beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Diastola

Diastola (yun. diastole, mənası: Genişlənmə) - ürək dövrünün fazasıdır. Bu zaman ürəyin sağ və sol mədəciklərinin əzələsinin boşalması nəticəsində həcmi genişlənərək, qulaqcıqlardan gələn qanı qəbul edir. Buna yüklənmə/dolma fazası da deyirlər. Bu zaman ürəyin aorta və ağciyər arteriyası qapaqcıqları qapanır, sol ikitaylı və sağ üçtaylı qapaqcıqlar açılmış olurlar. Bu an damar divarlarının müqaviməti nəticəsində qapanmış aorta aypara qapaqcıqlarına soykənən qan axını diastolik təzyiqi yaratmış olur. Diastolik təzyiq damar divarlarının müqavimətindən və aypara qapaqcıqların intaktlığından asılıdır. İnsan ölən zaman ürək diastola vəziyyətində olur.

Adətən ürək dayanmaları diastola fazasında baş verir. Yalnız hiperkalimiyalı (qan zərdabında K++ ionunun miqdarının normadan artıq olması) ürək dayanmaları sistola fazasında baş verir.
Yarımfazaları
Ürəyin EKQ müşaiyətilə animasiyası

Doastola fazası özü 4 yarımfazaya bölünü:
1. Boşalma yarımfazası: aorta və ağciyər arteriyasının aypara qapaqcıqlarının qapanması;

EKQ: T-dişciyi Tnorm (ECG).svg ilə P-dişciyi Normal P wave (ECG).svg arasındakı T-P məsafəsi;
Exo: Sistolik qovulmanın sonu və E-dalğasının başlancığı;

2. İlkin yüklənmə/dolma (“aktiv diastola”) yarımfazası: ürək mədəciklərinin açılmış taylı qapaqlardan qanı bir növ sovuraraq qəbul etməsi;

EKQ: T-P məsafəsinin son yarısı;
Exo: E-dalğası.

3. Diastaza yarımfazası (Əvvəllər ilkin yüklənmə yarımfazasına aid edilirdi):

EKQ: P-dişciyi Normal P wave (ECG).svg;
Exo: E və A-dalğası.

4. Son yüklənmə/dolma yarımfazası: qulaqcıqların yığılmasından taylı qapaqların qapanmasına qədər ki zaman kəsiyi;

EKQ: P Normal P wave (ECG).svg -R Ta normal (ECG).png dişcikləri arasındakı P-R məsafəsi
Exo: A-dalğası.


Tarix: 10.07.2015 / 16:59 Müəllif: Feriska Baxılıb: 100 Bölmə: Tibb