beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevim Seni...

Yollar uzaq,
nə əl çatır, nə ün yetir...
Nə ayrılıq,
nə içimdə bu əbədi üsyan bitir...
Kimə deyim
ürəyimin sirlərini, sözlərini? Razı olsan,
dərdlərimə ortaq olan
sirdaş kimi sevim səni! Bu dünyada
nə qəribə bir mizan var...
Bir oyundur,
bu oyunda həm udan var, uduzan var...
Büdrəyərkən
insan hara söykəsin ki kürəyini? İcazə ver,
dar günümdə arxa olan
yoldaş kimi sevim səni! Bəzən olur,
yay günündə üşünürəm.
Yadımdasan....
elə səni, elə səni düşünürəm.
Sanıram ki,
ürəyimə bağlamısan ürəyini. Bəlkə elə
Sinəmdəki yatıb qalan
bir daş kimi sevim səni? Ömür qısa...
dünya bizə qalmasa da,
Həyat bizi
eyni bərkə, eyni boşa salmasa da,
Bir atamız,
bir anamız olmasa da, Yenə elə
bir əzizim, can-ciyərim bilim səni!
İstəyirəm,
doğmadan da doğma olan
Qardaş kimi sevim səni!


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 77 Bölmə: Sevgi şerləri