beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yaz salatı resepti

Tərkibi:
1 dəstə kahı
1 su stəkanı kiçik pomidor
1 qab konserv kövrək qarğıdalı
4-5 budaq reyhan
1 çay stəkanı zeytun
1 çay stəkanı qoz

Pendir topları üçün:
1 x.q quru reyhan və quru nanə
1 kasa şor pendir
1 ədəd qırmızı bibər

Sous üçün:
2 x.q zeytunyağı
2 x.q krem pendir
1 ədəd limon

Hazırlanması:
Kahının yarpaqlarını əlinizlə ayıraraq salat kasasına yerləşdirin. Pomidor, kövrək qağıdalı, reyhan, doğranmış zeytun və qozu əlavə edin. Pendir topları üçün; reyhan, nanə, pendir pendiri və doğranmış qırmızı bibəri yaxşıca qarışdırın. Əlinizdə yumrulayıb, kasaya yerləşdirin. Sousu üçün, zeytunyağı, krem pendir və limon suyunu yaxşıca çırpın. Salatın üzərinə gəzdirib, servis edin.

Nuş olsun!


Tarix: 23.11.2014 / 14:47 Müəllif: Aziza Baxılıb: 40 Bölmə: Salat tarifleri