beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

XIX əsrin 50-60-cı illərində Şimali Azərbaycanda iqtisadi irəliləyiş

XIX əsrin 50-60-cı illəri Şimali Azərbaycanda iqtisadi irəliləyiş, kapitalist münasibətlərinin təşəkkülü, fabrik və zavod tipli müəssisələrin meydana gəlməsi dövrüdür. 50-60-cı illərdə Azərbaycanda buxar qurğusu və muzdlu əməyin tətbiqinə əsaslanan iri fabrik istehsalı meydana çıxır. Bu dövrdə ölkəmizdə kapitalistcəsinə inkişaf edən əsas sənaye sahələri neft emalı, mis istehsalı, ipəksarıma sənaye sahələri olmuşdur. Azərbaycan iqtisadiyyatının aparıcı sahəsi əlbəttə kənd təsərrüfatı idi. Lakin kənd təsərrüfatında kapitalist münasibətləri sənayeyə nisbətən gec inkişaf edirdi.
XIX əsrin 50-60-cı illərində iqtisadi irəliləyiş Azərbaycan iqtisadiyyatının bütün sahələrində, istər kənd təsərrüfatında, istərsə də sənayedə özünü göstərirdi. Burada bir məsələni xüsusilə qeyd etmək lazımdır ki, 50-60-cı illərdə Azərbaycan Rusiya imperiyasının müstəmləkəsi idi. Odur ki, ölkənin iqtisadi durumu Rusiyanın yeritdiyi iqtisadi və sosial siyasətdən çox asılı idi. Tarixi ədəbiyyatda belə bir fıkir hökmrandır ki, Rusiyanın Qafqazı «iqtisadi fəthi» siyasi fəthindən sonra başlanıb, «iqtisadi fəth» məhz bu dövrə düşür. Rusiyanın bu «iqtisadi fəthi» Azərbaycanda mədən, ipəksarıma, neft emalı kimi sənaye sahələrinin inkişafına böyük təkan vermiş oldu.

