beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Saat dəyişikliyinin orqanizmə zərəri varmı?

Ölkədə qış və yay vaxtlarına keçid bioritmlərdə müəyyən dəyişikliklərə səbəb olur.

Bu haqqda Milli.Az açıqlamasında həkim-ekspert, professor Adil Qeybulla deyib. Həkim bildirib ki, insanların əvvəlcədən öyrəşdiyi ritmlərdə dəyişikliklər əmələ gəlir. Onun sözlərinə görə, saat və iqlim dəyişikliyinə meylli insanlarda saat qurşağının dəyişməsi ciddi problemlərə səbəb olmur: “Çünki orqanizmin adoptagen reaksiyaları var və onlar orqanizmin xarici mühitə uyğunlaşmasını təmin edir. Bu baxımdan, daha çox xəstə adamlar ritm dəyişikliyinə mənfi reaksiya verir. Amma sağlam orqanizm üçün bunun ciddi təhlükəsi yoxdur”.

Adil Qeybulla hesab edir ki, azyaşlı uşaqlar və orta məktəblərin ibtidai sinif şagirdləri üçün də saat dəyişikliyi ciddi problem yaratmır: “Uşaqlarda da adoptagen reaksiyalar onların orqanizmini xarici mühitə uyğunlaşdırır Məsələn, insan təyyarə ilə başqa bir ölkəyə gedir. O, həm iqlim, həm də saat dəyişikliyi ilə üzləşir və texliklə buna uyğunlaşır. Təbii ki, bədəndə müəyyən təlatümlər olur. Ancaq onlar ciddi narahatlıq törətmir. Yalnız metereomobil adamlar saat dəyişiklyindən əvvəl yeni şəraitə uyğunlaşmaq üçün işlərini düzgün qurmalı, yuxu rejimlərini normallaşdırmalıdırlar. Qış və yay vaxtlarına keçid planlı bir iş olduğu üçün bir ay qabaqdan buna hazırlaşmaq mümkündür”.

Bir sıra ölkələrdə isə yay və qış vaxtlarına keçidin ləğvi barədə təkliflər səslənir. Məsələn, ötən il Rusiya Dövlət Dumasına vaxt dəyişikliyindən imtina ilə bağlı qanun layihəsi təqdim olunub. Belə bir qanun layihəsinin yaranmasına, yay və qış vaxtlarına keçidin vətəndaşların səhhətinə mənfi təsiri barədə məlumatlar səbəb olub. Hesablamalara görə, saatların əqrəblərinin bir saat irəli çəkilməsindən sonra keçən ilk iki həftə ərzində təcili tibbi yardım xidmətinə müraciət edənlərin sayı 12%, bədbəxt hadisələr 29%, miokard infarktından ölüm halları 75%, intiharlar isə 66% artır. Əlavə arqument keimi 1980-1999-cu illər ərzində Rusiyada ölüm hallarının sayı barədə statistika da göstərilir. Bildirilir ki, bu statistikada yay və qış vaxtlarına keçid dövrünün payı 8-10% təşkil edir. Yəni, saat dəyişikliyi nəticəsində hər il Rusiyada 60-70 min insan ölür.

Bakı Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov isə rusiyalı mütəxəssislərin arqument kimi istifadə etdiyi statistikanı gülünc hesab edir: “Bu statistika saxtadır. Belə bir şey mümkün deyil. Bunu tam əminliklə deyirəm. Təsəvvür edin ki, bir saat tez yatmışıq və ya bir saat tez oyanmışıq. Onda nə baş verir? Saat dəyişikliyinin insan orqanizminə qəti təsiri yoxdur. Əgər söhbət 4-5 saatdan getsə, orqanizmi zəif olan və ya yaşlı insanlarda müəyyən dəyişiklik ola bilər. Amma 1 saatlıq dəyişiklik insan orqanizminə heç bir dəyişiklik gətirmir”.


Tarix: 08.01.2015 / 15:11 Müəllif: Aziza Baxılıb: 40 Bölmə: Saglamliq