beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Midiya dövləti

Midiyanın adı ilk dəfə Assuriya hökmdarı III Salmanasarın kitabəsində çəkilir. Heredot “Tarix” əsərində Midiyada yaşayan altı tayfa haqqında geniş məlumat vermişdir. Midiya tayfaları e.ə. IX - e.ə. VIII əsrlərdə Assuriya dövlətinə tabe idilər.
E. ə. VIII əsrdə Deyok Midiya tayfalarını birləşdirərək vahid dövlət yaratdı. Dövlətin paytaxtı Ekbatan şəhəri idi.
Midiya hökmdarı Kaştariti (e.ə. 672-e.ə. 653) Assuriyanın tabeçiliyindən çıxmağa nail oldu. O, e.ə. 653-cü ildə Assuriyaya yürüş etsə də birləşmiş Assur-Skif ordusu tərəfindən məğlub edildi. Bu məğlubiyyətdən sonra Midiya skiflərin hakimiyyəti altına düşdü (e. ə. 653 - e. ə. 625-ci illərdə) .

Kiaksarın dövrü (e. ə. 625 - e. ə. 585)
Midiyanın ən qüdrətli hökmdarı Kiaksar olmuşdur. Kiaksar:
Midiyada skif ağalığına son qoydu;
Xırda vilayətləri mərkəzi hakimiyyətə tabe etdi;
Hərbi islahat keçirərək ordunu yenidən qurdu;
Yeni Babil dövləti ilə ittifaqa girərək Assuriya dövlətinə son qoydu;
Urartu, Skif çarlığı və Manna dövlətinə son qoydu;
Egey dənizinə çıxmaq üçün Lidiya dövləti ilə müharibə apardı (e.ə.590- e.ə. 585-ci illərdə aparılan bu müharibədə heç bir tərəf qalib gəlmədi. Hər iki dövlət arasında sülh müqaviləsi bağlandı);
Midiyanı Ön Asiyanın ən qüdrətli dövlətinə çevirdi;
Assuriyanın torpaqlarını Yeni Babilistanla öz arasında bölüşdürdü.

Astiaqın dövrü (e.ə. 585-550)
Kiaksarın ölümündən sonra hakimiyyətə oğlu Astiaq gəldi. Astiaqın hakimiyyəti illərində:
Midiyanın daxili və xarici vəziyyəti mürəkkəbləşdi;
Midiya zadagənlarının hüquqları məhdudlaşdırılmağa başlandı;
Dövlətlə əyanların ziddiyyətləri artdı;
Midiya sarayındakı farsmeyilli qüvvvələr fəallaşdı;
Bir qrup Midiya əyanı fars vilayətinin başçısı II Kirlə gizli sazişə girdi.

E.ə. 553-cü ildə Midiya dövləti ilə müharibəyə başlayan II Kir qələbə qazandı. Beləliklə, e.ə 550-ci ildə Midiya dövləti tarıx səhnəsindən silindi. Onun dövlətçilik ənənələri və mədəniyyəti Əhəmənilər dövləti tərəfindən mənimsənildi.


Tarix: 26.11.2014 / 17:33 Müəllif: Aziza Baxılıb: 60 Bölmə: Tariximiz ve rayonlarimiz