Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tarixin yaddaş dərsi

Çox qəhrəmanlıqlarlar keçib
Vətənin başından,bilirsən
Çox qəhrəmanlar keçib
Vətən uğrunda başından , bilirsən.
Mənim söyləməyim təkrar olardi
Bunu sən yəqin
lap körpə yaşından bilirsən .

Torpaq – yaranışın əzəli, sonu
Bu gün beşikdisə, sabah məzardı.
Babalar qanıyla yoğurub onu
Təriylə suvarıb Vətən yapardı.

Bu tarixi xatırlamaq çox çətin
Unutmaqsa daha ağır olardı.
Deyirlər bir vaxtlar bu məmləkətin
Bitib tükənməyən sahəsi vardı.
Sərhəd zalağıydı ucalan dağlar
Burcü, qalaları gəzmədi saya.
Bu istehkam dağlar, bu qala dağlar
Meydan oxuyurdu giddi dünyaya.

Şimal qapısından göyə ucalan
Dəmir darvazalı Dərbəndi vardı.
Dosta qucaq açan, yaddan bac alan
Təbrizi, Zəncanı, Səhəndi vardı.
Arazı qılınc tək sıyırıb qından
İkiyə böldülər bir məmləkəti.
Kəməndə saldılar Türkmənçayında
Aslan məmləkəti, şir məmləkəti.

Bir vətəni neçə yurda böldülər
Bir böldülər, dönüb bir də böldülər.
Sərvətini, dövlətini talayıb
Doymadılar, üçə,dördə böldülər.

Haqq söz vədəsinə, vaxtına çəkər
Doğru söyləyiblər ulu babalar.
İlanı qoynunda bəsləsən əgər
Axırda qayıdıb özünü çalar.

İlan bəsləmişik qoynumuzda biz
İllərlə xislətin gizli saxlayıb.
Fürsət düşən kimi xədsiz-xəbərsiz,
Haqdan ya nahaqdan bizi haqlayıb.

İlan bəsləmişik, torpağımızda
Oturub taxt üstə oturan kimi.
Bir vaxtlar Xürrəmid ocağımızda
Səhl Sumbatların xəyanət əli
Babəkimi qətlə yetirmədimi ?

Yenə də aldandıq, bir də aldandıq
Verdik qarış-qarış torpağı əldən
Quzu cildindəki qurda aldandıq
Verdik obaları, oymağı əldən.
Yurddan azmışlara, qovulmuşlara
İsti ocaq verdik, yurd-yuva verdik.
Niyyəti natəmiz, qəlbi puçlara
İrəvan, Zəngəzur, Ağbaba verdik.

Özümüz çıraqsız oturub bəzən
Bədxah qonşulara çıraq da verdik.
Qardaşın əlindən alıb, başkəsən
Düşmənin əlinə yaraq da verdik.

Vətənli oldular vətənimizlə
Dövlətin icində dövlət yapdılar.
Quru daşımızla, kəltənimizlə
Tarix düzəltdilər, sərhəd yapdılar.

Yerini gen saldı namərd hayastan
Doğma İrəvanı paytaxt elədi.
Fürsət düşən kimi vermədi aman
Xəyanət xəncərin sərvaxt elədi.

Getdi Dərbənd əldən, Ərdəbil əldən
Dedik nə elədi gərdiş elədi.
Getdi oba əldən, getdi el əldən
Millət itkilərə vərdiş elədi.

Dözdük Marağaya, Səlmasa dözdük
Dözdük dözümümüz qabar bağladı.
Hər ağrıya dözdük, hər yasa dözdük
Dərdimiz sinədə qubar bağladı.

Keçdik Dərələyəzdən, Vedibasardan
Keçdik Göyçə kimi koy yada qaldı.
Keçdik-Xocalı tək bir gülüzardan
Qan sızan bir yara dünyada qaldı.

Qırıldı Şuşanın o şüşə bəndi
Laçın tək alınmaz qala alındı.
Yaman yerdə atdı kəməndi
Kəlbəcər-qan dolu çala alındı.

Duru çeşmə kimi bulandırdılar
O büllur milləti, şüşə milləti.
Məhşər tonqalına qalandırdılar
Şişə keçirdilər, şişə milləti.

Doğma torpaqları yada satdılar
Anası “axçi”lər, dayısı “yan”lar.
Murovda, Kətikdə at oynatdılar
Yediyi çörəyi ayaqlayanlar.

Bir gün Misri qılınc qından çıxacaq
Bir gün düzəldəcək vətən qəddini.
Ellərim silkinib qandan çıxacaq
Qanıyla çəkərək öz sərhəddini

Xətayi qeyrəti, Babək inadı
Zaman sərhəddini keçib gələcək.
Vətən oğul dağlı Tomris anadı
Düşmənin qanını içib gələcək.

Güclü zəkalarla, qüvvətli qollar
Qılıncla çəkəcək xəritəmizi.
Göyərən cığırlar, bağlanan yollar
Vətəndən vətənə aparar bizi.

Adı müqəddəsdir Odlar yurdunun
Göylər səma rəmzli bir bayraq verib.
Yaraqda dayanan Milli Ordunun
Xeyir – duasını ulu haqq verib.

Yollar uğurludur, addımlar mətin
Səsimiz yeddi qat səmadan gəlir.
Kinini yumruq tək döyən millətin
Önündə Ali Baş Komandan gəlir.


Tarix: 26.12.2014 / 16:37 Müəllif: Aziza Baxılıb: 153 Bölmə: VƏTƏN ŞEİRLƏRİ
loading...