beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanda xanlıqlar. Quba xanlığı

XVIII əsrin ikinci yarısı Azərbaycan tarixinin ən az öyrənilmiş sahələrindən biridir. Doğrudur, həmin dövrün ayrı-ayrı məsələlərində bir sıra elmi-tədqiqat əsərlərində toxunulmuşdur. Lakin bu məsələlərin əksəriyyəti ümumi şəkildə qoyulmuş, bu və ya digər məsələnin ayrılıqda həllinə xüsusi yer verilməmişdir.
Məlum olduğu kimi, hələ XVIII əsrin birinci yarısında Azərbaycan uğrunda Rusiya, Türkiyə və İran dövlətləri arasında aparılan mübarizə sonda ölkəyə hərbi müdaxilə ilə nəticələnmiş və Azərbaycan ərazisi həmin dövlətlər arasında bölüşdürülmüşdür. Bu dövlətlərdən İran və Türkiyə arasında hərbi əməliyyatların gediçində Azərbaycanın şəhər və kəndləri xaraba qoyulmuş, xalqın var-dövlətiqarət edilmiş və ölkə ağır vəziyyətə salınmışdı.
Bəhs etdiyimiz dövrdə mühüm məsələlrdən biri də Azərbaycanda xanlıqların meydana gəlməsi, şimal­şərqi Azərbacyan xanlıqlarının birləşdirilməsi, İran və Türkiyəyə münasibətləri, habelə birləşməərəfəsində Quba xanlığının mövqeyidir.
Azərbaycan xanlıqlarının birləşdiriləsində cəsaprətlə mübarizə aparış qubalı Fətəli xanın fəaliyyəti haqqında H.Abdullayevin iki əsəri (Абдуллаев Г. “Азербайджан в XVIII веке и взаимоотношения его с Росиией”. Б.,1965; Абдуллаев Г. “Из истории Северо-восточного Азербайджана в 60-80-х годах XVIII вв”. Б., 1958) nəzərə alınmazsa xüsusi tədqiqat əsərləri yoxdur. Onun fəaliyytəi haqqında ancaq bir neçə kiçik məqalələr və kütləvi broşuralarla kifayətlənmişlər.

Azərbaycanda xanlıqların meydana çıxması. Quba xanlığı
XVII əsrin ikinci yarısında Azərbaycanın gələcək inkişafında mühüm rol oynayan bir sıra mühüm hadisələr baş verdi ki, bunlar da Azərbaycana Rusiya təcavüzünün güclənməsi ilə bağlı idi.
XVII əsrin sonlarından etibarən Səfəvilər dövlətinin tənəzzülü daha da güclənmişdi. Səfəvilər dövlətinin əsarətində olan ölkələrdə baş vermiş kəndli hərəkatı və saray dairələri arasındakı çəkişmələr əsası 1502-ci ildə Şah İsmayı tərəfinədn qoyulmuş və uzun müddət qüdrətli dövlət olmuş Səfəvilər dövlətinin daha zəifləməsinə gətirib çıxardı.
Azərbaycanda və Səfəvilərin hakimiyyəti altənda olan digər ərazilərdə baş vermiş təsərrüfat dağınıqlığı bu dövlətin tənəzzülünü daha da sürətləndirirdi. Uzun müddət gizli və bəzən açıq surətdə yerli feodalların mərkəzləşdirilmişşah hökumətinə qarşı mübarizəsi onların müstəqilləşməsinə imkan yaradırdı.
Azərbaycan xanlıqlarıZəhmətkeş əhalinin istismar edilməsi, vergilərin artması və İran feodallarının talançılıq siyasəti ölkənin məhsuldar qüvvələrini daha çox dağıdırdı. Bəhs etdiyimiz dövrdə, kəndli təsərrüfatı və sənətkarlıq daha çox tənəzzülə uğramışdı ki. bu da Səfəvilər dövlətinin iqtisadi əsaslarını sarsıdırdı. Yerli bəylər tərəfindən kəndli torpaqlarını özbaşına tutulması kəndlilərin narazılığını daşha da artırırdı.
Saysız-hesabsız vergilər şəhər zəhmətkeşlərini də boğur, var-yoxdan çıxarır və dilənçi halına salırdı. Feodal özbaşınalığı şəhərlərə və ticarətə böyük ziyan vururdu. Daxili çəkişmələrə qarşı mübarizədə zəif olan şah hökuməti azadlıq hərəkatlarını boğlmaqda da azic idi. Bunun nəticəsində ticarət əlaqələri zəifləyirdi, xarici ölkələrdən gələn ticarət karvanlarının istiqaməti dəyiçirdi.
XVIII əsrin əvvəllərində Rusiya ilə ticarətdə törədilən maneələrin artması da tacirlərin mənafeyinə uüğun gəlmirdi. Çünki, müharibələr qonşu dövlətlərə mal aparılmasına da mane olurdu.
XVIII əsrin birinci yarısında nadir şahın qurduğu dövlət daha ağır maliyyə böhranı keçirir və uzun sürən müharibələr, şah sarayında hərc-mərclik, məmurlar tərəfindən böyük məbləğlərin mənimsənilməsi dövlət xəzinəsini var-yoxdan çıxarmışdır.
İqtisadi və milli zülmün şiddətləndiyi vəəsarətə düşmüş xalqların müqavimətinin artdığı bir şəraitdi mərkəzi hakimiyyət son dərəcə zəifləmişdi. Müstəqil olmağa çalışan bəylər, xanlar və digər iri feodallar şaha tabe olmaqdan boyun qaçırırdılar. Hətta vəziyyət o yerə çatmışdı ki, vaxtilə I Şah Abbasın və onun xələflərinin dayağı olan şahsevənlər şah hakimiyyyətindən üz çevirmişdilər. Adətən, Şahsevən xanları mərkəzdən kəndlilər və şəxsən şahın özü tərəfindən təsdiq olunurdular. Bu haqda XVIII əsr rus səyyahları və dövlət xadimləri maraqlı məlumatlar verirlər. Rusiyanın Cənubi Qafqazda agenti olan A.Volınski Səfəvilər dövlətində baş vermiş özbaşınalığı qələmə alaraq yazmışdır ki, 1717-ci ildəşahsevənlər «..şahın göndərdiyi adamı qəbul etmədilər və öz xalqları içərisində hakim seçdilər…, onlar şahın başqa əmrlərini də yerinə yetirmədilər. Onlar iranlılardan əsla qorxmurdular».
Daha sonra ölkədə baş vermiş özbaşınalığın şahidi olmuş A.Volınski I Pyotra göndərdiyi məktubunda yazmışdır. «… burada indi elə hakim vardır ki, o təbələri üzərində deyil, təbəlləri onun üzərində hakimdirlər».
XVIII əsrin ikinci yarısında Azərbaycanın xalq kütlələrinin vəziyyəti xüsusilə ağır idi. A.Volınski öz məktublarının birində yazmışdır ki, «Səfəvilər dövlətinin taxıl ambarı olan Azərbaycanda tarlalar 7 il ərzində əkilməmiş qalmış və ölkədə aclıqdır». Belə məlumalara rus səhhayhlarından Druvilinin, Qmelinin və başqalarının yazılarında də rast gəlmək olar.
Ümumiyyətlə, XVIII əsrin əvvəllərində Azərbaycanın demək olar ki, bütün ərazisi İran əleyhinə çevrilmiş hərəkatla əhatə olunmuşdu ki, bu hərəkət çox vaxt xanların qüvvətli antifeodal çıxışları ilə birləşirdi.

