Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Geyim/Moda/DebAzərbaycan gəlinlərinin açıq-saçıq gəlinlik seçimi

Hər bir xalq özünün milli dəyərləri ilə fərqlənir, eləcə də toy mədəniyyətilə. Toylar Azərbaycan milli mənəviyyatının çox geniş sahəsini əhatə edən ciddi bir hadisədir. Bu hadisənin iştirakçısı olmaq, ağ gəlinlik paltarı geyinmək və həyatın ən yaddaqalan günündə gözəl görünmək hər bir gənc qızın arzusudur. Amma son vaxtlar toylarımızda milli xüsusiyyətlət tədricən aşınmağa başlayıb. Bu aşınma toylarla bağlı bir sıra məsələlərdə özünü qabarıq biruzə verir. Məsələn gəlinlik paltarlarında...
Son illər Azərbaycan toylarında gəlinlərin geyimi ilə bağlı milli dəyərlərdən, mentalitetdən uzaqlaşma hiss olunur. Gəlinlik seçərkən qızlar ən çox açıq-saçıq geyimlərə üstünlük verirlər, yəni DEKOLTEYƏ. Bu, xüsusilə Bakıda özünü biruzə verir.

Sumqayıt, Gəncə kimi böyük Ardı »

Geyim/Moda/DebSaç aksesuarları dəbi

[color=#039b80]Saç düzümü nə qədər dəbli və zövqlü olsa belə saça vurulan aksessuarlarsız mümkün deyil. Çünki saçdakı hər bir aksessuar ona xüsusi gözəllik, sahibinə isə yaraşıq gətirir.

Həmin aksessuarlar isə əsasən bunlardır: çənbər, bantlar, dəri bağları, avtomat sancaqlar, şpillkalar, broşlar və s. Əvvəlcədən qeyd edək ki, bu payız-qış mövsümünün trendi xəzdən hazırlanmış saç bəzəkləridir.

İndi gəlin bir qədər bu saç aksessuarlarının tarixinə nəzər salaq. İlk saç sancaqları hələ qədim Misirdə faraonların başında peyda olub. Ancaq bu saç sancaqları adi yox, bahalı qızıldan, yaxud gümüşdən olmalı idi. Üzərinə də mütləq bahalı daş-qaş düzülməli idi.

İntibah dövründə isə saç aksessuarları Avropada görünməyə başladı. Onlar bir qədər sadə Ardı »

Geyim/Moda/Debİşləyən hamilə xanımlara xüsusi geyimlər

[color=#f82e00]Bir çox ana olmağa hazırlaşan xanımlar geyim seçimində çətinlik çəkir. Əgər onlar eyni zamanda çalışırsa bu problem özünü daha qabarıq şəklində göstərir.

Bədən quruluşları sürətlə dəyişən hamilələr 9 ayı 1 neçə il bundan qabağa qədər yalnız 1 paltar geyinərək keçirirdilər. İşgüzar xanımlar isə onlara çox da uyğun olmayan bu geyimləri sadəcə məcbur olduqları üçün geyinirdilər.

Ilk hamilə geyim kolleksiyaları Amerikada 1911-ci ildə hazırlanıb. Daha sonra isə məhz ana namizədləri üçün xüsusi geyim markaları, brendləri yarandı. Dorothy Perkins, Mama Of Benetton, Be Chic, Mama Dona, Premaman… və s. belələrindədir.

Həm rahat, həm də dəb trendlərini izləyən bu kolleksiyaları müasir həyatın ehtiyaclarına cavab verən dizaynerlər hazırlayırlar.

Şalvar Ardı »

Geyim/Moda/DebKök və arıq kişilər necə geyinməli?

[color=#c238dd]Belə ki, kök kişilər tək bortlu pencəyə üstünlük versələr, daha məqsədəuyğundur. Çünki iki bortlu pencəyin bütün düymələri bağlananda köklük daha tez nəzərə çarpır. Belə kişilərə uzun palto və pencək, gen tikilmiş palto, gödəkçə, bluza, kitel daha çox yaraşır.

