Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan dövlətləri

Ən qədim Azərbaycan tarixi
Aratta
Aratta - Azərbaycan ərazisində (Güney Azərbaycanda) e.ə. III minilliyin I yarısında meydana gəlmiş ilk dövlət qurumu. Arratanın ərazisi Urmiya gölünün cənub və cənub-şərq ərazilərini əhatə edirdi. Diyala çayının yuxarı axarı və müasir Zəncan-Qəzvin ərazisi Arattanın aşağı sərhəddini təşkil edirdi. Aratta dövləti İkiçayarası (Mesopotamiya) şəhər dövlətləri ilə iqtisadi, siyasi və mədəni əlaqələrə girmişdi.

Lulubi
Lulubi - Azərbaycan ərazisində mövcud olmuş tarixi dövlət. E.ə. III minilliyin ikinci yarısında İkiçayarası şəhər dövlətləri süquta uğradı. İkiçayarası Akkad dövlətinin hakimiyyəti (e.ə.XXIV-XXII əsrlər) altında birləşdi. Azərbaycan ərazisində isə artıq Aratta dövləti süquta uğramışdı. XXIII əsrdə Urmiya gölünün cənubunda, Aratta dövlətinin ərazisində onun siyasi və etnik varisi kimi Lulubi dövləti meydana gəlmişdi. Güman olunur ki, hələ Aratta dövlətinin varlığı dövründə artıq Lulubi tayfa birləşməsi yaranmağa başlamışdı. Lulubi tayfa ittifaqına yəqin ki, sonradan siyasi tarix səhnəsinə çıxmış su və turukki tayfaları da daxil idi.

Kuti
Kuti- tarixi Azərbaycan ərazisində mövcud olmuş ilkin etno-siyasi birliklərdən biri.

Sak çarlığı
Azərbaycan ərazisində sak-skif-massaget tayfalarının məskunlaşdığı ərazidə yaradılmış qədim dövlət. Eramızdan əvvəl VII-IV əsrlərdə mövcud olmuş Sak çarlığı Şimali Azərbaycan eləcə də Qərbi Azərbaycan ərazisində yaradılmış ilk dövlətdir.

Qədim Azərbaycan tarixi
Manna dövləti
Azərbaycan ərazisində yazılı mənbələrdə qeyd olunan ilk mərkəzləşdirilmiş dövlət Manna dövlətidir.

Midiya dövləti
Midiya - (yunanca: Μηδία) - e.ə. 712-ci ildən - e.ə. 550-ci ilədək mövcud olmuş qədim türk dövləti. Midiya Azərbaycan ərazisində təşəkkül tapsa da, sonradan Ön Asiyanın ən nəhəng imperiyasına çevrilmişdir. Bu dövlət Azərbaycan türklərinin əcdadları tərəfindən qurulmuş ilk imperiyadır. O, Manna dövlətinin tarixi, etnik və mədəni varisi hesab edilir. Midiya Mannadan cənub-şərqdə, Güney Azərbaycan ərazisində yerləşirdi. Midiya dövlətinin paytaxtı Ekbatana (indiki Həmədan) şəhəri idi. Midiya (Maday, Matay, Amaday) adı ilk dəfə e.ə. IX əsr qaynaqlarında yad edilmişdir. Midiya ərazisi e.ə. IX-VIII əsrlərdə xırda vilayət hakimləri tərəfindən idarə edilirdi. Mannanın Gizilbunda vilayəti hər iki ərazinin sərhəddini təşkil edirdi.

Atropatena dövləti
Atropatena (yunan: Ατροπατήνη) və yaxud Midiya Atropatena, e.ə. IV əsrdə müasir Güney Azərbaycan ərazisində[1] qurulmuş və paytaxtı Qazaka şəhəri olan qədim dövlət.

Qafqaz Albaniyası
Qafqaz Albaniyası (Ağvan, Arran və ya Alban çarlığı) - müasir Azərbaycan Respublikası, Ermənistanın və Gürcüstanın həmçinin İranın bir hissəsi və Cənubi Dağıstan ərazilərində yerləşən tarixi dövlət olmuşdur.