Əsrlər boyu siyasi azadlıq və vahid dövlət yaratmvaq uğrunda fədəkarcasına mübarizə aparan Azərbaycan xalqı XVIII əsrin ikinci yarısında obyektiv ictimai-iqtisadi səbəblərin nəticəsində bir neçə feodal xanlıqlara parçalandı.
Bütün tarixi boyu bu xanlıqlar arasında mənafe uğrunda uzun-uzadı müharibələr olmuş və bunun nəticəsində xalq təsərrüfatı dağılmış, kəndlilər talan olunmuş, ticarət zəifləmiş və kəndli kütləsi yoxsul hala düşmüşdü.
XVIII əsrin ikinci yarısında Azərbaycan iqtisadi tənəzzül dövrü keçirirdi. Bu dövrdə feodal münasibətləri Azərbaycanda məhsuldar qüvvələrin inkişafına daha çox əngəl törədirdi.
Natural təsərüatın hökm sürməsi, ölkənin ayrı-ayrı vilayətlərinin iqtisadi dağınıqlığı, ictimai əmək bölgüsünün hələ də aşağı səviyyədə olması, feodalların xeyrinə çoxlu məhsul rentası toplanması - bütün bunlar əmtəə istehsalının inkişafına və daha yüksək istehsal formalarına keçməyə mane olurdu.
Bəhs etdiyimiz dövrdə Azərbaycanda məhsuldar qüvvələrin ümumi durğunluğu şəriatində kənd təsərrüfatı hələ də ağır vəziyyətdə qalmaqda idi. Xaricilərin basqınları və daxili vuruşmalar nəticəsində suvarma şəbəkəsi dağılmış, becərilən torpaqların sahəsi xeyli azalmışdı.
XVIII əsrin ikinci yarısında Azərbaycan iqtisadiyyatında əvvəllərdə olduğu kimi əhalinin əsas məşğuliyyəti yenə də əkinçilik və maldarlıqdan ibarət idi. Əhalinin əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olurdu.
Təsərrüfatda əmələ gəlmiş ixtisaslaşma zəif olsa da, hələ XVIII əsrdə də davam edirdi. Məsələn, buğda və apra becərilməsi üçün əlverişli şəraitə malik olan Quba, Qarabağ, Şamaxı xanlıqlarında əkinçilik nisbətən yaxşı vəziyyətdə idi. Talış və Bərgüşad düyü becərilməsi ilə məşğul olurdu.
İqlim şəraiti çətin olan Abşeronda əkinçilik və maldarlıq zəif inkişaf etmişdi. Ona görə də, Abşerona dənli bitkilər başqa yerlərdən gətirilirdi. Mənbələrin verdiyi məlumata görə o zaman Abşeronda zəfəran yetişdirilməsi daha geniş yayılmışdı. Abşeronda həmçinin üzümçülük və ipəkçilik də geniş yayılmışdı. Nadir şahın hakimiyyətinin sonlarına doğru burada neft daşınması dəniz yolu ilə Rusiya istiqaməti istisna olmaqla demək olar ki, dayanmışdı.
Gəncə, Şamaxı, Təbriz, Şəki və Qəbələ ipəkçiliyin əsas mərkəzi kimi qalmaqda idi. Salyanda əhalinin həyatında balıq ticarəti mühüm yer tuturdu. Bu rayonlarda pambıqçılıqla son dərəcə məhdud miqyasda məşğul olurdular.
Balıqçılıqdan daha çox mənfəət götürülürdü. XVII əsr səyyahlarından M.Biberştyen uol qeydlərində göstərirdi ki, «Kürdə balıq tutulmasından əldə edilən gəlir… 50 min gümüş manat təşkil edir».
Əkinçilikdə isə bu dövrdə Ön Asiya üçün xarakterik olan bəsit texnikadan istifadə olunurdu. Əsas əkinçilik alətləri xış və ketman idi; torpaq əsasən öküzlərin vasitəsilə becərilirdi. Kəndlilərin çoxunun iş heyvanının olmaması, süni suvarma imkanlarının son dərəcə məhdudluğu, əkinçilik texnikasının olduqca geri qalması - bütün bunlar Azərbaycanın kənd təsərrüfatının inkişafına ciddi əngən törədirdi.
Qubanın təbii şəraiti əkinçiliyin, maldarlığın və xüsusilə bağçılığın inkişafı üçün böyük imkanlar yaratmışdı. M.Biberşteyn Quba xanlığının ərazisində məhsuldarlığın qismən yüksəlişinin səbəbi kimi dağətəyi sahələrə malik olduğunu göstərmişdir.
XVIII əsrin ikinci yarısında Azərbaycanın iqtisadiyyatında maldarlıq əkinçilikdən sonra ikinci yer tuturdu. Ancaq bir çox yerlərdə maldarlıq əhalinin məişətindəəsas yer tuturdu.
Köçərilərin arasında feodallaşma prosesi çox ləng gedirdi. Azərbacyan kəndlilərinin əksər hissəsi eyni zamanda «… həm maldarqıla və həm dəəkinçiliklə məşğul olurdular. Bu kimi təsərrüfat sahələri əsasən Qarabağ, Şamaxı, Təbriz və Naxçıvan xanlıqlarında geniş yayılmışdı.
XVIII əsrin ikinci yarısında Azərbaycanın feodal xanlıqlara parçalanması təsadüfi hal olmayıb, əksinə dərin iqtisadi, ictimai köklərə malik olmuşdur. Tədqiqatçılar yazırlar ki, əgər iki yüz ildən çox davam etmiş (1502-1736) Səfəvilərin dövründə güclü idarə sistemi yaradılmışdısa, Nadir şah dövründə (1736-1749) möhkəm mərkəzləşdirilmiş idarə sistemi kiçik bir mərhələ təşkil etmişdir.
XVIII əsrin 40-cı illərndəİranda və Cənubi Qafqazda feodal parçalanma prosesinin ən kəskin vaxtı idi. belə tarixi prosesin nəticəsində Azərbaycan xanlıqlarının meydana gəlməsi üçün də zəmin yaradılmışdı.
İlk Azərbaycan xanlıqlarının meydana gəlməsi XVII əsrin sonralarına təsadüf edilir. O zaman Quba və Talış xanlıqları mövcud idi. Həmin xanlıqlar irsi hakimlər tərəfindən idarə olunur və ölkə adlanırdı.
Azərbaycan İran əsarətindən xilas olandane sonra yəni XVIII əsrin ortalarına yaxın bir çox xanlıqlar, kiçik feodal hökmdarlıq, sultanlıq və məliklər var idi.
Kürlə Araz arasında olan ərazi də Qaraba xanlığı, Zəngəzurdan Araza kimim olan sahədə Naxçıvan, Murovdağla Kür çayı vadisində gəncə xanlığı yaranmışdı.
Şirvan ərazisində mərkəzi Şamaxı olan Şamaxı, Kür çaüyı boyunca isə Cavab xanlıqları yarandı. Bunlardan əlavə Xəzər dənizinin qərb sahillərndə Dərbənd, Quba, Bakı, Salyan və Talış xanlıqları meydana çıxdı.
