beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Göytəpə (Cəlilabad)

Göytəpə şəhəri (əvvəlki adı Prişib) - Azərbaycanın Cəlilabad rayonunda şəhər.Mündəricat
1 Tarixi
2 Əhalisi
2.1 Tanınmış şəxsləri
3 Təhsil
4 Tarixi abidələr
5 Mənbə


Tarixi

Azərbaycan tarixçilərinin yazdığına görə, Rusiya İmperiyası XIX əsrdə Azərbaycan xanlıqlarını işğal edəndən sonra özünə dayaqlar yaratmaq üçün bölgəyə 250 min nəfərdən çox rus millətindən olan şəxs köçürüb. Onlar həm Bakı və Gəncə kimi böyük şəhərlərdə yerləşdirilirdi, həm də bölgələrdə. O vaxt ruslarına bir hissəsi də indiki Cəlilabad ərazisində yerləşdirilib. Cəlilabad rayonunda rus yer adları çoxdur - Astraxanovka, Tatyanovka, Nikolayevka, Petrovka, Privolnoye, Mixaylovka və s.

XIX əsrdə Azərbaycana köçürülən ruslar üçün münbit torpaqlar ayrılır, onlara yerli əhaliylə müqayisədə müxtəlif güzəştlər edilirdi. Cəlilabad rayonunun indiki ərazisi demək olar ki meşə örtüyündən məhrumdur, çöllükdü. İqlimi qurudu. Elə Göytəpə şəhərinin ətrafı da yalnız kartof sahələri və üzümlüklərdən ibarətdir. Amma 200 il əvvəl bölgənin təbiəti bir qədər ayrı cür olub. 1840-cı ildə Prişib kəndinin əhalisi Rusiyanın Orenburq quberniyasından zorla köçürülərək Lənkəran qəzasının Astraxanbazar ərazisinə gətirilmişdir. XX əsrdə toponim Prişib adlandırılmışdır. [2]

1992-ci ildən sonra yaşayış məntəqəsinin əvvəlki adı Göytəpə özünə qaytarılmışdır. Sovet İttifaqı dağılandan sonra rusların çoxu Rusiyaya köçüb getsələr də, Göytəpədə rus üslubunda tikilmiş palıd evlərin çoxu durur, həmin evlərdə azərbaycanlılar yaşayır, burada yaşamaqda davam edən ruslar isə ahıl yaşında olanlardı. [3]

Əhalisi

Tanınmış şəxsləri
Vüqar Mürsəlov - Azərbaycanın Milli Qəhrəmanı

Fəzail Bayramov

Təhsil

Göytəpə şəhərində 1 və 2 saylı orta, 3 saylı natamam orta məktəb və həmçinin texniki peşə məktəbi fəaliyyət göstərir.

Tarixi abidələr

Göytəpə şəhərində 1878-ci ildə inşa edilmiş rus kilsəsi hələ də qalmaqdadır. Turizm nazirliyi tərəfindən qorunan, 4177 saylı inventarla rəsmi qeydiyyata alınan bu tarixi abidə öz görkəmini hələ də itirməyib. Dindar insanlar tərəfindən istifadə olunmadığı üçün Göytəpə şəhər mədəniyyət evi də elə bu kilsənin birinci mərtəbəsində yerləşdirilib. Mədəniyyət işçiləri tərəfindən bu kilsə daim nəzarətdə olmaqla daim qorunur.


Tarix: 16.03.2013 / 17:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 375 Bölmə: Tariximiz ve rayonlarimiz