Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...
Sən

Bir səhra olaydı yalnız,bir də sən,
Bir dəniz olaydı, qayıq,bir də sən.
Bir dağlar olaydı,meşə,bir də sən
Sevgiyə ehtiyac var sözlərimdə.

İstemirəm! Nə var-dövlət,nə məhəbbət,
İstəmirəm! Uzun ömür,nə səadət.
İstəmirəm! Qohum,qardaş,nə ünsiyyət,
Sənsizlik həsrəti var gözlərimdə.

Bir yeni səhifə achmaq istədim,
Bu qara dünyamda,qara bəxtimdə.
Açıb qollarımı qaçmaq istədim,
Gördüm zəncirbəndlər var biləyimdə.


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 93 Bölmə: Sevgi şerləri
loading...