Orta əsrlər Azərbaycan tarixi
Böyük Səlcuq İmperiyası (1037-1194)
Böyük Səlcuq İmperiyası (ingiliscə: Great Seljuq Empire), (1037-1157) - Oğuz Türklərinin Qınıq boyundan olan tayfaların IX əsrdə yaratdığı, Orta Asiya, İran, Yaxın Şərq, Qafqaz və Anadolu ərazilərini əhatə edən nəhəng Türk dövləti. Səlcuq imperiyasının əsasını 1037-ci ildə Səlcuq bəyin sülaləsindən olan Toğrul bəy qoymuşdur.

Atabəylər dövləti (1135-1191)
Azərbaycan Atabəylər (Eldənizilər) dövləti (1136 - 1225) - atabəy Şəmsəddin Eldənizin dövründə formalaşmış, onun oğlu Nüsrəddin Məhəmməd Cahan Pəhləvanın hakimiyyəti illərində daha da çiçəklənmişdir.

Elxanilər dövləti (1256-1335)
1206-cı ildə Mərkəzi Asiyada dünya tarixində dərin iz buraxmış Monqol İmperiyası (1206-1634) yaranır. Dövlətin banisi Çingiz xanın (1206-1227) və onun varisləri dövründə imperiyanın sərhədləri Sakit okeandan Aralıq dənizinə və Baltik dənizindən İran körfəzinə qədər uzanırdı.

Qaraqoyunlu dövləti (1375-1468)
Azərbaycan türklərinin etnogenezində mühüm rol oynamış türkdilli tayfa birləşməsidir.Bayraqlarında qara qoyun şəkli olduğundan bu cür adlandırılırdılar. Mənşəcə oğuz tayfalarından olan Qaraqoyunlulara Baharlılar başçılıq edirdi.İlk əvvəl Van gölündən Cənubda məskunlaşmış Qaraqoyunlular XIV əsrin 70-ci illərindən Ərzincan və Sivasda möhkəmləniblər.Ağqoyunlular,Teymurlular və Cəlairilərə qarşı mübarizə aparıblar.Qaraqoyunlular Qara Yusifin başçılığı ilə Azərbaycanda Qaraqoyunlu dövləti yaradıblar.Qaraqoyunlular Azərbaycan türklərinin etnogenezində də iştirak ediblər.Azərbaycan Respublikası ərazisində də hal-hazırda Qaraqoyunlularla bağlı toponimlər var.

Ağqoyunlu dövləti (1378-1508)
Ağqoyunlular - 1284 -1291 illər arasında, Xorasandan Anadolu'ya köçmüş oğuz türklərinin tayfa birliyi olub, Azərbaycan, Bayburt, Harput, Diyarbakır, Bitlis bölgələrində məskunlaşmışlar. Səlcuqlar dövlətinin zəifləmıəsi, Anadoluda Elxanlilər sülaləsinin hökmranlığının sona çatması və bəyliklərin formalaşması zamanında dövründə Ağqoyunlu dövlətini qurmuşlar.

Şirvanşahlar dövləti (1206-1413)
Şirvanşahlar dövləti - 861-1538-ci illərdə Azərbaycan ərazisində mövcud olan dövlət.
Bakı X əsrin axırlarından etibarən Şamaxı ilə yanaşı Bakı da Şirvanın əsas şəhərlərindən birinə çevrildi. XI əsrdə Şirvanşahlar dövləti regionda baş verən hadisələrin mərkəzində olduğundan, Bakı ətrafında qala divarları ucaldıldı.