Xanlıqlarla yanaşı Azərbaycanda daha kiçik feodal hokmdarlıqlar – İlisu-Ərəş, Qurtqaşen, Qazax və Şəmsəddil sultanlıqları, Dağlıq Qarabağda isə Bərənd və Xaçın, Qrabert, Gülüstan, Dizaq malikanələri var idi.
Sultanlıqlar və məliklər, adətən xanlıqlardan asılı idilər. Məsələn, Qutqaşen, Ərəş vəİlisu sultanlıqları Şəki xanından, Dağlıq Qarabağın məlikləri Qarabağ xanlığından asılı idilər.
Azərbaycan xanlıqları İran hakimləri ilə mübarizə nəticəsində meydana çıxmışdı. Nadir şahın ölümündən sonra, Azərbaycanda olan İran hakimləri qovuldular. Xalq kütlələrinin çıxışından istifadə edən hakimlər hakimiyyəti öz ələrinə keçirərək özlərini xan adlandırırdılar: özlərinə məxsus pulları, çəkiləri, ölçüləri olan bu xanlar öz bildikləri kimi də xanlığı idarə edirdilər.
A.Bakıxanov yazır ki, Nadir şahın ölümündən sonra hətta şahdan nəslən asılı olan hökmdarlar da müstəqillik əldə etdilər. Məsələn, Quba xanı Hüseynəli xan və Gəncə xanı Şahverdi xan əvvəllər İran feodallarından asılı olduqları halda, Nadir şahın ölümündən sorra müstəqil, tam hakimiyyətə malik xanılıqlar yaratdılar.
Azərbaycan xanlıqları içərisndəən qüvvətlisi Şəki, Qarabağ və Quba xanlıqları idilər. Azərbaycanda belə çox xanlıq və digər feodal hökmdarlığın meydana çıxması ölkənin ayrı-ayrı vilayətləri arasıda sabit ictimai əlaqələrin olmaması, natural təsərrüfatın hökm sürməsi, habelə iri feodalların bu və ya digər ərazi üzərində öz hakimiyyətini qurmağa cəhd etmələri idi.
Tarixi sənədlərəəsaslanaraq Azərbaycanda xanlıqların meydana gəlməsi səbəblərini araşdırmaq xüsusi əhəmiyyət kəsb edir. Diplom işindəəsas vəzifə Azərbaycanda qüvvətli xanlıqların biri olan Quba xanlığının tarixini tədqiq etməkdir.
Azərbaycanın zəngin vilayətlərindən biri olan Qubanın münbit torpaqları müxtəlif kənd təsərrüfatı bitkiləri becərməyə imkan verirdi. Onu da qeyd etmək lazımdır ki, Quba Azərbaycan, Dağıstan, Şimali Qafqaz və Cənubi rus torpaqları ilə birləşdirən mühüm ticarət yolu üzərində yerləşmişdi.
Bu xanıq hələ XVII əsrin sonlarında yarı müstəqil ölkə halında fəaliyyət göstərmişdi. Həmin vaxt onun tabeliyində Salyan və Kulqan ərazisi də var idi. İlk Quba xanı Hüsenəli olmuşdu.
Tarixi sənədlərdə onun anadan olduğu il 1689-cu il qeydə alınmışdı. Hüseynəli xan Nadir şaha xidmət edərək, mənbələrin tədqiq etdiyi kimi, «öz ata-babalarının irsini və ləyaqətini» saxlaya bilmişdi. Nadir şahın ölümündən sonra İranda feodal çəkişmələri başlandığı dövrdə o öz hakimiyyətini daha da möhkəmləndirmişdi. Həmin dövrdə Quba xanları böyük hüquqa- səlahiyyətə malik idi. Onlar hətta müstəqil fərmanlar da verirdilər.
1721-1722-ci illərdə Quba xanlığının müvəqqəti olaraq Qazı qumuqlu Surxay xan və Müşkürlü Hacı Davud tərəfindən tutulmuşdu. Türkiyə xanlığının bir hissəsi Nügədi, Rustav, Xınalıq və s. kəndlərə keçdi.
Quba xanlığının sonrakı tarixi Rusiya ilə sıx əlaqəli bir şəriatdə keçmişdi. I Pyotrun dövründə olan səfərlərin nəticəsində Quba xanlığı Rusiyanın himayəsində olmuşdur. 1727-ci ildə Rusiya ilə Türkiyə arasında sərhəd məsələlərinin nəticəsinə görəŞabran, Rustav, Beşbarmaq, Müşkür, Xudat Rusiyanın himayəsinə keçdi. Həta çar hökuməti Rustavda qarnizon saxlamaq üçün bir qala da tikdirmişdi.
Rusiya himayəsinə keçəndən sonra Hüseyəli xan xanlığı idarə etmək üçün naib təiyn edilir. Ölkənin vergiləri xanın adamları tərəfindən yığılırdı. Lakin tərəflər arasında şərtləşməyə görə xan Rusiyanın müharibələrinə də hər şeylə kömək etməli idi. Belə bir fatk isə Quba xanlığının Rusiyadan vasallıq asılılığna sübutdur.
Tarixi mənbələrdə Quba hakimləri tərəfindən ticarət haqqında Rusiya ilə bağlanmış müqavilənin necə yerinə yetirilməsi haqqında çoxlu faktlar vardır.
Genişlənmiş Quba xanlığına Samur ətrafı sahələr də daxil edilmişdi. Həmin yerlərdə olmuş Qmelin Gülqan və Axtıpara kimi yerlərin də Quba xanlığına məxsus olduğunu göstərmişdi. 1756-cı ildə Quba xanlığının himayəsinə keçmiş Salyan XVIII əsrin ikinci yarısında xanlığın əsas siyasi dayağı və gəlir mənbəy idi. Salyanın Quba xanlığı ilə b irləşdirilməsi nəticəsində həsənabad, Rüdbər, Səfi xan, Salyan limanı kənd təsərrüfatı rayonları xalqın ixtirarına keçdi.
Şamaxı xanlığı üsündə Quba və Şəki xanları arasında mübarizə başlandı. Hüseynəli xan Şabran vilayətində Muğandan, Dərbənddən vəŞirvandan çoxlu əhali köçürdü. Quba xanlığı hər vasitə ilə möhkəmlənməyə və genişəraziyə malik olmağa çalışırdı.
Quba xanlığının yaranması və onun möhkəmlənməsində onun mərkəzinin, yəni xanın iqamətgahının harada yerləşməsinin böyük əhəmiyyəti vardı. Mənbələrdə və səyyahların verdiyi məlumatlarda müxtəlif fikirlər vardır.
Məsələn, xan iqamətgahının Xudatdan Quba qalasında köçürülməsi haqqında «Qafqaz təqvimində» belə məlumata rast gəlirik. «Qubalı Hüseynəli xan 1747-ci ildə iqamətgahını Qudyal çayının sahilinə keçirdi».
İ.P.Petruşevski isə Quba xanlığının iqamətgahının Xudat olduğunu, sonra isə 1735-ci ildən yenidən əsası qoyulmuş Qubanın olduğunu, Bakıxanov isə iqamətgahın Xudatdan Qubaya köçürülməsinin 1748-ci ilə aid olduğunu göstərir.
Beryozin yazır ki, quba xanlığının iqamətgahı Xudatdan başqa bir yerə köçürülməmişdi. Quba şəhəri çoxdan tikilmiş və balaca idi. Hüseynəli xan şəhəri yenidən bərpa edərək onu şmali-şərqi Azərbaycanın siyasi və inzibati mərkəzinə çevirə bilmişdi.
