Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mən Ona Sevgimi Necə Söyləyim?

Ona ürəyimdə məhəbbətim çox,
Nazını çəkməyə məharətim çox,
Amma söyləməyə cəsarətim yox
Mən ona sevgimi necə söyləyim?

Necə yaxınlaşım, bilmirəm necə,
Oğru tək güdürəm yenə gizlicə
Baxıb gözlərinə mən bircə-bircə
Mən ona sevgimi necə soyləyim?

Sevgimi baxışdan özü tutmursa,
Özü bəyənmirsə, gözü tutmursa,
Dilim həyəcandan sözü tutmursa
Mən ona sevgimi necə söyləyim?

Bu gizli sevdadan usanıram mən,
Birtəhər dözürəm, dayanıram mən,
Özünə deməyə utanıram mən
Mən ona sevgimi necə söyləyim?

Cəsarət tapmıram üzünə deyim,
Baxım o ovsunlu gözünə, deyim.
Yaxın da durmur ki, özünə deyim
Mən ona sevgimi necə söyləyim?


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 43 Bölmə: Sevgi şerləri
loading...