Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əgər Sən Istəsəydin!

Əgər sən istəsəydin,
Yanağimı gecələr göz yaşları yumazdı,
Bu talenin oyunu bizi ayrı salmazdı,
Soyuq baxışlarından ürəyim soyumazdı,
Eşqimiz də solmazdı
Əgər sən istəsəydin.
Saçına çələng düzüb, tellərini hörərdim,
Qabağında diz çöküb əllərini öpərdim,
Bir körpə uşaq kimi mən arxanca gəzərdim,
Ta ölüncə sevərdim
Əgər sən istəsəydin.
Sən günəşim olardın, çəkilərdi zülmətim,
Gündən-günə daha da artardı məhəbbətim,
Bircə xoş gülüşündən qalmazdı heç bir qəmim,
Sən, ey könül həmdəmim,
Əgər sən istəsəydin!
Əgər sən ist Əgər sən istəsəydin,
Yanağimı gecələr göz yaşları yumazdı,
Bu talenin oyunu bizi ayrı salmazdı,
Soyuq baxışlarından ürəyim soyumazdı,
Eşqimiz də solmazdı
Əgər sən istəsəydin.
Saçına çələng düzüb, tellərini hörərdim,
Qabağında diz çöküb əllərini öpərdim,
Bir körpə uşaq kimi mən arxanca gəzərdim,
Ta ölüncə sevərdim
Əgər sən istəsəydin.
Sən günəşim olardın, çəkilərdi zülmətim,
Gündən-günə daha da artardı məhəbbətim,
Bircə xoş gülüşündən qalmazdı heç bir qəmim,
Sən, ey könül həmdəmim,
Əgər sən istəsəydin!
Əgər sən istəsəydin! əsəydin!


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 38 Bölmə: Sevgi şerləri
loading...