Beləliklə, quba haqqında olan məlumatlar onun əsasının qoyulma tarixini müəyyənləşdirməyə imkan vermir. Lakin östərdiyimiz faktlar şəhərin nə Nadir şah, nə də Hüseynəli xan dövründə deyil, ondan da çox-çox əvvəl əsası qoyulduğunu söyləməyəəsas verir.
1770-ci ildə Qubada olmuş Rusiya Elmlər Akademiyasının akademiki S.Q.Qmelin şəhərin və xan sarayının quruluşunun qısa şəkildə təsvirini vermiş və yerli əhalinin dediynəəsaslanaraq 30 il əvvəl, yəni 1740­cı ildə şəhərin ətrafı daş hasarla hörüldüyünü göstərmişdi.
A.V.Suvorovun məktublarından birində çayın sahilində möhkəm Quba şəhərinin olduğu göstərilir. Mənbələrdə həmin dövrdə Qubada 2000-dən çox yaşayış binasınnı və 7000-dən çox əhalinin yaşadığı göstərilir. Onu da qeyd etmək lazımdır ki, XVIII əsr üçün bu qədər əhalisi olan şəhərlər xarakterik idi. Quba eyni zamanda ticarət əhəmiyyətli şəhər idi.
XVIII əsrin ikinci yarısında Qubada bir neçə məşhur rus səyyahı olmuş və onlar şəhər haqqında müxtəlif təsəvvürlər vermişdər. M. Biberşteynin yazdığına görə «… Quba xanlığına Şirvannı bir hissəsi və Ləzgistana qədər olan münbit torpaqlar bağlar aid idi. Şərq üslubunda bəzədilmiş qüllələri olan divarlar möhkəmləndirilmişdir».
Hüseynəli xan dövründə tixilmiş xan sarayı sonralarq bərpa olunmuş və yenidən bəzədilmişdi. Azərbaycanın memarılıq abidələrini tədqiq etmişİ.Şeblıgin qəşəng bəzəkləri, quruluşu etibarı ilə XVIII əsr saray tikililərinə xas olan xüsusiyyətləri özündə cəmləşdirmişdi.
XVIII əsrin ikinci yarısında Quba hərbi-siyasi sahədə möhkəmlənmiş və o, Azərbaycanın daxili və xarici siyasətindəəsas rol oynamağa başlamışdı. Onu da qeyd etmək lazımdır ki, Quba Şimali Azərbaycanın iqtisadi təsərrüfat mərkəzinə çevrilə bilmişdi.

Quba xanlığının xarici siyasəti
Quba şəhəri öz tarixi kecmişi ilə Azərbaycanın ən qədim şəhərlərindən biri hesab olunur. Zəngin bir kecmişə malik olan bu şəhər Azərbaycan tarixində mühüm rol oynayan bir çox tarixi simalar, görkəmli alimlər və bacarıqlı dövlət xadimləri yetişdirmişdir.
Qubanın XVIII əsrdə yetişdirdiyi qabaqcıl adamlarından biri də məşhur dövlət xadimi Fətəli xandır. Quba xanlığının ən parlaq dövrü Fətəli xanın hakimiyyəti illərinə təsadüf edir.Onun babaları uzun illər qanlı carpışmalarda iştirak edərək Qubada xanlıq etmişlər.
Fətəli xanın babası Hüseynxan Qubaya tabe olan Məclis kəndində yaşamış vəşah sarayında böyük hörməti olmuşdur. Tarixi vəsiqələr göstərir ki, Süleyman Səfəvi (1667-1694) şahlığnın sonuncu illərində Yeni kənd feodalları Məclis kəndinin torpaq və sərvətinə sahib olmaq ücün oraya basqın edib kəndi talan edirlər. Əhalisinə divan tutur. Kicik Hüseyn bu qarışıqdan özünü xilas edib Salyana qacır, oradan da İsfahana gələrək şəxsən şah sarayına təqdim olunmaq vəşahla görüşmək ücün vasitələr axtarmağa başlayır.
Həmin bu vaxtlar İsfahan feodallarından birisinin qızı Zəhra xanım Hüseyn xanın cəsarət və mərdliyini görüb ona məhəbbət bağlayır. Hüseyn xan bir müddət şah sarayında qaldıqdan sonra doğma vətənə qayıdır və rəsmi fərmanlarla Qubaya xan təyin olunur.
Həmin vaxtdan Xudat qalası Quba xanlığanın mərkəzi elan olunaraq möhkəm bir istinadgaha cevrildi. Hüseyn xan ölənə qədər Quba xanlığının siyasi azadlığı uğrunda fədakarcasına mübarizə aparıb onu feodal basqınlarından qorumuşdur. Fətəli xan onun üçüncü nəvəsi idi.
1758-ci ildə atası Hüseynəli xan öləndən sonra Quba xanlığına oğlu Fətəli xan keçdi. 23 yaşlı Fətəli xan (o, 1735-ci ildə anadan olmuşdur) hakimiyyəti əlinə alar-almaz birinci növbədəəz ərazisini mökəmləndirmək, sərhəddini möhkəmləndirmək və qonşu xanlıqları özünə tabe ötmək fikrinə düşür.
Fətəli xan həqiqətən öz əsrinin bacarıqlı və tədbirli dövlət xadimi, də yaxşı sərkərdəsi idi. Məşhur Azərbaycan tarixicisi A.Bakıxanov onun haqqında bələ yazır: "Fətəli xan Qafqaz tarixində diqqətə layiq bir şəxsiyyətdir. O, öz ağlı, səxavəti və bacarığı nəticəsində yüksəlmişdi. O, hakimiyyət başına keçəndən sonra ağıllı və çalışqan hakim olduğunu göstərdi, bütün ətrafındakı adamları özünə cəlb etdi, düşmənlərinin fəaliyyətini zəiflətdi vəən çətin vəziyyətdən çıxa bildi.
Qafqaz tarixindən yazan Butkov isə onun barəsində "Fətəli xan ağıllı, igid, tədbirli, şöhrət səvən idi, yorulmaq nə olduğunu bilməzdi deyə tərif edir. Fətəli xan hər vasitə ilə Quba xanlığını möhkəmləndirməyə çalışırdı. O, mahal naiblərinin hakimiyyətini məhdudlaşdırdı, vergi yığılmasını nizama salaraq, xəzinənin gəlirinin artmasını təmin etdi. Muzdlu qoşunun sayı artırıldı. S.Qmelinin verdiyi məlumata görə Quba xanlığının xeyli qoşunu və topu var idi. Kicik topların bir hissəsi arabalarda yerləşdirilmişdi və xanlığın paytaxtı Quba qala halına salınmışdı».
Qubalı Fətəli xan bununla yanaşı öz sərhədlərini möhkəmləndirmək məqsədilə Muğandan döyüşkən şahsevən köcərilərinin bir hissəsini xanlığın ərazisinə köcürmüşdü.
Fətəli xan Azərbaycanın qonşu xanlıqlarını ilhaq etmək yolu ilə öz torpaqlarını gənişləndirməyə calışırdı.
Fətəli xan öz məqsədinə nail odmaq ücün birinci növbədə ona müqavimət göstərən Şəki vəŞirvan xanlıqlarını özünə tabe etməyi qərara alır. Şirvan feodalları onun cavanlığından istifadə edərək tez-tez Qubaya talancı basqınlar edirdilər.
