beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Oruc tutmaq

Şəriət terminaloğiyasında orucun mənası: "Müəyyən vaxtda, müəyyən adam tərəfindən xüsusi şeylərdən niyyət edərək özəl şərtlərlə imtina etməkdir".
Oruc tutmaq şəriətin zəruri qanunlarından və İslamın əsaslarından biridir. Quran, hədislər və alimlərin yekdil rəylərində orucun vacib olmasına dair kifayət qədər dəlillər mövcuddur.
Allah taala Quranda buyurur:
"Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!" (əl-Bəqərə: 183).

Hədislərdən dəlil: Peyğəmbər (sav) buyurmuşdur:
"İslam beş əsas üzərində qurulmuşdur: Allahdan başqa ibadətə layiq haqq məbud olmadığına və Məhəmmədin Allahın peyğəmbəri olmasına şəhadət vermək, namaz qılmaq, zəkat vermək, Ramazan ayında oruc tutmaq və imkan olduqda Beytülharama (Kəbəyə) həcc etmək"
(Buxari: 1\ 49\ ? 8. Müslim: 1\ 45\ ? 16)

İslam alimləri orucun İslamın beş əsasından biri olaraq vacibliyini yekdilliklə qeyd edərək deyirlər: "kim orucun vacib olmasını inkar edərsə, artıq küfr etmiş sayılır".
Orucun çox böyük faydaları və gözəllikləri vardır və onları sayıb qurtarmaq mümkün deyildir. Orucun ən əhəmiyyətli və ən gözəl faydalarından bunları göstərmək olar:
1. Oruc, təqvalı olmaq (Allah rizasına, Onun buyurduğu qadağalardan, günahlardan çəkinmək və əmrləri yerinə yetirmək) üçün bir vasitədir. Allah taala buyurur:
"Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz! (təqvalı olasınız)" (əl-Bəqərə: 183).
Alimlər deyirlər ki, ayədə deyilən: "çəkinəsiniz" - sözü vacib məna daşıyır. Yəni, əgər siz oruc tutsanız o zaman təqva sahibi olacaqsınız. Təqva isə bəndənin ən gözəl və ən əzəmətli qazancı sayılır.
2.Oruc, Allahın insana verdiyi nemətlərə şükür etməkdir. Bu zaman nəfs yemək, içmək və şəhvətdən imtina edir. İmtina edilən bu əməllər ən gözəl nemətlər sayılır. Onları bir müddət tərk edən adam onların qədir-qiymətini daha yaxşı bilir. Çünki nemətlərin qədrini onlar tükəndikdən sonra bilmək olur. Oruc isə insanı verilən nemətlərə şükür etməyə vadar edir. Nemətlərə şükür etmək ağıl və şəriət baxımından vacibdir. Allah taala oruc tutmaqla verilən nemətlərə şükür etməyə bu ayələrdə işarə etmişdir:
"...Ona şükür edəsiniz" (əl-Bəqərə: 185).
3.Oruc tutmağın daha bir gözəlliyi nəfsi sındırmaq və şəhvətini idarə etməkdir. Çünki nəfs tox olanda təmənnalı olur, ac olanda isə artıq şeylərdən gözünü çəkir. Ona görə Peyğəmbər (sav) cavanlara müraciət edərək buyurmuşdur: .
"Kimin evlənməyə imkanı varsa evlənsin. İmkanı olma¬yanlar oruc tutsunlar. Çünki oruc tutmaq onun dərmanıdır"
Belə ki, oruc tutmaq günahlardan çəkin¬mək üçün bir vasitədir.
4.Oruc, insanın iradəsini gücləndirir, ona səbirli olmağı öyrədir və zehninin təmizlənməsinə kömək edir. Müsəlmanın güclü iradəyə böyük ehtiyacı vardır. O, Ramazan ayında şiddətli aclıq və susuzluğa səbir etməklə öz güclü iradəsini göstərir. Oruc olduğu halda belə iradə nümayiş etdirən şəxs, iftar etdikdən sonra da həmin iradəsini qorumaq üçün iradəsinə zidd olan əməllərdən çəkinər və beləliklə, onu mühafizə edər. Güclü iradəyə sahib olan şəxs çox asanlıqla pisə pis, yaxşıya yaxşı deyə bilir. Cəmiyyətin hər acısına davam gətirir. Beləliklə cəmiyyətin fəal üzvlərindən biri olur.
