beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Lobyalı kartof salatı resepti

Tərkibi:
250 qr təzə göy lobya
500 qr təzə kartof
4 yumurta
1 x.q dənəli xardal
6 x.q zeytunyağı
Yarım limonun suyu
Təzə reyhan
3 x.q kapari
Duz
doğranmış cəfəri
Təzə kekik

Hazırlanması:
Kartofları yaxşıca yuyub ortadan ikiyə bölün və duzlu suda yumşalana qədər qaynadın. Süzərək soyumağa qoyun. Yumurtaları bərk hala gələnə kimi bişirin. Qabıqlarını soyub ortadan ikiyə bölün. Lobyaların uc qisimlərini təmizləyib uzunlamasına ortadan ikiyə bölün və qaynayan duzlu suda yumşalana qədər bişirin. Kəfkirlə sudan götürüb buzlu su dolu bir qabın içinə atın. Zeytunyağı, limon suyu, dənəli xardal, duz, doğranmış cəfəri, reyhan, kapari və təzə kekik yarpaqlarını geniş bir qabda qarışdırın. Kartof, paxla və yumurtaları əlavə edib qarışdırın və servis edin.

Nuş olsun!


Tarix: 23.11.2014 / 14:47 Müəllif: Aziza Baxılıb: 34 Bölmə: Salat tarifleri