimizin üstünlüyündən danışılırdı. Bu mükəmməl orqanın möcüzəvi xüsusiyyətlərini sayarkən imkanlarının genişliyini anlatmaq üçün "bütün həyatımız boyunca beynimizin ən çox 5%-ini istifadə edirik, hətta Eynşteyn kimi dahilər ancaq 10%-ini işlədirlər" kimi ifadələri heyranlıqla dinlərdik. Bu sahədə son illərdə aparılan tədqiqatlar isə bizə daha fərqli görüşləri çatdırır.
"Beynimizin 10%-ini istifadə edirik" ifadəsi Washington Universitetində anesteziologiya mütəxəssisi olan Dr. E. Çadlerə görə səhv bir düşüncədir, bir ifadədir və həqiqətlə heç bir əlaqəsi yoxdur. Yaxşı bəs, bu ifadə haradan çıxdı? Bunu heç kəs bilmir. Dr. Cey, indiyə qədər bu şəkildə düşünən heç bir nevrologiya mütəxəssisinə rast Ardı »

Maraqlı MəlumatlarUnikal hadisə: kor uşaq görür

Onun iki gözü də örtülüdür. Amma hər şeyə rəğmən, o, qismən görür. Və ya duyur - kim bilir...

Həkimlərin dediklərinə görə, onun sol gözü var, amma dərinin altındadır. Həmin gözü bərpa etmək üçünsə həddən ziyadə çətin, nəticəsi təxmin olunmayacaq qədər mürəkkəb cərrahiyyə əməliyyatı aparılmalıdır.

Uşağın valideynləri isə ümid edirlər ki, balaca oğlan süni göz vasitəsilə görə bilər.

"Asia Times"a istinadən bildirir ki, Çinin Urumçi şəhərində yaşayan 8 aylıq Marvanjun kor doğulub. Lakin indi onun sol gözünə fənər tutulanda körpə işığı hiss edir.
Həkimlər də uşağın sol gözünün dəri ilə örtüldüyünü deyirlər.
Marvanjunun anası, 26 yaşlı Madamihan Salamunun sözlərinə görə, onların belə bahalı əməliyyat üçün pulları yoxdur.

"Oğlum Ardı »

Maraqlı MəlumatlarYeni Xəstəlik Yayılıb Dünya Şokdadır

Dünya donuz qripi (H1N1) virusu ilə mübarizəni qurtarmamış Liviyadan şok bir xəbər gəldi. Liviya rəhbərliyinin yaydığı xəbərə görə Liviyada orta əsrlərdə 75 milyon insanın ölümünə səbəb olan bubonik vəba xəstəliyi yayılıb Med.Az-ın medicalnewstoday.com xəbər saytına istinadən verdiyi xəbərə görə 1347-1351-ci illərdə bu xəstəlikdən 75 milyondan çox insan məhv olub.

Artıq Ümumdünya Səhiyyə Təşkilatı xəbərin yayılması ilə hərəkətə keçib və Liviyada yoxlamalara başlayıb məlum olub ki, Liviyanın Tobruk şəhərində 18 nəfər xəstəliyə yoluxub 1 nəfər isə xəstəlikdən dünyasını dəyişib.

Orta əsrlərdə “qara ölüm” adlandırılan bu xəstəlikdən hər il dünyada 100-200 nəfərin öldüyü bildirilsə də yoluxmanın belə kütləvi hal alması təhlükənin yaxınlaşdığından xəbər verir.

Əsas əlamətləri Ardı »

Maraqlı MəlumatlarNəfəslə gələn ölüm

Dünya üzrə hər 5 saniyədə 1 nəfər siqaretdən yaranan xəstəlikdən ölür

“Siqaret çəkmək sizin sağlamlığınız üçün ziyandır”,”Siqaret öldürür” və sairə bu kimi sözlər yazılan, onun törətdiyi fəsadların fotoları əks edilən siqaret qutularını yəqin ki, hamı görüb. Buna baxmayaraq milyonlarla insanı zəhərləyən bu tütün məhsulundan istifadə edənlərin sayı kifayət qədərdir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ötən əsrdə 100 milyon insan bu zərərli vərdişin qurbanı olub. Dünyada ən çox siqaretdən istifadə olunan ölkələr arasında Çin, Hindistan, İndoneziya, Braziliya, Banqladeş, Almaniya və Türkiyənin adı çəkilir. Dünya üzrə hər 5 saniyədə 1 nəfər siqaretdən yaranan xəstəlikdən ölür. Bu gün dünyada hər 4 nəfərdən Ardı »

Maraqlı MəlumatlarInsan niyə yatır?

