Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nə Səndə Carə Yox Nə Məndə əlac

Aramızda uzun, daş kəsəkli yolumuz var
Həyatdan sorulası nə çox sualımız var
Gecələr hələ ediləsi çox duamız var
Neyləyək gülüm?
Nə səndə carə yox nə məndə əlac.

Hər görüşümüzü göz yaşı ilə bitirmələyik
Hər nisgilimizə pənah gətirməliyik
Özümüzü səbr ələyindən keçirməliyik
Neyləyək gülüm?
Nə səndə carə yox nə məndə əlac.

Hələ islanmalıyıq həsrət yağışlarında
Bəzənməliyik qismətin naxışlarinda
Hələ düşüb qalxmalıyıq kəm baxışlarda
Neyləyək gülüm?
Nə səndə carə yox nə məndə əlac.

Hicranla birtəhər keçinək gedək
Zamandən nə küsək nə inciyək
Bir saatı bir günə sayırsa neyləyək
Neyləyək gülüm?
Nə səndə carə yox nə məndə əlac.

Xatirələrdən hər kədərə bir səhifə açaq
Gələcəyə boylanaq birlikdə qaçaq
Sübhəcən arzudan kamdan danışaq
Başqa neyləyək gülüm?
Nə səndə carə yox nə məndə əlac.


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 81 Bölmə: Sevgi şerləri
loading...