Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hamam duşlarında yatan təhlükə“Proceedings of the National Academy of Sciences" jurnalında dərc olun

“Proceedings of the National Academy of Sciences" jurnalında dərc olunan bir xəbərə görə ABŞ-ın Colorada Universitetinin əməkdaşlarının 9 şəhərdə 50 müxtəlif duş başlığını araşdırması nəticəsində duş başlıqlarında yüksək miqdarda insan sağlığı üçün zərərli mikrobakteriyalar olduğu müəyyən olunmuşdur.
Yüksək miqdarda mikrobakteriya ilə zəngin duşlardan immunitet sistemi zəif olan hamilə qadınların, yaşlı və ya hər hansı bir xəstəlikdən əziyyət çəkən insanların istifadə etməsi müxtəlif xəstəliklərə səbəb olur.
Həmçinin dəmir duş başlıqlarının metallara nisbətən daha az bakteriya saxladığı müəyyən olunmuşdur.
Araşdırmanın rəhbəri Norman Pace duşun altına girmədən öncə suyu bir neçə saniyə axıtmalı və bundan sonra duşun altına girməyin məsləhətli olduğunu bildirmişdir.


Tarix: 08.01.2015 / 15:34 Müəllif: Aziza Baxılıb: 37 Bölmə: Saglamliq
loading...