Səfəvilər dövləti (1501-1722)
Səfəvilər Dövləti və yaxud Dövlət-i Səfəviyyə (fars: صفویان; ingilis: Safavid Empire), 1501-ci ildən 1736 ilə qədər Azərbaycandan başlayaraq bugünkü İran, Ermənistan, İraq, Əfqanıstan, qərbi Pakistan, cənubi Türkmənistan ve şərqi Türkiyə ərazilərini əhatə etmiş tarixi dövlətdir. Səfəvilər tarixdə ilk dəfə Azərbaycan Türkcəsini əsas rəsmi dil, 12-imam Şiəlik məzhəbini isə rəsmi din kimi qəbul etmiş hakim sülalədir.

Qacarlar (1794-1925)
Qacarlar 1796 və 1925-ci illər arasında İranda hakimiyyətdə olmuş Azərbaycan Türk sülaləsidir. Qovanlı Türk tayfasından olan Qacarlar, Monqol işğalı zamanlarında İrəvan ətrafında kök salmışlar və Səfəvi sülaləsini Azərbaycanda və İranda hakimiyyətə gətirən yeddi Qızılbaş Türk tayfalarından biri olmuşlardır.

Azərbaycan xanlıqları (1736-1828)
Azərbaycan xanlıqları - XVIII əsrin 40-cı illərində indiki Azərbaycan Respublikası və Cənubi Azərbaycan ərazisində yaranmış müstəqil feodal dövlətlərinə tarixşünaslıqda verilən ad. Şəki və Quba xanlıqları istisna olmaqla digər xanlıqlar əsasən Nadir şah Əfşarın 1747-ci ildə qətlindən sonra meydana gəlmiş, XIX əsrin 20-30-cu illərində mərhələ-mərhələ Qacar İran dövlətinin və Rusiya İmperiyasının nəzarəti altına keçmişlər.

Şimali Azərbaycan ərazisində
Bakı xanlığı - XVIII əsrdə Azərbaycanın şərq hissəsindəki xanlıqlardan biri. XVIII əsrdə Azərbaycan ərazisində bir sıra müstəqil xanlıqlar, o cümlədən Bakı xanlığı yaradıldı. Bakı xanlığına Mirzə Məhəmməd xan (1747-1768-ci illər) başçılıq edirdi.

Cavad xanlığı - bir çox Azərbaycan xanlıqları kimi İran şahı Nadir şah Əfşarın ölümündən sonra yaranmışdır. İndiki Azərbaycan Respublikasının ərazisində Qarabağ xanlığı ilə Şamaxı xanlığının və Salyan sultanlığının arasında yerləşirdi.

Dərbənd xanlığı - XVIII ərdə indiki Azərbaycan ərazisində mövcud olan xanlıqlardan biri. Azərbaycanın ən qüdrətli xanlıqlarından biri sayılan Dərbənd xanlığı 1918-ci ildə Rusiyaya birləşdirilib. Rusiyaya birləşdirilərkən Dərbənd xanlığının sahəsi 7 min kv. km. idi.

Gəncə Xanlığı - XVIII əsrin ortalarında, paytaxtı Gəncə şəhəri olmaqla yaranan Azərbaycan Xanlıqlarından biridir. Şimali Azərbaycan ərazisində yaranmış xanlıqlar arasında Qarabağ və Gəncə xanlıqları özünəməxsus yer tuturdu. Bu xanlıqlar uzun müddət Səfəvi imperatorluğunun mühüm inzibati-ərazi vahidlərindən biri olan Qarabağ (və ya Gəncə) bəylərbəyiliyi ərazisində meydana çıxmışdı.

Irəvan xanlığı (ingiliscə: Erivan khanate) - 1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra əsası qoyulmuş müstəqil xanlıq. Ərazisi müasir Ermənistanı habelə indiki Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarını və indiki Türkiyənin İğdır vilayətini əhatə etmişdir.

Lənkəran xanlığı və ya Talış xanlığı - Azərbaycan xanlıqlarından biri olmuşdur.

