beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şabran (rayon)

Şabran – Azərbaycan Respublikasında rayon. İnzibati mərkəzi Şabran şəhəridir.Mündəricat
1 Tarixi
2 Coğrafi mövqeyi
2.1 Relyefi
2.2 Təbiəti
2.3 İqlimi
3 Yaşayış məntəqələri
4 Əhalisi
5 Görkəmli və tanınmış şəxsləri
6 İqtisadi xarakteristikası
7 Mədəniyyət, təhsil və səhiyyə müəssisələri
8 İdman
9 Maddi-mədəni irsi
10 Mətbəx
11 Yerli media
12 Şəkillər
13 İstinadlar
14 Xarici keçidlər
15 Həmçinin bax


Tarixi

Dəvəçi rayonu 1930-cu ildə təşkil edilmiş,1940-ci ilin fevral ayında onun ərazisinin bir hissəsində Siyəzən rayonu təşkil edilmlş və 4.12.1959-cu ildə Siyəzən rayonu ləğv edilərək yenidən ona birləşdirilmişdir (1992 -ci ildən yenidən ayrılmışdır).1963-cü ildə ləğv edilərək ərazisi Abşeron rayonuna verilmiş ( Dəvəçi və Siyəzən şəhərləri respublika tabeliyində şəhər kimi qalmışlar), 1965-ci ildə yenidən Dəvəçi adı ilə müstəqil rayon olmuşdur.

2010-cu ildə Azərbaycan Milli Məclisinin qərarı ilə Dəvəçi rayonunun adı dəyişdirilərək Şabran adlandırılmışdır. Bu vaxt Şabranın tarixi şəhər olduğu, 5-ci əsrdə Sasani hökmdarlığı tərəfindən yaradıldığı, sovet hakimiyyəti dövründə isə həmin ərazidə yaradılan rayonun Dəvəçi adlandırıldığı əsas götürülmüşdür.

Rayonda tarixi-arxeoloji abidələr sayılan qədim şəhər yerləri var. Padar kəndindəki «Gülüstani – İrəm» və Şahnəzərli kəndindəki Şabran şəhər yerləri daha çox məşhurdur. Əsası V əsrdə qoyulmuş Şabran şəhər yeri dünyanın ən mühüm tarixi abidələri sırasına daxil edilmişdir. Rayon mərkəzi Dəvəçi şəhərində diyrşünaslıq muzeyi var. Qalaaltı kurortu Böyük Qafqazın ətəklərində yerləşir. Müalicəvi əhəmiyyətə malik olan Qalaaltı suyu çıxan bulağın ətrafında «Çıraqqala» uroloci sanatoriyası tikilmişdir. Burada müalicə olunanlar və sadəcə istirahətə gələnlər qədim Çıraqqala qalasının xarabalıqları yerləşən dağın zirvəsinə dırmaşırlar. Həmin zirvədən ətraf kəndlərə və vadilərə açılan mənzərə adamı valeh edir. Rayonda ənənəvi xalq sənəti olan xalçalığın ənənələrini qoruyub saxlayırlar. «Pirəbədil», «Qollu Çiçi», «Heyratı» tipli yerli xalçalar geniş şöhrət qazanmışdır. Məşhur Qalaaltı kurortu Şabran rayonunun ərazisindədir.

Coğrafi mövqeyi

Şabran (Dəvəçi) rayonu Bakıdan şimalda Quba-Xaşmaz iqtisadi rayonunda yerləşir. Rayonun ərazisi şərq tərəfdən Xəzər dənizinin sahillərinə qovuşur. Quba, Xaçmaz və Siyəzən rayonu ilə həmsərhəddir. Bakı-Moskva dəmir yolu,Bakı-Rostov avtomobil yolu,Bakı-Novorosiysk neft kəməri,Samur-Abşeron kanalı,1914-cü və Sovet dövründə çəkilmiş Şollar-Bakı su kəmərləri rayonun ərazisindən keçir.

Relyefi

Şabran rayonu Böyük Qafqazın şimal-şərqində yerləşir. Relyefi çox müxtlifdir. Dəniz sahillərindən başlanan düzənliklər tədricən təpəliklərə, daha sonra meşələrə, qayalara və dağlara çevrilir. Ərazi neft-qaz(Zağlı-Zeyvə neft yataqları), çınqıl, qum, gil və digər faydalı qazıntılar ilə zəngindir. Rayonda, həmçinin palçıq vulkanları var.

Təbiəti

Meşələrin sahəsi 21500 hektardır. Bu meşələrin heyvanat aləmində canavar, ayı, tülkü, çaqqal,porsuq, qaban və ceyran, quşlardan isə qırqovul və kəlik daha geniş yayılmışdır. Respublikamızda ən böyük şirin sulu Ağzıbirçala (liman) gölü bu rayonun ərazisindədir.Göldə ov quşlarindan qaz,yaşılbaş ördək və qaşqaldaq qışlayır. Nohurlar kəndindən bir qədər aralıda isə bir-birindən gözəl 7 dağ gölü yerləşir. Bir qədər arxaik ada malik olan Dəvəçi şəhəri Camal dağının (təpənin) ətəyində, yaşıllıqlar qoynunda yerləşir.Məşhur Neft (nöyüt) dağı rayonun ərazisindədir.