Arıq kişilərin əyninə enli gödəkçə, idman biçimli pencək, koketkalı bluza daha yaxşı oturur.
Dar şalvar kişilərin bədən quruluşunu gözəgəlimli etsə də, çox enli kürəkli və kök bədənli kişilərdə belə geyim pis təsir bağışlayır.
Alçaq boylu kişilər fərqli rənglərdə şalvar və pencək geyməməlidirlər. Çünki bu, onların boyunu daha da qısa göstərir. Uzun pencək boyu ucaldır, qısa pencək isə əksinə, orta boylu adamı olduğundan daha kiçik Ardı »

Geyim/Moda/DebQış mövsümünün ən dəbli rəngləri

[color=#173bd3]2012-ci ilə saylı aylar qalıb. Dünyanın tanınmış dəb ustaları yeni ildə aktual olacaq rənglər barədə açıqlamalar verməkdədirlər. Qarşıdakı mövsümdə saç dəbindən tutmuş makiyaja qədər tam fərqli trendlərlə qarşılacağıq.

Yaz-yay fəsillərində olduğu kimi payız və qış aylarında da yumşaq rənglər üstünlük təşkil edəcək.
Yumşaq rəngləri çalışın ki, parlaq detallarla birləşdirin. Məsələn, yumşaq rəngli bir geyimi parlaq rəngli ayaqqabı, papaq, şərf və əl çantası ilə tamamlaya bilərsiniz. Daha da cazibədar görünmək istəyirsinizsə bolluca parlaq rənglərə müraciət edin.

Rənglərin tarazlığını qorumaq isə əsas şərtdir. Isti aylarda canlı rəngləri bir yerdə geyinmək əyləncəli və gözəl görünürdü. Amma qışda başdan ayağa parlaq geyinmək heç də Ardı »

Geyim/Moda/DebArıq xanımlar bədən eybini gizlətmək üçün necə geyinməli?

Boyca ucaboy və bədəncə arıq xanımlar paltar seçərkən xüsusilə diqqətli olmalıdırlar. Məsələn, belə görkəmə malik xanımlar dar-dütdək, qısa və yarıq ətək geyinəndə bədən quruluşlarında olan əyər-əskikləri daha da qabartmış olurlar. Məsləhətimiz məhz bu barədədir.

- Çox enli geyimlər geyinməyin: arıq bədən quruluşu və formasız enli paltarlar arasındakı kontrast sizin arıqlığınızı daha da qabarıq göstərəcək.
- Çox dar geyinməyin: dar vodolaz və şalvarlardan imtina edin. Bədənə kip oturmayan paltarlara üstünlük verin.
- Qara rəngdə həddi aşmayın: qara şalvar və ya qısa qara don arıq və ucaboy xanımlara yaraşa bilər. Ancaq qara şalvarla dar qara toxunma yun köynək geyinsəniz – bu qara rəngin “ağını Ardı »

Geyim/Moda/DebQış mövsümünün dəbi

[color=#f82e00]Bu qış mövsümündə müxtəlif parçalardan hazırlanmış geyimlər bir-birini əvəz edəcək. Ipək, dəri, kürkü hətta bir geyimdə istifadə edilə bilər.

Dolu xanımlar geyim seçərkən yapışan parçalardan uzaq durmalıdırlar. Parçalar artıq kiloları ört-basdır etmək üçün ən yaxşı vasitədir. Keyfiyyətsiz, tez köhnələn parçalar əvəzinə keyfiyyətli olanları seçin. Yüngül, yumşaq və geyindiyiniz zaman bədəninizdə gözəl duran parçalar idealdır.

Bu mövsümdə klassik geyim hesab olunan pencək-şalvar dəsti xanımlar üçün ideal seçim olacaq. Xüsusilə uzun incə pencəklər xanımlara çox yaraşacaq. Şalvar isə nə çox enli, nə dəki çox dar olmalıdır. Dar şalvarlar bütüb bədən xəttlərini daha qabardırsa, enli şalvarlar isə sizi olduğunuzdan daha da kök göstərə bilər.

Bildiyimiz kimi mini Ardı »