beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Noxud salatı resepti

Tərkibi:
1 su stəkanı noxud
3 su stəkanı su
1 ədəd qırmızı soğan
Yarım çay stəkanı doğranmış yaşıl və qara zeytun
2 x.q zeytun yağı
3 diş incədoğranmış sarmısaq
3 x.q sirkə və ya limon suyu
1 çay qaşığı toz şəkər
6-7 budaq incədoğranmış cəfəri
Duz, qara bibər

Hazırlanması:
Noxudu bir gecə əvvəldən isladın. Suyunu süzdükdən sonra 3 su stəkanı suda yumşalana qədər qaynadın. Suyunu süzün və qabıqlarını ayırd edin. İçinə incə və uzun-uzun doğranmış qırmızı soğan, yaşıl və qara zeytun, zeytun yağı, sarmısaq, sirkə və ya limon suyu, toz şəkər, cəfəri, duz və qara bibər qatın, Bütün vəsaiti yaxşıca qarışdırın. Soyuducuda 1 saat gözlətdikdən sonra servis edin.


Tarix: 23.11.2014 / 14:42 Müəllif: Aziza Baxılıb: 24 Bölmə: Salat tarifleri