İqlimi

Düzənliklərdə və alçaq dağlarla iqlimin mülayim, isti subtropik, və dağlıq hissəsində – mülayim soyuq. Yayı quru, illik yağıntının miqdarı 300-600 mm-dən azdır.

Yaşayış məntəqələri

Rayonun iri yaşayış məntəqələri Şabran şəhəri,Dəvəçi (keçmiş Təzəkənd və ya Kuybişevkənd), Gəndov, Baş Əmirxanlı, Çuxurazəmı, Düz Bilici, Ağalıq, Güləmli kəndləridir. Rayonda 1 şəhər, 68 kənd var.

Əhalisiİl2009
Şəhər əhalisi22235
Kənd əhalisi28945
Ümumi əhali51180
Hesablama növüRəsmi siyahıyaalınma

Milli tərkibEtnik qrup2009[1] sa.
Cəmi51 533
azərbaycanlı48 254
tat1 766
türk1 390
ləzgi65
rus31
tatar8
ukraynalı2
digər17


Görkəmli və tanınmış şəxsləri
Ayna Sultanova — Azərbaycan SSRin görkəmli ictimai-siyasi xadimi.
Qəzənfər Musabəyov - Azərbaycan SSR-in görkəmli siyası xadimi,bolşevik.
Tofiq Quliyev – bəstəkar, pianoçu, dirijor, bir çox simfonik əsərlərin, kantataların, fortepiano əsərlərinin müəllifi.
Nurulla Xəlilov Əmrulla oğlu - SSRİ maarif əlaçısı, Azərbaycan SSR qabaqcıl maarif xadimi, Dəvəçi rayon maarif şöbəsinin müdüri, pedoqoji elmlər namizədi, pedaqoq.
Məmməd Səfa Qasımov — Azərbaycan Respublikasının əməkdar artisti, Azərbaycan Dövlət İncəsənət Unversitetinin dosenti.
Ariz Xəlilov — tibb elmləri doktoru, kordioloq.

İqtisadi xarakteristikası

Şabranın sənayesində neftçıxarma mühüm yer tutur. Burada xalça fabriki, şərab emalı müəssisələri vardır. Kənd təsərrüfatının əsas sahəsi tərəvəzçilik, meyvəçilik, üzümçülük, taxılçılıq və heyvandarlıqdır. Hazırda rayonda 2 iri müəssisə fəaliyyət göstərir. "Dəvəçi Broyler" Quşçuluq fabriki və Taxıl Kombinatı. Bakı-Rostov magistiral yolu və Bakı-Moskva dəmiryolu da rayonun iqtisadiyyatının inkişafında mühüm yer tutur.

Mədəniyyət, təhsil və səhiyyə müəssisələri

Rayon ərazisində 3 məktəbəqədər uşaq müəssisəsi, 20 tam orta, 17 ümumi orta,12ibtidai ümumtəhsil və 5 sahələr üzrə ( şahmat,...)məktəbi, ölkəşünaslıq muzeyi, 49 kitabxana, mədəniyyət evi, 41 klub var.

İdman

Rayonda boks, karate, sambo, cüdo, sərbəst güləş, respublika rayonlarında yeganə olan akrobatika və trodblinq bölmələri fəaliyyət göstərir. Azərbaycan çempionları Şirinbala Xəlilov (1961,1962 sərbəst güləş), Müşfiq Cəfərov və Müqəddəs Cəfərov (sambo), Rövşən Fərzəliyev, Ömər İlyasov və Taleh Həbibov (karate), Rövşən Günəşov (boks), dünya kubokunun sahibi İlham Umayev (yunan-roma güləşi) yetişib. Azərbaycan Mİlli futbol komandasinin qapıcısi Kamran Ağayev Şabran torpağının yetirməsidir. Karate üzrə dəfələrlə Azərbaycan çempionu,beynəlxalq yarışların qalibi və avropa çempionu, kinboks üzrə dünya çempionu Aqşin Xəlilov Dəvəçi şəhərində anadan olmuşdur. Boks üzrə dünya çempionu Ağası Məmmədov da bu rayonda doğulmuşdur.

Maddi-mədəni irsi

Rayonda qədim memarlıq abidələrindən Çaraq kəndində Çıraqqala mühafizə olunur. Gilgilçay səddi, Qədim Şabran şəhəri Şahnəzərli kəndinin və Gülüstani-İrəm şəhərinin xarabalıqlarıda ( Padar Kəndi) burada yerləşir.


Tarix: 16.03.2013 / 17:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 547 Bölmə: Tariximiz ve rayonlarimiz