beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mübarək Ramazan ayı

Ramazan ayı on bir ayın sultanı, insanlığın qaranlıqdan aydınlığa və dəlalətdən hidayətə aparan Quranın endirildiyi aydır. Allahu Təala belə buyurur:
“İnsanlara doğru yolu göstərən, bu yolu açıq- aydın dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir.” (Bəqərə, 185)

Allahu Təala yenidən mübarək Ramazan ayına bizə qovuşmağı nəsib etsin. Bu mübarək ayın fəzilətini, dəyərini və müsəlmanların bu ayda vəzifələrindən bəhs edəcəyik. Bu ayın fəzilətini bizlərə Peyğəmbərimiz (s.a.s.) bu hədisi ilə göstərir:
“Əgər qullar Ramazan ayındakı üstünlükləri bilsəydilər bütün ilin Ramazan olmağını istəyərdilər.”(Təbərani)

Ramazan ayı on bir ayın sultanı, insanlığın qaranlıqdan aydınlığa və dəlalətdən hidayətə aparan Quranın endirildiyi aydır. Allahu Təala belə buyurur:
“İnsanlara doğru yolu göstərən, bu yolu açıq- aydın dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir.” (Bəqərə, 185)
Ramazan ayı bərəkət və rəhmət, xətaların silindiyi və duaların qəbul olduğu aydır.
Rəsul (s.a.s.) belə buyurdu:“Ramazan ayı sizə bir bərəkət ayı olaraq gəlmişdir. Allahu Təala bu ayda sizi rəhmətinə bürüyər. Bu ayda rəhmət endirər, xətaları silər, duaları qəbul edər.Allahu Təala bu ayda xeyirdə yarışmağınıza baxar və mələkləri yanında sizinlə iftixar edər. Allaha üçün xeyir ortaya qoyun. Çünki, bədbəxt insan bu ayda Allahın rəhmətindən məhrum olan insandır. (Təbərani)
Əbu Hureyrədən (ra) rəvayət olunduğuna görə Peyğəmbərimiz (s.a.s.) buyurdu ki:
“Hər kim inanaraq və qarşılığını sırf Allahdan gözləyərək Ramazan orucunu tutarsa onun keçmiş günahları bağışlanar”
Ramazan ayı cənnət qapılarının açıldığı, cəhənnəm qapılarının bağlandığı, hurilərin insanları cənnətdə gözlədiyi aydır. Əbu hureyrədən (r.a.) başqa bir rəvayətə görə Rəsul (s.a.s) belə buyurdu:
“Ramazan ayı girəndə cənnət qapıları açılar, cəhənnəm qapıları bağlanar. Şeytanlar zəncirə vurular.”
Bir hədisdə isə : “Ramazanın ilk gecəsi girəndə Cəhənnəm qapıları bağlanar, onun heç bir qapısı açıq qalmaz. Cənnət qapıları açılar, o qapılardan heç biri bağlı qalmaz. Münadi belə səslənər: “ Ey xeyir istəyən gəl! Ey şər istəyən (pisliklərdən) özünü saxla! O ayda Allahın cəhənnəmdən qurtardıqları vardır. Bu Ramazan bitənə qədər hər gecə vaxtı olur.” buyurulur.(Tirmizi)
Ramazan ayında tutlan orucun, mükafatının qat-qat olacağını və bu ayda min aydan daha xeyirli Qədr gecəsinin olduğunu, göstərən hədislər bu günümüzə qədər gəlmişdir: Əbu Hureyrədən (ra) rəvayətə görə Peyğəmbərimiz (s.a.s.) buyurur ki:
“Adəm oğlunun bütün əməllərinə qarşılıq verilən savab on mislindən yeddi yüz mislinə qədər çatar.Allahu Təala buyurdu ki: Oruc müstəsna! Oruc mənim üçündür, onun qarşılğını ancaq mən verəcəyəm. Oruclu insan, nəfsani arzularını və yeyib –içməyi mənim üçün tərk edir. Oruclu insan üçün iki cür sevinc vardır: Biri iftar anında, digəri isə Rəbbinə qovuşduğu zamanın sevinci. Oruclunun ağız qoxusu Allah qatında müşk qoxusundan daha xoşdur.” (Müslim)
Utbə bin Abdulladan (ra) rəvayətdə Rəsul (s.a.s.) buyurur ki: “Kim Allah yolunda fərz orucu olaraq bir gün oruc tutarsa, Allah, onu cəhənnəmdən yerlər və göylər arasındakı məsafə qədər uzaqlaşdırar. Kim bir gün nafilə orucu tutarsa, Allah cəhənnəmi ondan göylə yer arasındakı məsafə qədər uzaqlaşdırar.” (Təbərani)
Allahu Təala Qədr gecəsi barəsində belə buyurdu: “Qədr gecəsi min aydan xeyirlidir.” (Qədr, 2)
Rəsulullah (s.a.s) buyurur ki:
“Qədr gecəsi Ramazanın son on gecəsidir. Kim bu gecədə əcr diləyərək ibadət edərsə Allah, onun əvvəlki və sonrakı günahlarını əfv edər.” (Müslim)