5.Oruc, insana gözəl əxlaq bəxş etdirir. Oruc tutmaq elə bir məktəbdir ki, oructutanlar orada ən gözəl əxlaq nümunələrinə yiyələnirlər. Həmin nümunələr: təqva, yaxşılıq, əliaçıqlıq, birlik, şəfqət, məhəbbət, səbir və s. bu kimi gözəl xasiyyətlərdir.
Oruc, oructutanlarda rəqabət hissi oyadır. Oruc tutmuş insan şəriətə zidd olan hərəkətlər etməmək üçün öz əməllərini ciddi nəzarət altında saxlayır. Oruc, insanı daxildən tənzim etdiyi üçün, o öz əməllərində şəriətə zidd olan hərəkətlərə yol vermir.
Heç ola bilərmi ki, oruc tutan Allah yanında sadiq, insanlar arasında isə yalançı olsun?
Heç ola bilərmi ki, orucunu xalis Allah üçün tutsun, sonra cəmiyyət arasında ikiüzlülük göstərsin, xəyanət etsin, aldatsın və ya hiyləgər olsun?
Ona görə oruc, ən gözəl əxlaq mənbəyi sayılır. Allah taala da Qurani Kərimdə bu mənaya işarə edərək buyurmuşdur:
"...(bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz! (təqvalı olasınız)" (əl-Bəqərə: 183).
Alimlərdən biri buyurur: "Orucun zahiri əzaları və daxili gücü onları məhv edəcək amillərdən qorumaqda çox böyük təsiri vardır. Oruc, ürək və digər əzaların sağlamlığını qoruyur. Ehtirasların ondan oğurladıqlarını geri qaytarır. Oruc, təqva üçün ən böyük dayaqdır".
6.Oruc, İslam ümmətinin: varlı ilə kasıbının, rəhbər ilə sıravisinin, böyük ilə kiçiyinin, kişi ilə qadınının, - birliyini nümayiş etdirən zahiri amillərdən biridir. Hamı oruc tutur, Allahdan günahlarının bağışlanmasını diləyir, eyni vaxtda hamı yemək içməkdən imtina edir və eyni vaxtda da iftar edirlər. Gün ərzində orucla əlaqədar bütün ibadətlərdə, o cümlədən aclıq və məhrumiyyətdə də hamı bərabər olur.
Oruc, oructutanlar arasında bir növ onların hədəflərini və istəklərini birləşdirir və onların arasında vəhdət yaradır. Bu həqiqi birlik böyük və sadiq birlikdən xəbər verir. O birlik, ölkəsindən, cinsindən və irqindən asılı olmayaraq bütün İslam ümmətinin birliyidir. Əgər bunun həqiqətini bilmək və görmək istəyirsənsə əl-Haram məscidində iftar zamanı yaranan mənzərəyə tamaşa et. Bu zaman minlərlə insanın bir saniyə ərzində iftar etdiyini görərsən. Bundan daha aydın birlik nə ola bilər?!.
7.Orucun insan səhhətinə də çox xeyri vardır. Oruc, insanın bədən hüceyrələrini yeniləməklə onun həyatını təzələyir. Həmçinin zərərli hüceyrələr bədəndən ifraz edilir, mədə və həzm orqanları rahatlanır. Yemək və içməyin tərk etdiyi artıq turşular, qidalar və qalıqlar hamısı ifraz edilir. Tibb alimləri orucun çoxlu xeyirlərini sadalamaqdadırlar. Məsələn, onlar deyirlər: oruc insan bədəninə daxil olmuş artıq rütubəti qoruyur və mədəni, qarın nahiyəsinin törətdiyi zəhərlərin fəsadından təmizləyir, daxili orqanlarda piylənmənin qarşısını alır. Əks halda bunlar, ürək üçün çox təhlükəli olan xəstəliklərdir. Oruc insanı cıdıra çıxarılan at kimi fəal və gümrah edir.


Tarix: 05.05.2013 / 13:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 867 Bölmə: Ramazan