XIX əsrin 50-60-cı ilərində Azərbaycanın kənd təsərrüfatında da əvvəlki illərə nisbətən sözsüz ki, məhsul istehsalı artırdı. Bu, ilk növbədə yeni əkin sahələrinin yaradılması, meşə sahələrinin və otlaqların əkin üçün istifadə olunması, yeni, yüksək məhsuldar sortların istifadəsi, aqrotexniki tədbirlərin tətbiqi ilə bağlı idi. Bu dövrdə Rusiya bazarında Azərbaycandan aparılan kənd təsərrüfat məhsullarına- ipək, düyü, yun, quru meyvə və s. böyük ehtiyac vardı ki, bu da kənd təsərrüfatı məhsularının həm kəmiyyətcə, həm də keyfıyyətcə artımının əsas səbəblərindən biri idi. Bu dövrdə Azərbaycada əvvəllər olmayan isthesal sahələri də yaranır ki, bunlardan biri də məsələn, qarğıdalı istehsalı idi.
XIX əsrin 50-60-cı illərində kənd təsərrüfatında aparıcı rol əvvəllərdə olduğu kimi taxılçılığa məxsus idi. Öz bol taxılı ilə fərqlənən Qarabağ, Şirvan və Qubada çoxlu taxıl toplanırdı. Kəndlilərin istehsal etdikləri məhsulun xeyli hissəsi ölkənin daxili bazarlarına satışa göndərilirdi. Azərbaycanda yetişdirilən yüksək keyfıyyətli taxıl məhsulları ümumdünya sərgisinə belə göndərilirdi və mükafata layiq görülürdü. Çəltikçilik Azərbaycanda ənənəvi təsərrüfat sahəsi idi. Çəltik Talış, Qarabağ, Quba, Şirvan, Zaqatala və b. yerlərdə becərilirdi. Çəltik daha çox əmtəəlik məhsul idi. 1852-ci ildə Naxçıvanda Hindistandan gətirilmiş çəltik növü becərilirdi.
XIX əsrin 60-cı illərində üzümçülük kənd təsərrüfatında kapitalist münasibətlərinin inkişaf etdiyi sahələrdən biri idi. Bu dövrdə, Azərbaycanda şərabçılıq geniş inkişaf edirdi, çünki Rusiya bazarında şəraba böyük ehtiyac vardı.
50-ci illərin sonu - 60-cı illərin əvvəllərində Azərbaycanda ipək istehsalı xeyli artmışdı. Əgər 1861-ci ildə Bakı quberniyasında 17.352 pud ipək istehsal edilmişdisə, 1865-ci ildə artıq isthesal 19.343 puda çatmışdı. Bu illərdə, Avropada ipəkqurdu xəstəliyi ipək sənayesinin böhranına səbəb olmuşdu, böhrandan çıxış yolunu xarici ölkələr Azərbaycandan sağlam ipək qurdu toxumu almaqda görürdülər. Lakin Azərbaycanda da ipəkqurdu xəstəliyi yayıldığından 1867-ci ildə Bakı quberniyasında ipək istehsalı 1346 puda enmişdi. Amma 1870ci ildə ölkədə ipək təsərrüfatını bərpa etmək mümkün oldu. Belə ki, 1870-ci ildə Yelizavetpol quberniyasında 4800 puda qədər ipək istehsal edilmişdi.
XIX əsrin 50-60-cı illərində Azərbaycanda sürətlə inkişaf edən kənd təsərrüfat sahəsi - marena-boyaq maddəsi istehsalının sürətli inkişafı ilə əlaqədar olaraq Lənkəran, Quba, Dərbənd qəzalarında marena-qızıl boya yetişdirmək üçün geniş əkin sahələri ayrılmışdı. Əsas marenaçılıq rayonu Quba qəzası idi. Əgər 1851-ci ildə qəzada 2 min pud marena istehsal edilmişdisə, artıq 1869-cü ildə bu rəqəm 200 min puda çatmışdı, yəni 100 dəfə artmışdı. Quba və Lənkəran qəzalarında 1862-ci ildə 70543 pud marena istehsal edilmişdisə, 1866-cı ildə bu istehsal 234556 puda çatmışdı. Amma 1869-cu ildə süni boyaq-alizarinin kəşfı ilə əlaqədar olaraq manera istehsalına böyk zərbə dəyir, təlabat olmadığına görə istehsal tamamilə sıradan çıxır.
XIX əsrin 50-60-cı illərində Azərbaycanda -Abşeron yarımadasında neft çıxarımasında artım özünü göstərir. XIX əsrin I yarısında neft hasilatı 260 min pudluq həcmi keçmirdi, bunun əsas səbəbi neftə həm Azərbaycanda, həm də Rusiyada təlabatın az olması idi. Azərbaycan nefti əsasən İranda satılırdı. Lakin bunun həcmi 1848-ci ildə yalnız 113982 pud olmuşdu. Xam neft - qara neft istehlak olunmaq üçün emal edilməli idi. Neftdən alınan əsas məhsullardan biri - fotogen idi (fotogen mineral yağ deməkdir). Fotogendən əsasən işıqlandırıcı maddə kimi istifadə edilirdi, lakin fotogen yandıqda hiss verirdi. 1858ci ildə ABŞ-da neft emalı sənayesində mühüm bir yenilik baş verir, neft emalı texnologiyasındakı dəyişikliklər nəticəsində keyfıyyətcə, yeni bir maddə - kerosin alınması mümküm olur. 1854-cü ildə ingilis tədqiqatçısı Kesper asfaltdan maye almaq metodunu ixtira edir və bu yağa kerosin adını verir. «Kerso» yunanca mum, elaun isə «yağ» deməkdir. Kerosin fotogendən fərqli olaraq yananda hiss etmirdi və ondan yaxşı yanırdı.
XIX əsrin 60-cı illərindən kerosin sənaye əhəmiyyətli məhsul statusu alır və sənayenin inkişafı üçün ən mühüm məhsullardan birinə çevrilir. Artıq 1863-cü ildə Rusiya bazanna amerikan kerosini çıxarılır, ABŞ-da kerosindən istifadə üçün ucuz lampa isthesalına başlanır və belə lampalar dünyanın 4 tərəfınə, o cümlədən Rusiyaya ixrac olunur. Rusiyada amerikan kerosininə və kerosin lampasına geniş bazar vardı.
Azərbaycanda neft hasilatı 50-ci illərdə durğunluq içərisində idi, irəliləyiş yox, əksinə, gerilik vardı. Əgər 1848-ci ildə 259.769 pud neft çıxarılırdısa, 1849-cu ildə hasilat 207.029 puda enir. 1850-ci ildə isə 260 min pud olur. Ümumiyyətlə XIX
əspin 50-60-cü illərində neft hasilatı aşağıdakı kimi idi:


