beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hakkı Kıvanç

Hakkı Kıvanç (d. 18 iyul 1931, Adana - ö. 30 yanvar 2015, İstanbul) — Türkiyənin "Yeşilçam" kino studiyasının məşhur aktyorlarından biri.
Həyatı

Hakkı Kıvanç 18 iyul 1931-ci ildə Türkiyənin Adana şəhərində anadan olmuşdur.

1955-ci ildə "Qızımla bərabər ağladıq" filmində epizodik rolla kino həyatına başlamışdır.

"Yeşilçam" filmlərinin ən populyar köməkçi aktyorlarından biri olmuş; Ayhan İşık, Yılmaz Güney, Cüneyd Arkın, Kamal Sunal kimi şedevr aktyorlarla eyni filmlərdə çəkilmişdir.

1980-ci ildən sonra kinodan əlavə seriallarda da rol almışdır. Ömrü boyu 500-dən çox filmdə rol almış aktyorun son çəkildiyi seriallar "Arka sokaklar" və "Kalb gözü"dür.

30 yanvar 2015-ci ildə İstanbulda mədə xərçəngindən vəfat etmişdir.


Tarix: 10.07.2015 / 17:43 Müəllif: Feriska Baxılıb: 216 Bölmə: Tibb