beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Quberniya salatı

Tərkibi:
300 q toyuq ciyəri
1 yerkökü
1 baş soğan
100 q bərk pendir
50 q qara gavalı
Mayonez
Bitki yağı (qovurmaq üçün)

Hazırlanması:
Yerkökünü sürtgəcin orta gözündən keçirin. Soğanı nazik yarımhalqa doğrayın.
Yerkökü və soğanı yağda yumşalanadək qovurun. Yağını süzün, soyudun.
Ciyəri xırda doğrayıb 5-10 dəqiqə qovurun. Soyudun.
Pendiri sürtgəcdən keçirin.
Qara gavalını nazik şəridlərə doğrayın.
Salatı lay-lay düzün: yerkökü ilə soğan + əzilmiş qovrulmuş ciyər + pendir + mayonez.
Üstünə gavalıları düzün. Soyuq yerdə iki saat saxlayandan sonra süfrəyə verə bilərsiniz.

Nuş olsun!


Tarix: 23.11.2014 / 14:40 Müəllif: Aziza Baxılıb: 68 Bölmə: Salat tarifleri