Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Geyim/Moda/DebHündür ayaqqabılar necə geyilməli?

Küçədə gördüyüm görünüşlər sonrasında xüsusilə hicablı qadınlar üçün hazırladım bu xəbəri. Hər kəs hər şeyi istədiyi kimi geyməkdə azaddır təbii ki...Burada yazacaqlarım mənim şəxsi fikirimdir.

Hicablı qadın dikdaban geyərmi, geyməzmi deyə müzakirə edənlər var. Belə şeylərə əsəb olduğum üçün çox danışmıyacam. Boyum uzun olduğu üçün gündəlik həyatda dikdaban ayaqqabı geyməyi seçmirəm. Amma hər kəsin dikdaban ayaqqabı geydiyi xüsusi bir gecədə, iş görüşməsində ya da axşam yeməyində kimsə hər kəsin ətək ucundan baxan uşaq kimi görünmək istəməz.

Lakin bəzi dikdaban ayaqqabıların hicab altında pis göründüyü də su aparmaz bir gerçəkdir. O səbəblə dikdaban ayaqqabını göstərmədən, yalnız daha uzun boylu olub paltarı daha gözəl göstərmək Ardı »

Geyim/Moda/Deb5 qadından 4-ün geyinə biləcəyi cinslər

[color=#173bd3]Dünyanın 4 tərəfində 60 min qadının bədən ölçüsünü nəzərə alaraq mükəmməl cins ortaya çıxıb.

Geyim mağazalarına baş çəkərdən müxtəlif formalı, ölçülü cins geyimlərə rast gəlirik və onları əldə etməyə çalışırıq, elə əldə də edirik. Levis qadınların cinsə olan bu marağından faydalanaraq apardığı sıx araşdırmadan sonra 3 müxtəlif ölçülü cinslər tikməyə başlayıb.

Bədən ölçüsündən daha çox bədən quruluşuna görə tikilən bu cins şalvarlar “Slight curve”, “Demi curve” və “Bold curve” olaraq 3 fərqli formasıyla xanımların ixtiyarına verilib.

Levisin bu yeni kolleksiylarında yer alan cins şalvarlar dünyada 5 qadından 4-ün üzərinə mükəmməl şəkildə oturacağı deyilir.
Cinsləri geyimlərlə yanaşı, həmçinin müxtəlif aksesuarlarda da görmək mümkündür. Məsələn: çanta, Ardı »

Geyim/Moda/Debİncə-Mincə

[color=#173bd3]Karyera, ailə, ev işləri və ictimai fəaliyyət yükü arasında «çarpışan» qadınların əksəriyyəti üçün şalvarı yubka ilə əvəz etmək qadınlıq tərəfə böyük güzəşt etmək deməkdir. Niyə bu üslub qadın stili adlanır? Çünki qadın geyimində sizi kişilərlə dəyişik salmayacaqlar. Bu stil, hər şeydən əvvəl, sizin əks cins nümayəndələrindən fərqinizi nəzərə çarpdırmaq üçündür.

Fason-qadın geyiminin əsas xüsuisiyyəti siluetini qeyd etməkdir. Paltarın bədənə kip yapışması vacib deyil. Hansı üsulla olmasından asılı olmayaraq bu geyim növü bir qadın olaraq səndə döş, bel və ombaların mövcud olması barədə ətrafdakılarda şübhə yeri qoymur. Bununla yanaşı, qadın görkəmi ilə seksuallığı qarışıq salmaq olmaz.

Dərin dekolte, yaxud ultraqısa mini də özlüyündə qadınlıq Ardı »

Geyim/Moda/DebGeyimlə bağlı dəyərli məsləhətlər

Dizaynerlər alış verişə çıxan xanımlara bir neçə dəyərli məsləhət verib. Belə ki, bu gün balaca olan geyimi sabah arıqlayaram ümüdü ilə almayın! Böyük ehtimalla o elə qarderobunuzda istifadə olunmamış kimi qalacaq.

Çünki, sonradan artıq çəkidən azad olmaq fikrindən yayına bilərsiniz. Bir qədər böyük ölçülü geyimi isə almağa dəyər. Bacarıqlı dərzi onu sizin ölçülərinizə uyğunlaşdıra bilər.

Hər il eyni geyim formasında olan paltarları da almayın. Beləliklə siz illərlə dəbdən geri qala bilərsiniz. Bəlkə arada yeni tərzləri, geyim dəstlərini də sınamağa dəyər?

Hər hansı bir geyim tərzində özünüzü daha rahat hiss edə bilərsiniz, lakin həm də dəblə ayaqlaşaraq, zövqlü görünmək arzusundasınızsa dəyişiklik axtara bilərsiniz.
Ardı »

Geyim/Moda/DebSeksual geyinməyin yolları

[color=#a476af]Seksual geyinmənin yollarını bilirsinizmi?

