beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vətən yolu..

Biz, vətəni bölə-bölə,
bölgələrə bölünmüşük.
Göydələnlər tikə-tikə,
tikiliylə öyünmüşük.

Bizə əziz bu torpağa,
axı biz Vətən demişik.
Anaların laylasına,
bu Vətəni tən bilmişik.

Bu torpağın hər daşını,
şəhidlər qanla yuyublar.
Canlarını qurban verib,
qəhrəmantək uyuyublar.

Onlar bizə bu Vətəni,
əmanət qoyub gediblər.
Vətənə bu sadəqəti,
bu zirvədə bildiriblə.

Bəd yuxumuz lap az imiş,
peyda oldu “Daş yuxular.”
Bunu yazan da bilmirmiş,
belə yazan tez yıxılar.

Yaraları sağalmamış,
yarasına duz səpdilər.
Torpaqları loxmalayıb,
ac gözlərinə təpdilər.

Unutmarıq səni Vətən,
sən varsansa, biz də varıq.
Əgər sənə xilaf çıxsaq,
günahı qanla yuyarıq.

Unutmayaq səngərlərdə,
duran igid əsgərləri.
Onların sayıq durduğu,
nəmli ,soyuq səngərləri.

Bu tarixdir yaşamışıq,
biz yazaraq qanla bunu.
Tale bizə qismət edib,
tarixin tərs qanununu.

Unutmayaq biz Vətəni,
Vətən qizı, Vətən oğlu.
Mərdliklə qoruyaq onu,
müqəddəsdir Vətən yolu.


Tarix: 26.12.2014 / 16:57 Müəllif: Aziza Baxılıb: 103 Bölmə: VƏTƏN ŞEİRLƏRİ