beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uqo Çaves

Uqo Rafael Çaves Frias (isp. Hugo Rafael Chávez Frías 28 iyul 1954, Sabaneta, Barinas, Venesuela — 5 mart 2013, Karakas, Venesuela) — Venesuela dövlət və hərbi xadimi, 1999-2013-cü illərdə Venesuela prezidenti, Venesuela Vahid Sosialist Partiyasının rəhbəri (2007-2013).
Həyatı

Uqo Rafael Çaves Frias 28 iyul 1954-cü ildə Venesuelanın Barinas ştatının Sabaneta şəhərində anadan olub.

1992-ci ildə yarı-hərbçi kimi Çaves sonradan prezident olan Karlos Andres Peresə qarşı uğursuz hərbi çevrilişə başçılıq edib. Lakin çevriliş baş tutmamış və o 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. Çavesin sonradan siyasətdə bəxti gətirib. 1998-ci ildə populist seçki platforması, eləcə də yoxsulluğa və korrupsiyaya son qoymaq vədləri ilə Çaves neftlə zəngin Venesuelada prezident seçilib. 2002-ci ildə hərbi çevriliş nəticəsində iki günlük hakimiyyətdən kənarlaşdırılsa da, onu dəstəkləyən hərbçilərin əks çevrilişi nəticəsində yenidən hakimiyyətə qayıtmışdır.

Gəncliyində peşəkar beysbol oyunçusu olmaq istəyən Çaves, əvəzində böyük siyasətə daxil olmuşdu. Xarici siyasətdə ABŞ əleyhinə çıxışları ilə tanınan Çaves, eyni mövqedə duran digər dövlət başçıları — Fidel Kastro, Mahmud Əhmədinejad və Müəmmar Qəzzafi ilə dost münasibətlərə malik idi. Özünü inqilabçı hesab edən Çaves, Fidel Kastrodan ilhamlandığını iddia edirdi.. Latın Amerikasında siyasi baxışlarına görə Çavesin müttəfiqi hesab olunan dövlətlər Boliviya, Uruqvay, Argentina və həm də iqtisadi baxımdan Venesueladan asılı olan Kuba idi.

2011-ci ildə xərçəng xəstəliyindən əziyyət çəkdiyi müəyyənləşən Çaves, 4 dəfə Kubada cərahiyyə əməliyyatı keçirmişdir. Lakin, 2012-ci ilin 9 dekabr tarixində növbəti müalicə kursu üçün Kubaya yola düşən Uqo Çavesin səhhəti haqqında bir-birindən fərqli müxtəlif iddialar ortaya atılsa da, uzun sürən onkoloji xəstəlikdən sonra 5 mart 2013-cü ildə 58 yaşında xərçəng xəstəliyindən Karakasda vəfat etmişdir. Onun ölkədə olmadığı müddətdə Venesuelada növbəti prezident seçkiləri keçirilmiş və o, növbəti dəfə Venesuela prezidenti seçilmişdi.


Tarix: 10.07.2015 / 17:50 Müəllif: Feriska Baxılıb: 359 Bölmə: Tibb