beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sən Harda Olsan Da Duyaram Səni

Adını nə qoyum,bilmirəm daha

Sən bağlı bir qıfıl, mən səhv “açar”am.

Sevinc bizə özgə,yad olub,amma..

Kədər hara qaçar, ora qaçaram.



Gözəldi gördüyün hər şey həyatda

Pərvanə gözəldi,şəm də gözəldi.

Təbəssüm, sevinclə bərabər həm də,

Qüssə də gözəldi, qəm də gözəldi.



Necə uşaq idik,necə saf idik,

Ağlayıb gülərdik ikimiz ki, bir

Nə olsun ömürlük ayrılmışıq biz,

Qəlbimiz ki, birdi, sevgimiz ki, bir.



Yenə də sən oyna xumar telinlə,

Sən harda olsan da duyaram səni.

Sarılmaq istəsən boynumdan yenə,

Balıncına sarıl,sararam səni.



Boylan pəncərəmdən bir günəş kimi,

Mənim otağıma şəfəq yayılsın.

Nəfəsi hiss edim boynumda səhər

Titrək öpüşünlə .... ayılsın


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 63 Bölmə: Sevgi şerləri