beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Açıq arterial axacaq

Açıq arterial axacaq və ya Açıq Botal axacağı anadangəlmə ürək qüsuru, dölün qan dövranında mühüm əhəmiyyətə malik arterial axacaq – Botal axacağı insan doğulduqdan sonra normada öz funksiyasını itirirdiyi üçün qapanmış olur. Bəzən bu axacaq qapana bilmir və açıq qalaraq eyniadlı ürək qüsurunu meydana çıxartmış olur.
Patoanatomiyası

Açıq arterial axacaq adətən tipik olaraq sol ağciyər arteriyasının ayrıldığı yerdə aorta qövsü ilə ağciyər arteriyası arasında bir rabitə damarıdır. Normada o, insan doğulduqdan sonra ilk həftələr ərzində tutularaq, eyniadlı bağa çevrilmiş olur.
Patofiyiologiyası

Axacağın diametri və uzunluğu hemodinamik pozğunluğun səviyyəsini müəyyən edir. Axacaqdan axın həm sistola həm də diastola zamanı olur. Soldan sağa axın- şunt və ağciyər arteriyasında təzyiqin artması paralel olaraq axacağın diametrinin böyüməsinə gətirib çıxardır.
Klinik əlamətləri

Arterial ya Botal axacağın açıq qalması adətən yarımçıq doğulmuş uşaqlarda, ana bətnində (ananın məxmərək xəstəliyinə qarşı immuniteti olmadıqda) birinci trimestr dövründə məxmərək virusu ilə təmasda olan uşaqlarda tez-tez rast gəlinir. Çox nadir hallarda diaqnoz gecikmiş olaraq qoyulmuş olur.
Müayinəsi

Döş qəfəsinin rentgen müayinəsi:
EKQ müayinəsi:
Exokardioqrafiya:
Ürəyin kateterizasiyası:

Müalicəsi

Açıq arterial axacağının müalicəsi cəraxi müdaxilə ilə mümkündür. Müdaxilələr iki yolla aparıla bilinir: invaziv və minimal invaziv. İnvaziv müdaxilə zamanı döş qəfəsi yarılaraq, axacaq liqaturaya alınaraq bağlanılır. Lakin son zamanlar cərrahi texnikanın inkişafı bu cür əməliyyatları minimal invaziv metodla icra etməyə imkan verir. Minimal invaziv metodlardan biri transluminal müdaxilədir. Bu zaman aşağı boş vena ilə ağciyər kötüyündən keçməklə xüsusi kateterlərlə axacağa tıxac taxılır. Bəzi hallarda torakoskopiya metodu ilə də axacağın liqaturaza alınması icra edilir.


Tarix: 10.07.2015 / 16:58 Müəllif: Feriska Baxılıb: 91 Bölmə: Tibb