beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kimidir

Mənim istəklərim,sənin inadın
Dünyaya gələndən,od-su kimidir.
Mənim duyğularım, sənin muradın
Dil tapa bilməyən qonşu kimidir.

Mənim baxışlarım,sənin gözlərin
Əzəldən barıtla kibrit kimidir.
Mənim əməllərim,sənin sözlərin
İki əks qüvvəli maqnit kimidir.

Mənim arzularım, sənin hədlərin
Mənzili olmayan külək kimidir.
Mənim ümüdlərim sənin vədlərin
Dərmanla yaşayan ürək kimidir.

Mənim göz yaşlarım,sənin gülüşün
Mehriban,qol-boyun qardaş kimidir.
Mənim ürək sancım sənin dönüşün
Heç vaxt ayrılmayan yoldaş kimidir.


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 93 Bölmə: Sevgi şerləri