1758-ci ildə Fətəli xan Şamaxı yaxınlığındakı ilk vuruşmasında Şirvan xanlarına qalib gəlib öz güsücünü onlara göstərdi. Lakin bu qalibiyyət onu arxayın edə bilməzdi. Hər tərəfdən Fətəli xana qarşı baş qaldıran feodalların səsini kəsmək və onlara qalib gəlmək ücün etibarlı adamlar tapmaq lazım idi.
Hələlik Fətəli xan Şəki xanlığının taleyi ilə maraqlanırdı. Həmin bu vaxtlar, yəni 1759-cu ildə Şəki xanı Ağa Kişi bəy öz qaynatası olan Qazıqumrlu Məhəmməd xan tərəfindən xaincəsinə öldürülür. Məhəmməd xan Şəki xanlığının sərvətini Ərəş sultanı ilə bölüşdürür və özünü Şəkidə hakim elan edir. Lakin Məhəmməd xanın ağalığı 40 gün davam edə bildi.
Şəki əhalisi bu qırx gün ərzində hədsiz vergilər, qanunsuz cərimələr verməklə, zülmkar hakimə qarşı üsyana hazırdaşdılar. Hüseyn ağa (Şəkili Hacı Çələbinin nəvəsi) Ağa Kişi bəy öldürüləndən sonra Fətəli xana pənah aparıb ondan kömək istədi. Əlverişli bir şəraitin yaranmasını görən Fətəli xan qoşun çəkib Şəki üzərinə hərəkət etdi.
Qazıqumux talanlarından təngə gələn əhali bu xəbəri eşidən kimi Quba xanının qarşısına cıxdı və onu böyük təntənə ilə qarşıladı. Cağırılmamış qonaq ev sahibindən hörmətsizlik görüb öz yerinə çəkildi. Fətəli xan Hüseyn ağanı Şəkiyə xan təyin etdi və Şəki xanlığı həmin vaxtdan Fətəli xanın vassalı oldu.
Həmin il Fətəli xana başqa bir xoşbəxtlik də üz verdi. Dərbənd camaatı öz xanlarından narazı olduqları ücün elcilər göndərib Fətəli xanın onlara xan olmasını arzu etmişdilər.
Dərbənd qalasının böyük siyasi və strateji əhəmiyyəti var idi. Hələ ilk orta əsrlərdə Dərbənd Qafqaz tarixində mühüm rol oynamış və həmin vaxtlarda məşhur idi. Cənubi Rusiyaya və Ön Asiyaya gedən ticarət karvanları «Dəmir qapı» Dərbənddən keçməli idi. Uzaqgörən Fətəli xan bütün bu üstünlükləri başa düşmüş və ona görə də dərbənddilərin təklifini qəbul etmişdi.
XVII əsrdə və XVIII əsrin birinci yarısında Dərbənd sultanlıq idi. XVIII əsrdə Dərbənd o qədər də böyük olmayan bir şəhər idi. Onun əhalisi əsasən əkinciliklə, bağçılıqla, ticarət və sənətkarlıqla məşğud olurdu. Böyük strateji əhəmiyyət kəsb edən Dərbənd Rusiyanın, Türkiyənin vəİranın diqqət mərkəzində idi.
Azərbaycanın başqa xanlıqları kimi Dərbənd də XVIII əsrdəİran zülmündən azad olur və Dərbənd sultanlığı müstəqil xanlığa çevrilir.
Xanlığın mərkəzi olan Dərbən qalası uzunluğu 6 verst 400 sajen olan qalın daş divarla hörülmüşdü. Həmin dövr üçün xarakterik üslubda müdafiə olunmuş Dərbənd cox möhkəm dəmir qapılara malik idi.
XVII əsr səyyahlarının verdiyi məlumatdan aydın olur ki, Dərbənd cox möhkəm hərbi nöqteyi-nəzərdən xüsusi əhəmiyyətə malikdir. Dərbənd xanı istədiyi zaman «...5000-dən 6000-dək piyada və süvari» toplaya bilərdi.
Dörd hissədən ibarət olan şəhərin narın qala guşəsində xan sarayı yerləşmişdi.
XVIII əsrin 50-ci illərində Dərbənd hakimi Məhəmməd Hüseyn xan idi. Onun dövründə xanlığın daxili və xarici vəziyyəti möhkəm deyildi. Əhalinin cox hissəsi ağır vergilərə tab gətirə bilmirdilər.Əhali Məhəmməd Hüseyn xanın zülmündən qurtarmaq ücün yollar axtarırdı və tezliklə buna nail olurlar».
Mənbələrdə Məhəmməd Hüseyn xandan gizlin Quba xanı Fətəli xana müraciət etdiyi göstərilir. Şəhərin əhalisi Fətəli xanın simasında...ədalətli, yaxşı hakim arzulayırdılar.
Quba xanlığı ilə xalq kütlələrindən başqa, feodallar və varlı təbəqənin nümayəndələri də birləşmək fikrində idilər. Bəhs etdiyimiz dövrdə Dərbənddə iki qrup əmələ kəlmişdi.Birinci qrupa iri feodallar daxil idi və Məhəmməd Hüseyn xan tərəfindən müdafiə olunurdu. Onlar Quba xanlığı ilə birləşməyin əleyhinə idilər.
Quba xanlığına rəğbət bəsləyən ikinci qrupa sənətkarlar, tacirlər, əhalinin yoxsul təbəqəsi və xırda feodallar daxil idilər.
Dərbənd xanlığında əmələ kəlmiş belə bir vəziyyətdən Fətəli xan məharətlə istifadə etdi. Fətəli xan birdən-birə Dərbəndə hücum edə blməzdi. Çünki, belə hərəkət Dağıstanın cənubundakı feodalların narazılığına səbəb olacaqdı...Feodallar Quba xanlğının Dərbəndi tutmasına razı olmazdılar. Çünki, onlar yaxşı bilirdilər ki, Dərbəndi ələ keçirən Quba xanlığına sonradan gücləri çatmadacaqdır.
Fətəli xanın qarşısında duran çətin məsələlərdən biri də Dərbəndə hakim olmağın düzgün yolunu axtarmaq idi.Quba xanlığı Dərbəndə hucum etməklə özunə qarşı cənubi Dağıstan feodallarının blokunun meydana çıxmasına yol vermək istəmirdi.
Digər tərəfdən, Quba xanlığının bu məsələnin həllində vəziyyətin çətinləşməsindəŞamaxı xanı ilə pis münasibətdə olması idi. 1758-ci ildəŞamaxı xanın Beşbarmaq yaxınlığıandakı məğlubiyyətindən sonra Quba xanlığına qarşı mübarizə ücun özünə sərfəli imkan axtarırdı.
Belə bir gərgin vəziyyətdən qələbə ilə çıxmaq ücün xüsusi məharət, bacarıq və siyasətçi olmaq lazım idi. Belə bir siyaəət antiquba blokunun yaranması qarşısını ala bilərdi.
Quba xanı cənubi Dağıstan feodadları arasındakı narazılıqdan məharətlə istifadə edir və cənubi Dağıstan hakimlərindən Tarku-Şamxalı Murtuzəli, Qaraqaytaq Usmisi Əmir Həmzə və Taba-soran hakimi ilə əlaqəyə girib, 1752-ci ildə Dərbəndə yürüş etdi.
