Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dəniz Və Mən

Ağla dəniz ağla mənim yerimə...Küləklərə söyləmişəm aparacaq dərdlərimi..

Dalğalara söyləmişəm coşduracaq ləpələri...
Bax.!..yanında dayanmışam...
Yox bir yerim gəlib sənə sığınmışam..
Üz çevirmə məndən dəniz..ikimiz də eyni dərddə..
Ama vardır bir fərqimiz...
Sən sahilsiz..mən kimsəsiz...
Səndəmi darıxdın öz sahilinçin...
Söylə mənə dərdlərini bəlkə çarə tapılacaq...
Bəlkə yenə buz tutmuş bu qəlbimizi günəşimiz isidəcək?!
Buluddanmı çəkinirsən?..səmadanmı?..dumandanmı??
Yoxsa sən də insanlardan??
Anlayıram səni dəniz ona görə susmusan sən..

Yalvarıram sənə dəniz..al məni o dalğaların cənginə..
Yox et məni fırtınalar,burulğanlar arasında..
Niyə axı niyə məni dinləmirsən..
Gedirəm..! Mənə deyiləcək yoxdur bir sözün?
Onsuzda yalqızam.. bir heç kimiyəm...
Axıt yenə gözlərinin yaşını..
O yaşların içində qərq olmuş bir tənha gəmiyəm..
Gedirəm...dəniz...Əlvida sənə.....Əlvida...
Bu səninlə Həm ilk görüş...Həm son vida...
Gedirəm mən..Bu dünyada yer yox mənə..
Öz yerimi taparam mən o dünyada



Mən insanam buna görə səndə məndən çəkinirsən...


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 97 Bölmə: Sevgi şerləri
loading...