Naxçıvan xanlığı - 1747-1828-ci illərdə Azərbaycan ərazisində mövcud olmuş feodal dövləti. 18-ci əsrin ortalarında Azərbaycanın şimalında yaranmış xanlıqlardan biri də Naxçıvan xanlığı olmuşdur. Xanlığın ərazisi Zəngəzur dağlarından Araz çayının vadisinə qədər olan torpaqları əhatə edirdi. İrəvan, Qarabağ və Maku xanlıqları ilə həmsərhəd idi.

Qarabağ xanlığı - 1748-1805-ci illərdə müasir Azərbaycan ərazisində, Kür və Araz çayları arasındakı sahədə mövcud olmuş feodal dövlət, xanlıq. Digər Azərbaycan xanlıqları kimi Səfəvilərin süqutundan sonra yaranmış və Rusiyanın Qafqazı işğalı zamanı zəbt edilmişdir.

Quba xanlığı - XVIII əsrin ortalarında yaranmış, Azərbaycan xanlıqlarından biri. Quba xanlığı Azərbaycanın şimal-qərbində yerləşirdi. 18-ci əsrin birinci yarısında indiki Quba, Dəvəçi, Qusar, Xaçmaz, Xızı və Siyəzən rayonlarının ərazisin Quba xanlığı şəklində birləşdirilmişdir. Əvvəlcə bu xanlığın mərkəzi Xudat şəhəri idi, lakin az sonra Quba xanı Hüseynəli Qubanı öz xanlığının mərkəzinə çevirdi və öz iqamətgahını Qubaya köçürdü.

Şamaxı xanlığı - XVIII əsrdə indiki Azərbaycan ərazisində feodal dövlət olmuşdur. Şamaxı xanlığında iihakimiyyətlilik mövcud olmuşdur. Bir hissəsində Məhəmməd Həsən xan, digər hissəsində isə Məhəmməd Səid və Ağası qardaşlarının hakimiyyəti mövcud idi. 1763-cü ildə Məhəmməd Səid xan Şamaxı xanlığını birləşdirdi və xanlığın mərkəzi Şamaxı şəhəri oldu. 1767-ci ildə Quba və Şəki xanlıqları Şamaxıya hücum etdi və ərazisi onlar arasında bölüşdürüldü. 1790-cı ildə Şirvan xanları hakimiyyətləri bərpa etdilər.

Şəki xanlığı - paytaxtı Nuxa (Şəki) şəhəri olmaqla, 1445-ci ildə yaranmışdır.

Cənubi Azərbaycan ərazisində
Ərdəbil xanlığı - Cənubi Azərbaycan ərazisində (indiki İran dövləti) xanlıq. (XVIII yüzilin 40-cı illəri - XIX yüzilin əvvəlləri). Ərazisi Talış, Qaradağ, Təbriz, Marağa və Gilan xanlıqları ilə hüdudlanırdı. Mərkəzi Ərdəbil şəhəri.

Marağa xanlığı - Cənubi Azərbaycan ərazisində (indiki İran dövləti) xanlıq. (XVIII yüzilin 40-cı illəri - XIX yüzilin 20-ci illəri). Cənubdan Saqqız mahalı, şərqdən Miyanə, şimaldan Təbriz, qərbdən Urmiya gölü və Sulduz mahalı ilə hüdudlanırdı. Mərkəzi Marağa çəhəri.

Maku xanlığı - Cənubi Azərbaycan ərazisində (indiki İran dövləti) xanlıq. (XVIII yüzilin 40-cı illəri - 1922-ci il). Mərkəzi Maku çəhəri. Xoy, Qaradağ, Naxçıvan, İrəvan xanlıqları və Osmanlı imperiyası ilə hüdudlanırdı.

Qaradağ xanlığı - 1747-ci ildə yaranmış və Cənubi Azərbaycanda (indiki İran ərazisində) feodal dövlət olmuşdur. Mərkəzi Əhər şəhəri idi. Qərbdən Xoy xanlığı, Şərqdən Lənkəran xanlığı, cənubdan Təbriz və Ərdəbil xanlıqları ilə həmsərhəd idi.