Həmin ittifaq Dərbənd xanlığına qarşı yaranmışdı. Fətəli xan ən əvvəl dağlarla Kaspi dənizi arasında Samur çayının sağ sahilindəki Müşkürü, Niyazabada, Şabranı, Rustovu və Beşbarşğı tabe etdi. Sonra öz müttəfiqlərinin köməyi ilə Dərbəndi mühasirəyə aldı və iki aydan sonra onu ələ kecirdi.
Xüsusi hazırlıqdan sonra müttəfiqlərin orduları təyin olunmuş vaxtdan tez hücuma keçir və şəhərin əhalisi Dərbənd darvazalarını müttəfiqlərin üzünə acır.
Şəhər tamamilə alındıqdan sonra müttəfiqlər Fətəli xana göstərdikləri kömək müqabilində Quba və Dərbənd xanlıqlarının bir sıra kəndlərindən gəlir toplamaq hüququnu aldılar. Dərbənd xanlığının var-dövləti Quba xanlığının ixtiyarına kecdi.
Qafqazşünasların əsərlərində Dərbəndin Quba xanlığı tərəfindən tutulması haqda az məlumat vardır. Mənbələrin verdiyi məlumata görə Dərbəndin tamamilə tutulması 2 ay davam etmiş və şəhər 1759-cu ilin noyabrında təslim olmuşdur.
Dərbəndin Quba xanlığına birləşdirilməsi haqda olan məlumatları iki qrupa ayırmaq olar. Bir sıra mənbələrdə deyilir ki, birləşmə hər şeydən əvvəl Dərbənd feodallarının və hakimlərinin xahişi nəticəsində, digər qrupu isə Quba xanlığının «...cox incə siyasəti» nəticəsində başa catdırıldığınıı göstərirlər.
Əlbəttə, Dərbəndin Quba xanllığına birləşdirilməsində silah gücündən cox yuxarıda göstərdiyimiz əhali təbəqəsinin Quba xanlığına olan rəqbəti olmuşdur. Əsas amillərdən biri də Quba xanlığının cənubi Dağıstan feodallarına qarşı yeritdiyi incə, bacarıqlı siyasəti olmuşdur.
Dərbəndi birləşdirəndən sonra Quba xanlığının Azərbaycan siyasi həyatında tutduğu mövqeyi daha da artdı. Fətəli xan Dərbəndə yaxınlaşan zaman belə bir siyasətəəl atdı.O, danışıq bahanəsi ilə ilə Məhəmməd Hüseyn xanı öz düşərgəsinə cağırdı, onu həbsə aldı, gözlərini cıxartdı, əvvəl Qubaya, oradan isə ömürün sonuna kimi saxlandığı Bakıya göndərdi. Dərbənd hakimi Məhəmməd Hüseyn xan Bakıya köcürüləndən sonra Dərbənd naiblərlə idarə olunmağa başlanır. Artıq, Dərbənd Quba xanlığının ikinci siyasi, hərbi əhəmiyyətli mərkəzinə cevrilir.
M.Biberşteynin yazdığına görə "...Fətəli xan və onun xələfləri Dərbəndəən vacib, əsas mülki kimi baxmış və onun daimi iqamətgahı olmuşdur.
Beləliklə, Dərbənd xanlığının ilhaqı ilə Quba xanlığının ərazisi xeyli genişləndi və o qüvvətli bir xanlıq kimi şöhrət qazanmağa başladı. Doğrudan da dərbəndlilərin Fətəli xana ayrıca bir hüsni rəğbəti var idi. Bu münasibəti hiss edən və şəxsən Fətəli xanı görən məşhur rus alimi Qmelin belə yazır: «Dərbənd əhalisi onu sevirdi...Şamaxı təbəələri Fətəli xandan razı idilər». 1759-cu ilin axırlarında Fətəli xanın şöhrəti hər tərafə yayılmışdı. Onun qüvəətlənməsindən qorxuya düşən irticaçı xanlar birləşmək və Fətəli xana ağır zərbələr vurmaq ücün müxtəlif vasitələr axtarırdılar. Hamıdan cox Şirvanlı Ağası xan və onun köməkcisi Məhəmməd Səid xan əl-ayağa düşürdülər.
Dərbənd Quba xanlığı ilə birləşdirildikdən sonra Quba xanlığı Bakı xanlığı haqqanda fikirləşməyə başladı. Bakı xanlığı iqtisadi cəhətcə varlı, onun mərkəzi Bakı isə Kaspi dənizinin ən yaxşı möhkəş1əndirilmiş ticarət limanlarından biri idi.
XVII əsrin ortalarında ingilis səyyahı C.Xanvey «…Bakının ətrafında hündür yərlərdə nəzarət etmə qüllələrinin olduğunu qeyd edir.
XVII əsrin ikinci yarısında Bakı xanlığının Abşeron yarımadasının Maştağa və Binəqədi naibliklərini əhatə edirdi. Əgər Bakı xanlığını başqa xanlıqlarla müqayisə etsək onun həm ərazi, həm dəəhali cəhətcə kiçik olduğunu görərik. Bundan istifadə edən qonşu feodallar Bakı xanlığına tez-tez basqınlar edərdilər. Belə yürüşlər təsərrüfatın əsas sahələrinə xüsusilə, neft, duz istehsalına, zəfəran becərilməsinə böyük zərər vururdu. Bakı xanlığında olan tacir və feodallar böyük zərər çəkdiyindən xana öz narazılıqlarını acıq-aydışn bildirirdilər.
Belə şəraitdə Bakı xanlığının onu qonşu feodalların basqınlarından qoruyan güclü müttəfiqlərə ehtiyacı vardı.
Bakı xanlıqanın bu zəif hissəsindən Quba xanlığı məharətlə istifadə etdi.
Bir tərəfdən Fətədi xan Bakı xanlığını iqtisadi cəhətcə sıxdı, digər tərəfdən feodalizm dövrünə xas olan «nigah siyasətini» tətbiq edərək Qaraqaytaq usmisi Əmir Həmzəyə vəd edilmiş bacısı Xədicə Bikəni Bakı xanı Məlik Məhəmmədəərə vərir. Möhkəm və amiranə xarakterə malik Xədicə Bikənin vasitəsi ilə Fətəli xan zəif iradəli Bakı xanını özünə tabe etdi. Xədicə Bikə qardaşının sözünə möhkəm qulaq asaraq Bakı xanlığının daxili işlərin qarışır və məsələləri Quba xanlığının xeyrinə yönəldirdi. .Səyyahların yazdığına görə… «Bakı xanı bütün ömrü boyu Fətəli xana sadiq olduğunu bildirmişdi». Bunun da əsas səbəbi Xədicənin ərini özünə tabe edə bilməsi idi.
Hətta, Məlik Məhəmməd xan olmadıqda xanlığı Xadicənin özü idarə edirdi. Bakı xanlığı Quba xanlığının vassalı olmuş və onun hərbi səfərlərində dz iştirak etmişdir. Əhməd bəy Cavanşir yazır ki,... «Quba xanı Dərbəndin, Qubanın və Bakının hakimidir».
Beləliklə, yuxarıda qeyd etdiyimiz faktlar göstərir ki, Bakı xanlığı formal olaraq özünün idarə üsulunu saxlamasına baxmayaraq, faktiki olaraq, vassal hüququna malik idi.
Fətəli xan Bakını silah gücünə dəyil, incə həmlə nəticəsində özünə tabə edə bilmişdi.
