beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan Sasanilər və ərəb istilasi dövründə

III-IV əsrlərdə Azərbaycanda feodal münasibətləri yarandı. Arşakilər sülaləsinin nümayəndəsi Ərdəşir Babəkan 226-cı ildə İranda Parfiya dövlətini süquta uğradaraq Sasanilər dövlətinin əsasını qoydu. Atropatena bu dövrdə də zərdüştlüyə sitayiş edirdi. Albaniya 226-cı ildə Sasanilərdən asılı vəziyyətə düşdü. Atropatena isə 227-ci ildə onun vilayəti oldu. 510-cu ildə Sasanilər dövlətində Arşakilər sülaləsinin hakimiyyətinə son qoyuldu. I Xosrov Ənuşirəvanın dövründə (531-579) Albaniya, Atropatena və İberiya Sasani dövlətinin Şimal mərzbanlığına daxil edildi. Erkən orta əsrlərdə Albaniyada, Çola, Şəki, Uti, Arsax, Paytakaran və s. vilayətlər var idi. Uti vilayətində Bərdə şəhəri, Şəki və Çola arasında Qəbələ şəhəri yerləşirdi. Həmin dövrdə Dərbənd “Dəmir qapı” adlanırdı. Paytakaran Mil-Muğanı, Arsax isə Qarabağın dağlıq hissəsini əhatə edirdi. Arsaxın əhalisini türklər təşkil edirdi.

III-V əsrlərdə Sasanilər Roma ilə müharibə edirdi. Sasani şahı I Şapur 260-cı ildə Roma imperatoru Valerianı məğlub edərək onu əsir aldı. 359-cu ildə Sasanilər Albaniyanın köməkliyi ilə Romanı yenə də məğlubiyyətə uğratdılar. Bununla da Arsax, Marlar (Naxçıvan), Kaspiana geri qaytarıldı və Ermənistan Roma və Sasanilər arasında bölüşdürüldü.

Ərəb qoşunları 633-cü ildə Sasanilər dövlətinə hücum etdi. Alban hökmdarı öz oğlu Cavanşirin rəhbərliyi ilə Sasanilərə kömək göstərdiyinə görə Cavanşir Sasani şahı III Yezdəgerd tərəfindən mükafatlandırıldı. 638-ci ildə ərəblər Sasanilərin paytaxtı Ktesifonu tutdular. Ərəblərə qarşı mübarizənin mənasız olduğunu görən Cavanşir 7 illik mübarizədən sonra geri qayıtdı. Cavanşir ərəblərə qarşı Bizansla birləşmək qərarına gəldi. Sonra xəzərlər Albaniyaya hücum etdilər, 665-ci ildə qalib gəldilər və sülh bağlandı.

661-ci ildə Xilafətdə Əməvilər hakimiyyətə gəldilər. Cavanşir şəraiti nəzərə alaraq Şam şəhərinə gəldi və I Müaviyyə ilə sülh bağladı. Sülhə görə Cavanşir xərac verməli idi. Lakin xəlifə güzəştə getdi, səbəbi Albaniyanın coğrafi mövqeyi və Cavanşirin şəxsi nüfuzu olmuşdur.
Lakin ərəblər Albaniyaya toxunmadan digər Azərbaycan ərazilərini tutdular. Bizanspərəst feodallar Cavanşirə sui-qəsd edib 681-ci ildə onu öldürdülər. Cavanşirdən sonra əvvəl xəzərlər, sonra 705-ci ildə ərəblər Albaniyanı tutdular və Cavanşirin varisi Varaz Trdatı Şam şəhərində edam etdilər. Azərbaycanın həm şimalında, həm də cənubunda islam dini yayıldı.

748-ci ildə Azərbaycan ərazisində ərəb soyğunçuluğuna və vergi siyasətinə qarşı üsyan başladı. Beyləqanda başlayan üsyan Bərdədə, Ərdəbildə yatırıldı. Üsyana yerli feodallar başçılıq edirdilər.
Hərəkatların ən böyüyü Xürrəmilər (Pəhləvi dilində “əbədi od” deməkdir) hərakatı idi. Tarixdə ilk dəfə qırmızı bayrağı onlar qaldırmışlar. Xürrəmilərin ilk çıxışı 778-ci ildə, ikincisi isə 808-ci ildə olmuşdur.
816-cı ildə Cavidanla Əbu İmranın çəkişməsi onların ikisinin də ölümü ilə nəticələndi və Babək 18-yaşında Xürrəmilərin rəhbəri oldu. (Babək 798-ci ildə Ərdəbildə anadan olmuşdur).
819-cu ildə Babək ilk dəfə olaraq ərəblər üzərində qələbə çaldı. Sonra Şəki, Qarabağ, Bərdə və Beyləqanı ərəblərdən azad etdi. 829-cu və 830-u ildə Babək ərəblər üzərində daha iki uğurlu qələbə qazandı. Sonra ərəblər məcbur olub Bizansla müharibəni dayandırdılar və diqqəti Babəkə yönəltdilər. Türk əsilli ərəb sərkərdəsi Afşin Babəkə ağır zərbələr vurdu və xürrəmilərə sülh təklif etdi. Babək bunu xəyanət hesab etdi və sülhü qəbul etmədi. 937-ci ildə Afşin Bəzz qalasını tutdu. Babək qaçıb Arana gəldi. Ərəblər onun başına 2 milyon dirhəm qoymuşdular. Babək Şəki qalasının sahibi Səhl İbn Sumbatın xəyanəti ilə ələ keçirildi. 837-ci ildə Afşin Babəki Samirə şəhərinə Xəlifə Mötəsimin yanına yola saldı. Babək 838-ci ildə martın 14-də edam edildi.
Həmçinin VII-VIII əsrlərdə “Dədə Qorqud” dastanı yayılmağa başladı. “Kitabi-Dədə Qorqud” dastanının dili təmiz türk dilidir. Bu dastan 4530 sözdən ibarətdir ki, bunların da 4044-ü (90%-ə yaxını) türk sözüdür.