Sərab xanlığı - Cənubi Azərbaycan ərazisində (indiki İran dövləti) xanlıq. (XVIII yüzilin 40-cı illəri - XIX yüzilin əvvəlləri). Ərazisi Ərdəbil, Qaradağ, Təbriz, Marağa xanlıqları və İranla hüdudlanırdı. Mərkəzi Sərab çəhəri.

Təbriz xanlığı – mərkəzi Təbriz şəhəri olmaqla Azərbaycan xanlıqlarından biridir. Ən görkəmli xanlarından biri Əmir-Aslan Xan olmuşdur. Onun hakimiyyəti dövründə Təbriz xanlığı Ərdəbili, Xalxalı, Azərbaycanın cənub torpaqlarının bir hissəsini tutmaqla sərhədlərini xeyli genişləndirdi. Lakin çox keçmədi ki, Təbriz xanlığı Fateh-Əli xan Əfşar tərəfindən ələ keçirildi və Təbriz onun ölkəsinin paytaxtına çevrildi. Təbriz xanlığının idarə edilməsi Nəcəf-Qulu xana tapşırılır. Fateh-Əli xanın ölümündən sonra Təbriz xanlığı yenidən müstəqillik əldə edir.

Urmiyə xanlığı (ingiliscə: Khanate of Urmia) – XVIII əsrin ortaları və 1868/1869-cu illər arasında, mərkəzi Urmiyə şəhəri olmaqla, Cənubi Azərbaycanın qərbində yerləşmiş ən nüfuzlu xanlıqlardan biri olmuşdur.

Xoy xanlığı - Cənubi Azərbaycan ərazisində (indiki İran dövləti) xanlıq. (XVIII yüzilin ortaları - sonları). Mərkəzi Xoy şəhəri. Naxçıvan, Maku, Urmiya, Təbriz xanlıqları və Türkiyə ilə hüdudlanırdı.

Azərbaycanın müasir tarixi
Azərbaycan Demokratik Respublikası (Azərbaycan Xalq Cümhuriyyəti) 1918-1920
Azərbaycan Demokratik Respublikası (Azərbaycan Xalq Cümhuriyyəti) - Yaxın Şərqdə ilk demokratik dövlət. ADR 27 may 1918-ci ildə Tiflis şəhərində Azərbaycan Milli Şurası tərəfindən bəyan edilmişdir. İrəvan şəhəri və quberniya əraziləri güzəştə gedildikdən sonra 1918-ci il mayın 28-də özünün müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 99908,86 km² təşkil edirdi. 13983,1 km² ərazi isə mübahisəli ərazi kimi qəbul olunaraq gələcək danışıqlar prosesində həll olunması nəzərdə tutulmuşdu.

Azərbaycan SSR (1920-1991)
Azərbaycan Sovet Sosialist Respublikası

Azərbaycan Milli Hökuməti (1945-1946)
Azərbaycan Milli Höküməti (AMH; ingiliscə: Azerbaijan People's Government; rusca: Азербайджанское народное правительство) və ya 21 Azər Hərəkatı - 1945-ci ilin noyabr ayından 1946-cı ilin noyabr ayına qədər Cənubi Azərbaycanda fəaliyyət göstərmiş muxtar sosialist hökümət. AMH-nin paytaxtı Təbriz şəhəri olmuşdur. Cəmi bir il mövcud olmasına və bilavasitə Sovet İttifaqının İrana qarşı siyasi, ideoloji və hərbi müdaxiləsi nəticəsində yaranmasına baxmayaraq, AMH tarixdə ilk dəfə Cənubi Azərbaycanda müstəqil müasir milli dövlətçilik cəhdi olmuşdur. Sovet ordusu İrandan çəkildikdən sonra, dekabr 1946-da İran ordusunun hissələri Təbriz şəhərinə daxil olaraq Azərbaycan Milli Hökümətinə son qoymuşlar.


Tarix: 26.11.2014 / 16:51 Müəllif: Aziza Baxılıb: 292 Bölmə: Tariximiz ve rayonlarimiz
loading...