beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yunan üslubunda salat resepti

Tərkibi:
1 ədəd xiyar
2 ədəd pomidor
1 ədəd bolqar bibəri
1 ədəd qırmızı baş soğan
brınza pendiri
qurudulmuş reyhan
zeytun yağı
duz
istiot
bir neçə ədəd qara zeytun

Hazırlanması:
1. İnqredientlər hazırlanır.
2. Xiyarın qabığı soyulur.
3. Dairəvi şəkildə doğranılır.
4. Pomidorlar dörd yerə dilimlənir.
5. Qırmızı soğan təmizlənir və nazik halqalar şəklində doğranılır.
6. Bolqar bibəri tumlarından təmizlənərək xırda kubiklər şəklində doğranılır.
7. Brınza pendirinin bir hissəsi iki yerə kəsilir.
8. Xiyarlar, bibər və pomidorlar qarışdırılır, duz və istiot əlavə edilərək boşqaba yerləşdirilir. Üzərinə doğranmış qırmızı soğan, zeytunlar və pendir əlavə edilir. Salata zeytun yağı vurulur.
9. Qurudulmuş reyhan səpilir.
10. Hazırdır!
Nuş olsun!


Tarix: 23.11.2014 / 14:08 Müəllif: Aziza Baxılıb: 48 Bölmə: Salat tarifleri