Göründüyü kimi, Allahu Təala və Rəsulu (s.a.s.), bu Mübarək Ramazan ayının bizlər üçün nə qədər fəzilətli, bərəkətli və rəhmət dolu bir ay olduğunu göstərir. Bu mübarək ayın fəzilətlərindən faydalana bilmək üçün, ümmətin bu aydakı vəzifələrini bilməyimiz zəruridir.
Bu gün bəzən müsəlmanların Ramazan ayını necə qarşıladıqlarına və keçirdiklərinə nəzər salsaq, çox acınacaqlı bir vəziyyətin olduğunu görərik. Çox təəssüf ki, bəzi müsəlmanların həyatında bu ay heç bir rol oynamır və özlərinə Ramazan orucunun vacib olmadığını düşünürlər.Kimlərsə oruc və təravih ibadətlərini adət və ənənə olaraq görür, orucu pəhriz üçün tutur və təravih namazını idman niyyəti ilə qılır, müsəlman kimi görünürlər.
Şirk və bütpərəstliyin məğlub olduğu, Əbu Cəhlin öldürüldüyü və Tövhidin qalib gəldiyi Bədr günü (Böyük Bədr savaşı) hicrətin ikinci ilinin Ramazan ayının iyirimi yeddinci gününə təsadüf edir.Kəbənin ətrafında bütlərin yıxıldığı və bütpərəsliyin məhv edildiyi və Məkkənin fəthi günü Ramazan ayının onuncu gününə təsadüf edir.Təbuk savaşı və İslamın Yəmənə yayılması bu ayda olmuşdur. Əndulus Tariq b. Ziyad tərəfindən 19 iyul 711-ci ildə fəth edilmişdir.Göründüyü kimi tarix bizim üçün bir ibrətdir. Müsəlmanlar Ramazan ayını bir vəsilə qılaraq özlərini düzəldib, bu mübarək ayın bərəkətindən və fəzilətindən faydalanmalı və qarşılığını Allahdan umaraq ibadət etməlidirlər.Çünki Allahu Təala müsəlmanlara bir fürsət verərək, bu mübarək ayı bərəkət, rəhmət və məğfirət dolu qılmışdır. Niyə bizi yoxdan yaradanın sözünə əməl etmirik? Niyə ümməti bu vəziyyətdən qurtarıb, Allahu Təalanın istədiyi ümmətin dönməyinə yardımçı olmuruq? Niyə Allahın bu ayda sonuna qədər açdığı cənnət qapılarına bizi aparan əməllər etmirik?Gəlin Qurana və sunnətə sarılaq. Çünki Quran bu ayda endirilmiş və əyrini doğrudan ayırmış, bəşəri nizamların yalnışlığını göstərib, nizam Sahibinin ancaq Allahu Təala olduğunu bizlərə göstərmişdir. Rəbbimiz bu ayda enən Quranla bizlərə doğru yolu göstərmişdir. Quranın Ənam surəsində belə buyurulur:
“Yaxud” Bizə də Kitab endilirsəydi, biz onlardan daha çox doğru yolda olardıq” deməyəsiniz deyə (Quranı endirdik). Sizə Rəbbinizdən açıq bir dəlil, hidayət və rəhmət gəldi. Kim, Allahın ayələrini yalanlayıb, onlardan üz çevirənlərdən daha zalımdır! Ayələrimizdən üz çevirənləri, üz çevirdiklərinə görə əzabın ən pisi ilə cəzalandıracayıq.” (Ənam, 157)
Bizlərə Quran endirildiyinə görə, doğru yol göstərilmiş və Allahu Təala bizdən ona əməl etməyi istəyir.Son olaraq, sevgili Peyğəmbərimizin (s.a.s.) Şəban ayının son on günündə səhabələrlə etdiyi söhbəti xatırladaraq yazımızı bitirmək istəyirik. Rəvayət edildiyinə görə Peyğəmbərimiz (s.a.s.) belə buyurdu:
“Ey insanlar! Böyük və Mübarək bir ay sizi kölgəsi altına almışdır. Bu elə bir aydır ki, bu ayda min gecədən daha xeyirli bir gecə var. bu elə bir aydır ki, Allah bu ayda oruc tutmağı fərz qıldı, gecələri qalxıb ibadət etməyi nafilə qıldı. Bu ayda hər kim xeyir xislətləri ilə Allaha yaxınlaşarsa, Ramazan ayı istisna fərz ibadət etmiş qədər savab qazanar. Bu ayda hər kim fərz bir ibadəti yerinə yetirərsə, Ramazan ayı istisna yetmiş fərzi yerinə yetirmiş qədər savab qazanar.”
”Ramazan ayı səbr ayıdır. Səbrin də savabı cənnətdir. Ramazan ayı Allahın qullarını mühafizə etdiyi ayıdır, möminin ruzisinin artırıldığı aydır. Bu ayda hər kim bir orucluya iftar verərsə günahları məğfirət olunar, cəhənnəm atəşindən azad olar, oruclu insanın tutduğu orucun savabı qədər ona da savab yazılar

Rəbbimizdən bu mübarək Ramazan ayını Ümməti Muhammədə xeyirli qılıb, böyük savablara çatdırmağını niyaz edirik. Amin!


Tarix: 04.05.2013 / 17:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 377 Bölmə: Ramazan