beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevgili salatı resepti

Tərkibi:
4 ortabab kök
0,5 st. kişmiş
3 bişmiş çuğundur
1 ərinmiş pendir (holland pendiri də olar)
2 diş sarımsaq
0,5 st. qoz
mayonez

Hazırlanması:
Çiy kökü təmizləyib sürtgəcin iri gözündən keçirin. Bişmiş çuğundur və pendiri də iri sürtgəcdən keçirin. Kişmişi azca soyuq suda isladın. Qozu bir az xırdalayın.
Sini (yaxud iri boşqab) götürüb komponentləri sıra ilə aşağıdakı kimi düzün:

öncə kök, sonra kişmiş, mayonez, pendir, əzilmiş sarımsaq, mayonez, çuğundur, qoz, mayonez.

Üzərini qozla bəzəyin.

Nuş olsun!


Tarix: 29.11.2014 / 13:14 Müəllif: Aziza Baxılıb: 32 Bölmə: Salat tarifleri