beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qızarmış toyuq salatı resepti

Tərkibi:
2 ədəd toyuq döşü
1 dənə kiçik boy kahı
Arzuya görə roka, nanə, cəfəri
Çox az duru zeytun yağı
1 ədəd pomidor
Bir ədəd qırmızı soğan
Yarım çay stəkanı konservləşdirilmiş qarğıdalı
duz, istiot

Hazırlanması:
1. Əvvəlcə qril və ya teflon tavada bir damlacıq yağ müşayiətində, toyuq ətlərinizi qısıq xodda bişməyə qoyuruq.

2. Toyuq ətlərimiz bişərkən, gözəlcə yuduğumuz yaşıllıqlarımızı əlimizlə qıraraq servis qabımıza qoyuruq.

3. Bütün vəsaitləri istədiyimiz şəkildə servis qabımıza yerləşdiririk.

4. Son olaraq qızaran toyuq ətlərimizi Jülyen (uzun incə) doğrayaraq, qara bibər duz əlavəsi ilə yaşıllıqlarımızla qovuşdururuq.

5. Arzuya görə bol nar turşusu və çox az duru zeytun yağı müşayiətində servis edib təqdim edirik.

Nuş olsun!


Tarix: 23.11.2014 / 14:29 Müəllif: Aziza Baxılıb: 53 Bölmə: Salat tarifleri