beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MİMOZA SALATI

Mimoza salatı




Ərzaqlar


450 qram dərisiz və sümüksüz toyuğun döş əti

1/2 çay qaşığı duz (toyuğun qaynadığı suya əlavə etmək üçün)

1/2 stəkan xırda doğranmış qoz ləpəsi

3 ədəd orta boy kartof

2 ədəd yumurta

3 ədəd orta boy yerkökü

Zövqə görə duz

6 qaşıq xama (zövqə görə bu miqdarı artırmaq da olar) + 6 qaşıq mayonez (zövqə görə bu miqdarı artırmaq da olar)

Rəndələnmiş Holland pendiri

Qeyd: Mimoza salatını balıqla da düzəltmək olar. Toyuq ətinin əvəzinə, duzlu siyənək balığından (rusca: selyodka) istifadə edin.


Hazırlanması

1. Toyuq ətini duz əlavə edilmiş suda bişirin. Sonra süzün və kənara qoyun. Soyuduğunda, bıcaqla uzunsov doğrayın və ya əlinizlə didin.

2. Karktof, yerkökü və yumurtaları suda bişirib qabıqlarını soyun. Sürtgəcin iri dişindən keçirib, ayrı-ayrı qablara qoyun.

3. Hazırladığınız ərzaqları aşağıda verilən ardıcıllıqla servis qabına lay-lay düzün.

Toyuq ətinin yarısı

Xama-mayonez qarışığı

Qozun yarısı

Kartofun yarısı

Duz

Xama-mayonez qarışığı

Yumurtaların yarısı

Duz

Yerkökünün yarısı

Xama-mayonez qarışığı

Layları eyni şəkildə davam edin. Ən üstdə yerkökü olmalıdır.

Qeyd: Əgər istəsəniz ərzaqlari iki yere bölüb, sonra onları ayrı-ayrı qablarda düzəldə bilərsiniz.

4. Axırıncı layın üstünə və salatın kənarlarına xama-mayonez qarışığı sürtüb, üstünə Holland pendiri səpin.

Nuş Olsun!


Tarix: 19.12.2012 / 22:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 822 Bölmə: Salat tarifleri