Qadınların bir zamanlar gözəl görünmək və seksual dayana bilmək üçün çılpaqlığı üstün tuturdular. Zamanla hər şey dəyişdi, artıq çılpaqlıq əks cinsi cəlb etmir. Vəziyyət belə olanda artıq seksual görünmənin yollarını axtarmaq lazım oldu. Buyurun, əziz xanımlar necə geyinmək lazımdır ki seksual görünsəniz, bunlara diqqət yetirin.

Dikdaban ayaqqabı
Dikdaban ayaqqabı seksuallığın birinci şərtidir. Hələ bir də dikdaban ayaqqabı ilə səssiz bir mühitdə yerisəniz , hər addımınızda bəzilərinin ürəyini və diqqətini özünüzə cəlb edə bilərsiniz.

Halqa sırğalar da kişilərin bəyənəcəyi bir aksessuar.
Son illərin dəbdə olan modası tək çiyini açıqda buraxan geyimlərdir. Dəri hər vaxt seksual olma xüsusiyyətini qoruyur. Xüsusi ilə Ardı »

Geyim/Moda/DebDar cins geyinənlərin nəzərinə!

Dar cinslərə üstünlük verənlərə isə həkimlərin tövsiyəsi var. Onlar bu cür geyimləri orqanizm üçün çox təhlükəli hesab edirlər.

“ABC2News” xəbər verir ki, dar cinslər sinirə təsir göstərək əsəbləri korlayır.

Amerika Nevroloqlar Assosiasiyasının üzvü Karen Boyl deyir: “Dar şalvar geyinmək Bernard-Rot sindromu və ya baldırın kənar dəri əsəbinin nevritini yarada bilər. Bu xəstəlik baldırın xaric hissəsindəki əsəblərdən biri zədələnəndə inkişaf edir. Nəticədə orqanizmdə süstlük, ağrılar və fəsadlar yaranır.

Xanımlar dikdaban ayaqqabı geyinərkən də orqanizmin durumu pisləşir. Çünki omba-çanaq sümükləri ilə əzələlər yuxarı dartılır, əsəblərə təzyiq artır, simptomatika güclənir.

Hər zaman dar cins şalvarlar geyinənlərdə permanent zədələnməsi müşahidə olunur.
Ardı »

Geyim/Moda/DebÖz stilinizi necə yaratmalı?

Stil nə deməkdir? Biz onu yalnız gördüyümüz zaman deyə bilirik. Bəs onu necə ifadə etmək olar? Oskar Uayld demişdir "zövqlə geyinmək heç də ən son dəblə geyinmək demək deyil”. Çox dəbli geyinərkən zövqlü və stilli görünməmək və ya əksinə, dəbli geyinmədən stilli görünmək olar. Zövqü pulla almaq olmur.

GEYİMDƏ İFRATA VARMAMAQ.

*Heç vaxt yeni dizaynerlərdən əcaib görünüşlü çanta almayın. Bu halda alnınıza tatu etdirmiş qədər qorxunc görünəcəksiniz.

*Özünüzü qiymətli əşyalarla bəzəməyin. Təəccüblənməyin, amma qiymətli bər – bəzək çox olduqda ucuz görünür.

*Heç vaxt rəngli dəri şalvar almayın. O, qarın və bud ölçülərini vizual olaraq 2 dəfə böyük göstərir.

*Yaşı 18 – Ardı »

Geyim/Moda/DebQış dəbi necə olacaq?

[color=#173bd3]Soyuq havaların belə tez gəldiyi bir vaxtda 2012-2013 –cü ilin qış mövsümünün dəbinə hazırsınızmı?

Havalar get – gedə soyuyur. Artıq qarderobda payız paltarını qış – daha isti geyimlərlə əvəz etməyin vaxtı yaxınlaşır. Bu qış daha çox hərbi geyimləri xatırladan paltolar dəbdə olacaq.

Uzun və bir az da enli ətəklər sizi qışın soyuğundan qoruyacaq.

Müxtəlif tipli papaqlar (şapkalar) hər qış olduğu kimi, bu qışda da aktuallığını qoruyub saxlayacaq.

Qış mövsümünün dəbində diqqəti cəlb edən isə üzərində metaldan istifadə edilmiş burğulu parçalardır. Ayaqqabıların üzərinə metaldan bəndlərin vurulması xüsusilə seçiləcək. Hər zövqə uyğun olan bu cür – burğulu ayaqqabılar ilə damğasını vuracaq. Metal burunlu uzunboğaz Ardı »