İllər
Hasilat (pudla)

1850

260.00
1.638.900
1.704.500

1864-cü ildə Balaxanı mədənlərində məcburi kəndli əməyi ləğv edilir, bundan sonra neft istehsalı işində muzdlu fəhlə əməyindən geniş istifadə olunmağa başlanır. Bu neft hasilatı, neft çıxarma sənayesinin kapitalistcəsinə yenidən qurulmasının ilkin əlamətlərindən biri sayılmalıdır.

Azərbaycanda kapitalistcəsinə inkişaf edən əsas sahələrdən ən əsası neft emalı sənayesi idi. Bu sahənin inkişafına kapital qoyuluşu 1859-cu ildən başlanır. Rus sənayeçilərindən Kokorev və Qubonin 1859-cu ildə Bakı yaxınlığındakı Şuraxanı kəndində böyük neft emalı zavodunu işə sala bilmişdilər. Zavodun inşasına Almaniyadan dəvət edilmiş Moldanqauer adlı mühəndis rəhbərlik edirdi. Bu dövrdə Bakıda xam neftin qiyməti çox yüksək idi. Belə ki, 1 pud neft 30-40 qəpik idi. Bundan əlavə neftin mədəndən zavoda arabalarda daşınması da 15 qəpik əlavə xərc tələb edirdi. Odur ki, zavod sahibləri xammal kimi baha olan xam neftindən deyil, nisbətən daha ucuz olan xammaldan - qırdan istifadə etməyi qərarlaşdırmışdılar. Qırdan kerosin isə sözsüz ki, çox az, cəmisi 15 faiz alınırdı. Odur ki, zavod gəlir gətirmək əvəzinə zərər verirdi. Rus alimi B.E.Eyxlerin təklifı ilə xammal neftindən istifadə edilməyə başlanır. Yeni texnoloji proses zavodun 1860cı ildə neftdən kerosin almasına gətirib çıxarır. Lakin neftin bahalığı zavodun az qala bağlanmasına səbəb olacaqdı. Zavod sahibləri zavodu bağlamaqdan əvvəl D.Y.Mendeleyev ilə məsləhətləşdilər. Bakıya gələn D.Y.Mendeleyev həm neftin emalının texnologiyası, həm də kerosinin zavoddan limana və Rusiyaya daşınması üçün məsləhətlər verir: indi neft limana borular vasitəsilə nəql edilməyə başlanır. 1864-cü ildə zavod ildə 60 min pud məhsul verir.
1857-ci ildə rus alimi, akademik A.Z.Moris neftdən parafın alınması ideyasını irəli sürür. Tiflis əzcaçısı F.Vitte Pirallahı adasında bu məqsədlə xüsusi zavod inşa edir. Zavod 1861-ci ilin avqustunda işə salınır. Bu zavodda 150 fəhlə işləyirdi, onların əksəriyyəti Abşeronun Qala, Zirə və s. kəndlərindən idilər. Ətraflı Azərbaycan neft sənayesinin tarixi
1863-cü ildə Cavad Məlikov 3 yoldaşı ilə birlikdə öz layihəsi əsasında kiçik bir neft emalı zavodu inşa edir. O kerosinin qırdan deyil, birbaşa neftdən alınması prinsipini əsas götürmüşdü.
1865-ci ildə Bakı neft quyularının sonuncu iltizamçısı erməni L.Mirzoyev Suraxanıda neft emalı zavodunu inşa edir. Bu böyük bir zavod idi, belə ki, 1870-ci ildə bu zavodun illik məhsul istehsalı 93 min puda çatmışdı.
Beləliklə, 1870-ci ilin əwəli üçün Bakıda 3 iri neft emalı zavodundan əlavə 44 orta və xırda neft emalı zavodu vardı ki, onlarda ildə 500 min puda yaxın kerosin istehsal olunurdu.