Heç düşünmüsünüzmü insan niyə yatır?
İnsan həyatının üçdə biri yuxuda keçir. Bu sual əsrlər boyu alimləri düşündürmüş lakin dəqiq bir cavab tapılmamışdır.
İnsan yatmaqla gün ərzində itirdiyi enerjini bərpa etməklə yanaşı, beynin dincəlməsinəstimul verir.
Əgər biz yatmasaq nə baş verər ümumiyyətlə yuxsuz yaşamaq mümkündürmü?
Yuxusuzluq insan beyninə öz funksiyasını yerinə yetirməkdə güclü təsir edir. İnsan bir gün yuxusuz qalan zaman əsəbi gərginlik, yaddaş zəifliyi, diqqətin dağılması və yorğunluqla rastlaşır.
İnsan gün ərzində nə qədər yatmalıdır? Tədqiqatlar göstərir ki,normal bir insan gün ərzində norma 7,5 saat olmaqla minimum 5 maksimum 11 saat yata bilər. Ardı »

Maraqlı MəlumatlarHər bir müasir dərman təbii köklərə malikdir

Hər müasir dərman təbii köklərə malikdir.

Los Angeles meşəsində gəzintiyə çıxanlara tez-tez rast gəlinir. Lakin Ceyms Adamsın başçılıq etdiyi dəstənin məqsədi başqadır.
Bu komanda yerli hindlilərin bitkilərdən necə dərman hazırladığını müəyyən etməyə çalışır.

"Farmakologiya elmi ara həkimlərin hansı bitkilərdən istifadə etdiyinin müəyyənləşdirilməsi ilə yaranıb. Həmin bitkilərin laboratoriya şəraitində təsirləri aşkarlanıb."

Məsələn aspirin 19-cu əsrdə söyüd ağacının salisil turşusundan alınıb. Doktor Adams hər icmanın bitkilərdən asılı olaraq özünəməxsus dərmanları olduğunu deyir."
Bu güclü ağrıkəsici mahiyyəti olan yovşandır. Bundan necə istifadə edildiyini öyrənməliyik. Bu daha təhlükəsizdir. Bu, opioid dərmanlarda qay-qat təhlükəsizdir ."

Yovşandan ağrı kəsmək üçün istifadə edilir, Bu bitkinin iyi də rahatladıcı təsirə malikdir.
Adams yerli hindlilərin istifadə Ardı »

Maraqlı MəlumatlarABŞ-da alimlər aşkar ediblər ki, tənhalıq yoluxucudur

Araşdırma işi göstərib ki, qadınlar kişilərdən daha çox tənhalıq xəstəliyinə yoluxa bil
Üç universitetin apardığı araşdırma işi göstərib ki, dostlarını itirməzdən öncə tənha adamlar öz kədərli hislərini ətrafındakılara ötürürlər.

Bu isə infeksiyalı xəstəlik kimi yoluxucu xüsusiyyətə malikdir.
Tənhalaşan adamlar sonunda mənsub olduqları sosial şəbəkələri tərk edirlər.
Onlar getgedə təcrid olunmuş vəziyyətə düşürlər.

Araşdırma işinin müəllifləri deyirlər ki, bu işin əhəmiyyətli nəticələri ola bilər.
Belə ki, tənhalıq zehni və fiziki xəstəliklərlə əlaqəlidir və bu, ömrün qısaldılmasına gətirə bilər.
Araşdırma işi göstərib ki, qadınlar kişilərdən daha çox tənhalıq xəstəliyinə yoluxa bilərlər. Ardı »

Maraqlı MəlumatlarBadam ariqlamaq istəyənlər üçün ən yaxşi seçimdir

Artiq çəkidən xilas olmağa çalişan adamlarin badama diqqət yetirmələrinə dəyər. Alimlər təsdiqləyirlər ki, cəmi bir ovuc badam bütün günü iştahani boğa bilir. Badam aşaği qlikemik indeksə malikdir. Bu indeks həmin məhsuldan istifadə olunduqda qanda şəkərin miqdarinin sürətlə artmasinin göstəricisidir. Badam şəkərin və insulinin stabil və yavaş artimini təmin edir ki, bu da insanda uzunmûddətli doymaq hissinə zəmanət verir. Deməli, badam insani həddindən artiq qidalanmadan xilas edə bilər. Alimlərin sözlərinə görə, badam xüsusilə şəkərli diabetdən əziyyət çəkənlər üçün faydalidir.
ABŞ-in Perdu Universitetinin professoru Riçard Meytsin apardiği təcrübə sübut edib ki, səhərlər badam yeyən adamlar daha çox tox qalir, onlarin qaninda şəkərin Ardı »