Quba xanı iqtisadi cəhətdən mühüm əhəmiyyətə malik olan Kaspi sahillərinin bir hissəsini Dərbənddən Kürün mənsəbinə qədər olan yerləri öz hakimiyyəti altına aldı. Fətəli xan Dərbəndi ələ keçirdikdən sonra, öz mövqeyini möhkəmləndirdikdən sonra Şirvan xanlığı idə hesablaşmaq haqqında düşünməli oldu.
Şamaxı xanlığı iqtisadi cəhətcə gəlirli sahələrə və təbii sərvətləri olan bir əraziyə malik idi.O, şimal­şərqdən Quba, şərqdən Bakı, şimali-qərbdənn Şəki, cənubi-qərbdən Qarabağ xanlıqları ilə həmsərhəd idi.
Mənbələrdə göstərilir ki, müharibə vaxtı Şamaaxı xanı 10-12 minə qədər əsgər toplaya bilərdi. Faktdan göründüyü kimi XVIII əsrin ikinci yarısında Azərbaycan xanlıqları sırasında hərbi cəhətcə mühüm yerlərdən birini tuturdu.
Şamaxı xanlığı uzun müddət Quba xanlığına qarş müharibələr aparmış və güclü müqavimət göstərmişdir.
Lakin, Dərbənd və Bakı xanlıqlarını özunə tabe etdikdən sonra Quba xanlığının hərbi qüvvəsi daha da artdı. Belə bir şəraitdəŞamaxı xanlığına qarşı açıq və geniş planların həyata kecirilməsi işinə başlamaq olardı.
Quba xanlığı Şamaxı xanlığına böyük əhəmiyyət verirdi. Onların fikrincəŞamaxı xanlığı gələcəkdə Şəki və Qarabağ xanlıqlarına qarşı mübarizə ücün hərbi meydan olmalı idi. XVIII əsrin 60-cı illərindən Şamaxı xanlığı iki tərəfdən Quba xanlığı ilə mühasirə olunmuş və dənizləəlaqəsi tamamilə kəsilmişdi. Quba xanlığına qarşı mübarizəyə hazırlaşmaq məqsədilə 1763-cü ildə köhnə və yeni Şamaxı birləşdirilir. Lakin bu Şamaxı xanlığının müdafiəsi ücün kifayət deyildi. Fətəli xan Şirvanda baş verən hadisələri izləyirdi. Fətəli xan Şirvan xanı Ağası xandan onun torpaqlarını Dağıstan feodallarının basqınlarından müdafiə etmək əvəzinə də bac istədi. Lakin Ağası xan bundan imtina etdi, bu da tərəflər arasındakı ziddiyyətləri daha da kəskinləşdirdi.
1765-ci ildən Quba xanlığı iləŞamaxı xanlığı arasında 4 il müddətinə cox kəskin mübarizə getdi.
Uzun müddət Quba xanlığının ordusu müvəffəqiyyət qazana bilmərdi. Bunun əsas səbəbi «...Şəki xanı Hüseyn xan Şamaxı xanına köməklik edirdi". S.Qmelinin məlumatına görə «...Hüseyn xanın köməyi ilə Şamaxının müdafiəsi elə möhkəmləndirilmişdi ki, Quba xanı bundan dəhşətə gəlirdi».
Fətəli xan tezliklə onların arasına nifaq sala bildi. Bunun nəticəsində mübarizə meydanında qüvvələr Quba xanlığının xeyrinə oldu. Şəki xanı Şamaxı xanının məğlubiyyətindən sonra «...ona Şamaxının gəlirlərindən bir hissəsinin ayrılacağına ümid bəsləmişdi».
Belə hadisədən təşvişə düşən Şamaxı xanı Məhəmməd Səid xan köhnəŞamaxıya çoxlu miqdarda ordu toplayaraq, Quba xanlığı tərəfindən olacaq təhlükəsinin qarşısını almazağa hazırlaşmağa başladı.
Şamaxının özündə də iki tirəlik əmələ gəldi. Məhəmməd Səid mübarizəsiz Quba xanlığı ilə birləşmək fikrini irəli sürmüş qüvvələrə qarşı mübarizə aparır.
Quba xanlığı 1765-1767-ci illərdəŞamaxı xanlığına qarşı geniş mübarizəyə başlayır və 1767-ci il vəziyyət tamamilə gərginləşir. Şamaxı xanlığının birləşdirilməsi ücün real imkanlar yaranır.
Bir çox xanların təklifini qəbul edən «Fətəli xan Şamaxı xanı ilə mübarizəni dayandırmağı, sülh danışıqları aparmağa razı olduğunu bildirir». Şamaxı xanı da mübarizə aparmağa cürət etmirdi. Cünki, Şamaxının bir çox hakimləri ona sadiq deyildilər.
Şirvan xanlığını tək başına məğlub edə bilməyəcəyini yaxşı bilən Fətəli xan öz vassalı olan şəkili Hüseyn xanı öz tərəfinə çəkdi. Tərəflər arasında dostluq ittifaqı yarandı.1767-ci ildə birləşmiş qüvvəŞamaxını mühasirəyə aldı. Bir tərəfdən də Quba xanlığının köhnə müttəfiqləri Qazıqumux və Qaraqaytaq muzdlu dəstələri dəŞamaxı üzərinə hərəkət etdilər. Beləliklə, çox çətin vəziyyətə düşən Şirvan xanı təslim oldu.
Şirvan qaliblər arasında bölüşdürüldü. Şirvan xanlığının az bir hissəsi - Saadan və Kassan mahalları Şəki xanlığına, xanlığın iqamətgahı daxil olmaqla Şirvanın böyük bir hissəsi Quba xanlığının əlində qaldı. Fətəli xan əsir düşmüşŞamaxı hakimlərinin boyük sərvətini ələ keçirdi.
Şirvan qələbəsindən sonra Fətəli xanın nüfuzu nəinki bütün Azərbaycanda və Qafqazda, habelə bütün İranda artdı. Lakin Fətəli xanla Hüseyn xan arasındakı ittifaq cox cəkmədi ki, pozuldu. Vahid mərkəzləşdirilmiş Azərbaycan dövləti yaratmaq məqsədində olan Fətəli xan Hüseyn xanın Şirvandakı naibini qovdu və onun da hissəsini öz hakimiyyəti altında birdəşdirdi.
1763-cü ilin avqustundan etibarən Şamaxı xanlığı bütün mahalları ilə birlikdə Quba xanlığının tabeliyində olan şimali şərqi Azərbaycanın tərkibinə daxil edildi. Beləliklə, 1768-ci il Şamaxı xanlığının Quba xanlığı ilə birləşdirilməsinin ilk dövrü sayılır.
Bundan sonra Fətəli xan Hüseyn xanı özünə barışmaz düşmən etmiş olur. Şamaxı xanlığının tamamilə tabe edilməsindən sonra Cavad xanı da Qubanın vassalığını qəbul etdi.
Cavad xanlığı kicik bir tarixi dövrü əhatə etməsinə baxmayaraq, o XVII əsr Azərbaycan xanlıqları ilə birlikdə Quba xanlığının tərkibinə daxil olmuş vəşimal-şərqi Azərbaycanın birləşdirilməsində iştirak etmişdir.
Mənbələrdə göstərilir ki,Cavad xanlığı haqqanda cox az məlumat vardır. Şamaxıdan aşağıda Kürlə Araz arasında yerləşən Cavad hələ XVI əsrdən dəəvvəl mövcud idi. Onun əhalisi maldarlıqla vəəkinçiliklə məşqul olurdu. XVI əsrdə Cavadda «...yaxşı tiklmiş evərin və bağların» olduğu göstərilir. Cavad Şamaxı xanlığına tabe idi.