XIX əsrin 50-60-cı illərində Azərbaycanda inkişaf edən sahələrdən biri də metal emalı sənayesi idi. Bu sahənin yaranması və inkişafı ilk növbədə «neft və neft emalı sənayesinin inkişafı ilə sıx bağlıdır, çünki bu sənaye sahələrinin çuqun tökməyə, borulara, qazanlara, rezervuara, qazma alətlərinə, dəzgahlara, avadanlığa və başqa texniki avadanlığa böyük ehtiyacı vardı. Əwəllər hər bir zavod və ya fabrik dəzgahları, maşınları təmir etmək üçün öz mexaniki emalatxanalarını inşa edirdilər, lakin sonralar bu işləri görmək üçün iri müəssisələr yaradılır. Belə ilk müəssisə Azərbaycanda 1858-ci ildə «Qavqaz və Merkuri» cəmiyyəti tərəfındən tikilən «təmir-mexaniki emalatxana» adlı zavod idi. Bir qayda olaraq tarixi ədəbiyyatda mexaniki-emalatxana adlanan müəssisələr əslində zavod idilər.
XIX əsrin 50-60-cı illərində Bakı sənaye rayonunda gəmi təmiri verfləri, dokları (ellinqlər) mexaniki müəssisələr ilə birlikdə inşa edilir. Bu doklardan birincisi «Qavqaz və Merkuri» cəmiyyəti tərəfındən 1858-ci ildə inşa edilmişdi. Bu doku «Qavqaz və Merkuri» cəmiyyəti öz gəmilərinin təmiri üçün inşa etdirmişdi. 1866-cı ildə bu dokun nəzdində gəmilərin təmiri üçün mexaniki zavod tikilmişdi.
XIX əsrin 50-ci illərində Azərbaycanın qərbində Gədəbəy-Daşkəsən zonasında mis-mədən sənayesi inkişaf edirdi. 1855-ci ildə Gədəbəydə türk təbəələri olan yunan X.Kıryakov və Q.Mexov əsasən əl əməyinə əsalanan kiçik bir zavodu işə saldılar. Burada ildə 1200 pud mis isthesal olunurdu. 1856-cı illərdə yerli sənayeçilərdən P.Miskaryans və Y.Karabişev Daşkəsəndə ikinci bir mis əridən zavod işə saldılar. Bu zavod da kiçik manufaktura tipli bir müəssisə idi, cəmisi 15 fəhləsi olan bu müəssisədə ildə 6264 pud mis istehsal edilirdi.
1864-cü ildə Simens qardaşları (Verner, Karl, Valter) Gədəbəy zavodunu 77 min manata satın alırlar və onlar 1865-ci ildə köhnə, kiçik zavodun yerində yenisini tikirlər və bu işdə onlar 1 milyon 874 min manat xərc çəkirlər. Simens qardaşlarının Gədəbəy mis zavodu 1870-ci ildə 44,2 min pud mis istehsal etmişdi. Simenslərin zavodu o dövrün ən müasir texnikası əsasında tikilmişdi. Belə ki, 1868-ci ildə zavodda 864 nəfər çalışırdı ki, onlardan 50 nəfəri - mədəndə, 314 nəfəri köməkçi işlərdə, 60 nəfəri isə mühəndis-texnik idilər. Gədəbəy zavodu Rusiyada istehsal olunan misin təxminən 1/7-ni verirdi.
XIX əsrin 50-ci illərində Azərbaycanda dağ-mədən sənayesinin inkişafına Rusiya dövlətinin yeritdiyi mürtəce iqtisadi siyasət mane olurdu: 1) dağ mədən vergisi; 2) ən əsas maneçilik - Azərbaycan iqtisadiyyatının əsas sahələri olan neft, balıqçılıqda azad sahibkarlığa qadağa siyasəti, bu sahələrin iltizama verilməsi idi. XIX əsrin ortalannda Azərbaycanda azad sahibkarlığa münasibət sözsüz ki, Rusiyanın özünün də iqtisadi maraqlanna zidd idi. Odur ki, 1872-ci il 1 fevral və 1879-cu il 17 fevral fərmanları ilə neft sənayesində iltizam sistemi ləğv edilir, azad sahbkarlığa keçilir; 3) Azərbaycanda sahibkarlara və tacirlərə kredit verən bank müəssisələrinin açılmaması.