Ərəb xilafəti VI-VII əsrin əvvəllərində feodalizm quruluşuna keçdi. Onlar bütpərəst idilər. 610-cu ildən Məhəmməd Peyğəmbər islamı təbliğ etməyə başladı. O, 622-ci ildə Məkkədən Mədinəyə hicrət etdi. 630-cu ildə isə Məkkəyə qayıdaraq ərəb dövlətini yaratdı.
“Quran” müsəlmanların müqəddəs kitabıdır. 114 surədən ibarətdir. Peyğəmbərdən sonra ölkəni xəlifələr (davamçılar) idarə edirdilər. Ərəb tarixi 3 dövrə bölünür.
1. 630-661-ci illərdə Məhəmməd Peyğəmbər və sonrakı 4 xəlifə dövrü. (Əbu Bəkr, Ömər, Osman, Əli) Paytaxt: Mədinə və Məkkə şəhərləri olmuşdur.
2. 661-750-ci illərdə Əməvilər dövrü. Müaviyənin xəlifəliyi ilə başlamışdır. Paytaxt: Şam (Dəməşq) şəhəri olmuşdur.
3. Abbasilər dövrü: Paytaxt Bağdad şəhəri olmuşdur.

Ərəb xilafəti VIII əsrin əvvəllərində Şimali Afrikanı tutdu. Sonra İspaniyanı, Qafqazı, Mərkəzi Asiyanı da ələ keçirdi.Ərazi Atlantik okenanından Çinə və Hind çayınadək uzanırdı.
VII əsrin ortaları İspaniya xilafətdən ayrıldı. Burada müstəqil Ərəb dövləti (Kordova əmirliyi) yarandı. IX əsrdə Misir, Mərkəzi Asiya, İran, Əfqanıstan da xilafətdən ayrıldı. XI əsrin ortaları Xilafətin mülklərini Səlcuqlar tutdular.

Xəzər xaqanlığı (634-965) Türk dövləti olmuşdur. Dövlətin ərazisi İdil, yəni Volqanın aşağı hissəsini, Azov dənizinin sahillərini, Şimali Qafqazı və Krım yarımadasını əhatə edirdi. Paytaxt əvvəlcə Səməndər, sonra İdil (Volqa) şəhəri olmuşdur. Desna və Dnepr çayları arasında yaşayan slavyan qəbilələri xəzərlərin hakimiyyəti altında idi. Oleq 882-ci ildə Kiyev dövlətini Xəzər xaqanlığı nümunəsində yaratmışdır. 730-cu ildə Xəzər qoşunu Ərdəbili tutdu, sonra oradakı ərəbləri məhv edərək Diyarbəkirə və Mosula qədər irəlilədi. Sonra ərəblər əks hücuma keçib Xəzərlərin paytaxtı Səməndərə qədər gəlib çıxdılar və onlara islam dinini qəbul etdirdilər. 790-cı ildə xaqan Obadi iudaizmi dövlətin rəsmi dini elan etdi. Lakin ölkədə bununla bağlı qıyam qalxdı və Kiyev knyazı Svyatoslav hücum edərək Səməndər və Sarkel şəhərlərini tutdu. 965-ci ildə Xəzər xaqanlığı süqut etdi.
Oğuz dövləti Dövlət 24 boydan ibarət olub, Xəzər dənizinin şərqindən Ceyhun (Amudərya) çayına qədər ərazidə yerləşmişdir. Mərkəzi Yenikənd şəhəri olmuşdur. Dövlətin ərazisində islam dini 950-ci ildən yayılmış, XII əsrdən isə hakim din olmuşdur. X əsrdən oğuzlar türkmən adlandırılmışlar.


Tarix: 26.11.2014 / 17:07 Müəllif: Aziza Baxılıb: 97 Bölmə: Tariximiz ve rayonlarimiz