beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çanaqlı bağa salatı resepti

Tərkibi:
4 yumurta
150 q toyuq əti (hisə verilmiş və ya bişmiş)
göy soğan
2 alma
100 q pendir
150 q qoz
kahı

Hazırlanması:
İri boşqaba kahı yarpaqları düzün. Üstünə sıra ilə düzün: sürtgəcdən keçirilmiş yumurtanın ağı, xırda doğranmış bişmiş toyuq əti, mayonez, göy soğan, sürtgəcdən keçirilmiş turş alma, mayonez, sürtgəcdən keçirilmiş pendir, yumurtanın sarısı, mayonez, xırdalanmış qoz.
"Tısbağa"nın başını yumurtadan, ayaqlarını isə qoz ləpəsindən düzəldin. Mayonezlə salatın üzərinə çanaqlı bağanın qınında olduğu kimi naxışlar sala bilərsiniz.

Nuş olsun!


Tarix: 23.11.2014 / 14:07 Müəllif: Aziza Baxılıb: 43 Bölmə: Salat tarifleri