XVIII əsrin ortalarında Nadir şah dövlətinin zəifliyindən istifadə edən Cavad yarı asılı xanlığa çevrilir.
Xanlığın mərkəzi olan Cavad isəətrafı möhkəm hasarla əhatə olunmuş qalaya çevrilmişdir. Mənbələrdən aydın olur ki, Cavad xanlığı hazırkı Azərbaycanın Sabirabad, Şirvan (köhnəƏli –Bayramlı) kimi rayonlarının ərazisini əhatə edir.
Lakin, onu da qeyd etmək lazımdar ki, Cavad xanlığı XVIII əsrdə baş vermiş hadisələrlə ayaqlaşa bilmirdi. Belə ki, Cavad xanlığı nə döyüşkən şahsevən koçəriləri ilə, nə də Qaradaq, Ərdəbil köçərilərinə qarşı mübarizə apara bilmirdi. Tez-tez onların hücumlarına məruz qalan Cazad xanlığının möhkəm bir müttəfiqə ehtiyacı var idi. O, belə bir müttəfiqi Fətəli xanın şəxsində görürdü. Beləliklə, yuxarıda göstərildiyi kimi, 1768­ci ildən Cavad xanlığı Quba xanlığının vassalığanı qəbul etməli olmuşdur.
Muğanın Cavadla birlikdə Quba xanlığına birləşdiriməsini Fətəli xanın II Yekaterinaya göndərdiyi məktubundan da aydın görmək olar.
Quba xanlığına birləşdiriləndən sonra Cazad xanlığı Fətəli xanın hərbi yürüşlərlərində fəal iştirak edir. O, hətta 1769-cu ildəŞamaxıda Fətəli xana qarşı hazırlanmış bir sui-qəsdin qəsdin ləğv edilməsinə xüsusi xidmət göstərmişdir..
Cavad xanı Quba xanın ən inanılmış adamlarından biri idi O, hətta Quba xanlığının gizli məclislərində də iştirak etmək hüququnu qazanmışdı.
Şamaxı, Cavad xanlıqlarının va Muğanın Quba xanlığına birləşdirilməsini Fətəli xanın gələcək planlarının həyata keçirilməsi işində böyük əhəmiyyəti olmuşdur, Şamaxı və Cavad Azərbaycanın şimal və cənub xanlıqları üzərinə gələcəkdə olacaq yürüşlər zamanı əsas dayaq nöqtəsi təşkil etməli idi.
Şamaxı xanlığı Quba xanlığına uzun sürən müharibələrin nəticəsində silah gücünə tabe edildiyi halda, Cavad xanlığının birləşməsi isə tamamilə başqa xarakterdə olmuşdur. Yəni o, könüllü birləşmişdi.
Göründüyü kimi, XVIII əsrin ikinci yarısında Quba xanlığı Dərbənddan Cavada qadər Azərbaycanın şimal-şərq torpaqlarını öz hakimiyyəti altında birləşdirilşdi. Qubalı Fətəli xan öz torpaqlarını genişləndirmək uğrunda mübarizədəəsas eitibari ilə xırda və orta feodallara arxalanırdı.
Fətəli xanın siyasəti həm də fеodal ara müharibələrinə nifrət edən oturaq əkinçi əhali tərəfindən müəyyən dərəcədə müdafiə olunurdu.
Tacirlər də Fətəli xanın belə xarici siyasətinə tərəfdar idilər. Çünki, onlar başa düşürdülər ki, ölkənin qüvvətli bir hökmdar hakimiyyəti altında birləşməsi həm daxili, həm də xarici ticarətin inkişafı ücün geniş imkan yaradar.
Bələliklə, XVII əsrin ikinci yarısında şimali-şərqi Azərbaycan torpaqlarının birləşdirilməsi işində Qubalı Fətəli xanın xüsusilə böyük xidmətləri olmuşdur.
XVIII əsrin ikinci yarısında feodal müharibələrinin qızğın bir dövründə və xarici vəziyyətin belə bir gərgin vaxtında heç kəs Fətəli xan kimi bu cür qalibiyyət əldə edə bilməzdi. Fətəli xan bu müvəffəqiyyətilərə ancaq öz bacarığı, zəkası və cəsarəti sayəsində nail ola bilmişdi. Ona görə də xalqımız onu sevir və adını tarixlərlə iftixarla qeyd edir.
Doğrudur, Fətəli xan Azərbaycanı tam mənası ilə birləşdirə bilmədi, ancaq o, bu işdə ilk dəfə böyük bir təşəbbüs göstərdiyindən onun fəaliyyəti mütərəqqi hesab olunur.
Bəzi tarixçilər onu bir zülmkar kimi qələmə verməyə çalışırlar. Fətəli xan həqiqətən də öz düşmənlərinə qarşı qədar idi. Əgər onda bu sifətlər olmasaydı, onun xanlığı bu qədər geniş sahəyə malik ola bilməz və ya 20 ­yə qədər böyük, xırda feodalları itaətdə saxlamay bilməzdi.
O, belə hərəkət etməsəydi, xain və hiyləgər düşmənlər onu tezliklə aradan qaldıra bilərdilər. Fətəli xan ehtiyatla dolandığından düşmənlərin düzəltdiyi sui-qəsd də baş tutmurdu.
Fətəli xan bəzi feodal hakimlərdən fərqli olaraq dini məsələlərə fikir vermirdi. O, yəhudi, sünni vəşiə məzhəblərinə mənsub olanların hamısı bir gözdə görür və akademik Qmelinin yazdığı kimi «sünniləri dəşilərəi sevdiyi qədər sevir. Hər ikisinə də meyl edir… Fətəli xanın rəftarına görə yaxın tanışlar onun bu məzhəblərə aid olan qanunları qəbul etmədiyini təsdiq edirlər».
Fətəli xan Azərbaycan tarixində unudulmaz bir simadır. Azərbaycanın birləşdirməyə və müstəqil bir dövlət yaratmağa təşəbbüs edən Şirvanşah İbrahim vəŞah İsmayıl Səfəvi kimi məşhur dövlət xadimlərinin sırasında qubalı Fətəli xanın da adı hörmətlə göstərilir.
Beləliklə, Fətəli xan Azərbaycanın Dərbənd, Bakı, Salyan, Şəki, Şirvan kimi mahallarını Quba ətrafında birləşdirərək möhkəm və vahid bir Azərbacyan dövləti yarada bildi. Bundan başqa vaxtilə Dərbəndə tabe olan Müşkür, Şabran, Beşbarmaq və Qazıqumux və Tabasaran hökmdarları, Talış və Gilan xanları, Avar, Şamaxı feodalları Fətəli xana tabe oldular.
Cənubi Azərbaycanın Təbriz, Qaraba, vəƏrdəbil kimi qüvvətli xanlıqları, Fətəli xanla hesablaşmalı oldular. Beləliklə, Fətəli xan otuz illik mübarizə nəticəsindəşimal-şərqi Azərbaycan torpaqlarını vahid bir dövlət ətrafında birləşdirməyə müvəffəq oldu.


Tarix: 26.11.2014 / 17:29 Müəllif: Aziza Baxılıb: 238 Bölmə: Tariximiz ve rayonlarimiz