Şimali Azərbaycanda kapitalistcəsinə inkişaf edən xalq təsərrüfatı sahələrindən biri də ipəksarıma sənayesi idi. Moskva sənayeçilərindən Alekseyev və Voronin qardaşları «Yoldaşlıq» təşkil edərək 1860-1861-ci ildə Nuxada ipəksarıma fabriki tikdirdilər. Bu fabrik sahiblərinə 60 min manata başa gəlmişdi. Buxar mühərriki ilə işləyən bu ipəksarıma fabrikində 432 dəzgah, 64 hazırlıq hovuzu və buxar maşını vardı. 1863-1865ci illərdə fabrikdəki buxar dəzgahlarında 192 usta və 64 şagird, əl dəzgahlarında 910 usta və 105 şagird, ayaq dəzgahlarında 30 usta və baramaların çeşidlənməsində 200-250 qadın çalışırdı. 400-dən artıq dəzgahın işlədilməsi sahibkarlara nisbətən ucuz olan qadın və uşaq əməyindən istifadə etməyə imkan verirdi. Fabrikdə ildə 1,4 min pud ipək-xammal, 1000 puda yaxın struz və digər məhsullar istehsal edilirdi. Fabrikin illik pul dövriyyəsi 1-2 milyon manata çatırdı. Lakin bu fabrik tam gücü ilə yalnız bir neçə il işləmişdir, çünki xarici ipəkçilik fırmaları Nuxada sağlam barama toxumlarını kütləvi surətdə alıb aparırdılar. 1866-cı ildə fabrik yalnız yarımgücünə işləyirdi, 1867-1870-ci illərdə fabrik fəaliyyətini tamamilə dayandırmalı olmuşdu.
XIX əsrin 50-60-cı illərində Azərbaycanda gəmiçilik də inkişaf edirdi. 1853-cü ildə Kür çayında «Knyaz V.Voronstov» adlı ilk paroxod işləməyə başlayır. «Qavqaz və Merkuri» cəmiyyəti 1858-ci ildə təsis edilir, cəmiyyətin əsas kapitalı 3 mln gümüş manat idi. 1865-ci ildə Xəzər dənizində «Lebedev» kampaniyasına məxsus birinci paroxod üzməyə başlayır. 60-cı illərin sonlarında Xəzərdə yelkənli gəmilərin sayı çoxalmağa başlayır, onlar Həştərxana İrandan və əksinə çoxlu yük
daşıyırdılar.
XIX əsrin 50-60-cı illərində Azərbaycan iqtisadiyyatının inkişafı ilk növbədə əsas sənaye mərkəzinə çevrilən Bakı şəhərində əhalinin artmasında özünü göstərirdi: əgər 1856-cı ildə burada 8,4 min nəfər yaşayırdısa, 1868-ci ildə bu rəqəm 12,4 min nəfərə çatmışdı.


Tarix: 26.11.2014 / 16:51 Müəllif: Aziza Baxılıb: 124 Bölmə: Tariximiz ve rayonlarimiz