beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Utandığımdan

Səndə də var vəfa heç düşünmədim,

Məni sevdin deyə çox öyünmədim,
Sən məni axtardın, mən görünmədim
İllərlə gözünə, utandığımdan.

Özünü yandırdın,odlara yaxdın
Min bir bəhanəylə qarşıma çıxdın,
Yanımdan keçəndə gözaltı baxdın
Düşmədim izinə, utandığımdan.

Bilmirəm mən sevdim hansı inamla
Hələ məktub yazdım xoş arzu-kamla
Onu da göndərdim özgə adamla,
Demədim özünə,utandığımdan.

Özünü vursan da çox oda, közə
Mən səni dəyişdim bir qaragözə
Bir il sonra yenə gəldik üz-üzə
Baxmadım üzünə, utandığımdan.


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 69 Bölmə: Sevgi şerləri