beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

TAPDANMIŞ MƏHƏBBƏT

Əcəl gəlir,ölüm alır məni səndən
Bircə dayan,ölüm deyil mənə gələn
Sənin soyuq baxışındır,
Sənin soyuq gülüşündür,
Ürəyimə od ələyən,
Sənin yersiz dönüşündür.
Niyə döndün,bir cavab ver sualıma,
Niyə gəldin???
Qəlbi qırıq,peşimancılıq,bir də küsgün məhəbbətmi???
Susma danış...
Günahkarlar susar,dinməz,
"Yetim xatirələr qayıdar geri,
Tapdanmış məhəbbət qayıda bilməz".
Nə ağla,nə yalvar,nə də ki,danış...
Gedərkən bir zaman dediyin kimi,
Küsgün taleyinlə gəl sən də barış.


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 67 Bölmə: Sevgi şerləri