beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

FİTRƏ ZƏKATINI PULLA VERMƏK OLAR?

Məlum olduğu kimi Ramazan ayının sonunda oruc tutan müsəlmanlar fitrə-zəkatı verirlər. Əksər oxuxularımızı isə bir sual daha çox maraqlandırır.
Sual: - Fitrə zəkatını hansi ölçü ilə vermək lazımdır. Bildiyimiz ərzaq məhsulları müəyyən qiymətlər təşkil edir. Bunları nəzərə alıb hesablasaq, müxtəlif qiymətlər meydana cıxır. Ortaq məxrəc hansı olmalıdır? Məsələn: buğdanın 1 kg-ı 1000 AZM-dir, xurmanin 1kg-ı isə 9000 AZM-dir. Bu halda bir adamin fitrə pulu nə qədər olmalıdır.

Cavab: Fitrə zəkatını pulla vermək olmaz. Çünki bu zəkatı Peyğəmbərin (səllallahu aleyhi və səlləm) dövründə pulla verməzdilər. Bu zəkat un, xurma, kişmiş, düyü, buğda və başqa bu kimi ərzaq məhsullarından verilir. Bu zəkatın miqdarı adam başına üç kiloqramdır. Fitrə zəkatı kasıblara verilir. Bu zəkat elə qida məhsulundan və elə ölçüdə verməlidir ki, həmin imkansız ailə Ramazan bayramını bu qida məhsulları ilə qeyd edə bilsin. Təbii ki, biz fitrə zəkatı olaraq bir ailəyə yalnız düyü versək bu doğru olmayacaq. Axı bu ailə bayramı yalnız düyü ilə keçirə bilməz. Deməli qida məhsulları aldıqda da bu cür məsələlərə diqqət yetirmək lazımdır.
Doğrusunu Allah bilir!


Tarix: 06.01.2013 / 16:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 327 Bölmə: Ramazan