beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kök salatı resept

Tərkibi:
200 qr hündüşka filesi
300 qr kartof
300 qr göbələk
300 qr kök
2 yumurta
150 qr soğan
Mayonez
Duz
Şüyüd (bəzək üçün)
Bitki yağı

Hazırlanması:
2011-ci ilin dovşan ili olduğunu nəzərə alsaq bu salat istənilən süfrənin bəzəyi olacaq.
Qeyd olunan miqdarda ərzaqlardan siz 2 kök salatı hazırlaya biləcəksiniz.
Əvvəlcə kök və kartofu bişiririk. Fileni yumşalanadək bişirib,sonra 20 dəqiqə soyumağa qoyuruq.
Soğan və göbələyi bitki yağında qızardırıq. Duz səpirik.
Daha sonra kartof, kök, yumurta süzgəcdən keçirilir. Lay-lay bütün ərzaqlar bir-birinin üzərinə əlavə olunur. Aralarına mayonez çəkilir.
Kartofun üzərinə kök, göbələyin üzərinə file ,filenin üzərinə yumurta və s. Bu qayda ilə əlavə olunur.
Daha sonra sizə təqdim etdiyimiz fotonun köməyi ilə eyni ilə kök forması düzəltmək olar.

Nuş olsun!


Tarix: 23.11.2014 / 14:19 Müəllif: Aziza Baxılıb: 64 Bölmə: Salat tarifleri