beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uçuqlama və onun yaranma səbəbləri

Uçuq adətən ağız və dodaq ətrafında əmələ gələn və tibbdə Herpes simplex adı verilən virusun səbəb olduğu xəstəlikdir. Aparılan tədqiqatlar göstərmişdir ki, təqribən dünya əhalisinin 80%-i ömürlərində ən azı bir dəfə bu xəstəliyi keçirmişlər.

Uçuqlamanın əlamətləri.
Uçuq çıxacaq bölgədə təqribən 24 saat əvvəldən qaşınma, qızarma, yanma hiss olunur. Daha sonra bu əlamətləri şişmə və sulu qabarlar əvəz edir. Bu qabarlar isə danışarkən, gülərkən, yemək yeyerkən ağrı verməyə başlayır.

Uçuqlama yoluxucudurmu?
Bəli uçuqlama yoluxucu bir xəstəlikdir. Uçuğu olan bir insanın istifadə etdiyi dəsmal, stəkan, qaşıq və s. kimi əşyalardan istifadə etmək və ya onunla öpüşmək Herpes simplex virusunun yoluxması ilə nəticələnə bilər.

Uçuqlamanın səbəbləri.
Uçuqlamaya səbəb olan Herpes simplex virusu insan vücuduna daxil olaraq uçuqlama üçün lazım olan şəraiti yəni insan vücudunun zəifləməsini immunitetin aşağı düşməsini gözləyir.

Uçuqlama isə
• Stress
• Soyuqdəymə, qrip, yüksək hərarət
• Həddən artıq yorğunluq və yuxsuzluq
• Harmonal dəyişikliklər zamanı ortaya çıxır.


Tarix: 08.01.2015 / 15:42 Müəllif: Aziza Baxılıb: 27 Bölmə: Saglamliq