beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qara mirvari salatı

Ərzaqlar:
Yumurta 2 ədəd
Yencək çöpləri ( rus dilində krab deyilir "krabovie palochki" ) 1 qutu
Bərk holland pendiri 200 qr
Sümüksüz qara gavalı 0,5 st
Soyuq kərə yağı- 50 qr
Qoz 50 qr
Mayonez 6-8 qaşıq

Bəzək üçün:
Göyərti

Hazırlanması:
Qara gavalı qaynar suda yumşaldılır, kənarından kəsik edilir, içinə xırdalanmış qoz qoyulur.
Yencək çöpləri sürtkəcin iri gözündən keçirilir.
Yumurta da, soyuq kərə yağı, pendir də sürtgəcdən keçirilir.

Qatlar:
1. Yumurta
2. Yencəyin dörddə bir hissəsi
3. Mayonez
4. Pendirin yarsı
5. Yağın yarısı
6. Içində qoz olan bütün gavalılar
7. Qalan yencək
8. Mayonez
9. Qalan pendir
10. Qalan yağ
11. Ikinci rəndələnmiş yumurta
12. Salatı qoz, pendirlə bəzəmək ola

Nuş olsun!


Tarix: 23.11.2014 / 14:55 Müəllif: Aziza Baxılıb: 47 Bölmə: Salat tarifleri